Ayişə Səfərli - Murad Nağıyev
Ayişə Səfərli
Murad hər iki ailənin sevimlisi, əzizi idi. Onun haqqında ancaq gülümsəyərək danışmaq mümkündür. Muradın məzun olmağını hamımız səbirsizliklə gözləyirdik. Bizim onunla ortaq arzumuz avtomobil almaq idi. O həmişə deyirdi ki, Ayişə, sən məndən qabaq maşın alsan, gərək mən maşın sürməyim. Bir dəfə bizdə qonaqlıqda sağlıq deyib, hər ikimiz üçün avtomobil, özü üçün isə doqquzillik əziyyətinin axırında məktəbi bitirib, ulduzlarını taxmağı arzu etmişdi. Bir neçə il sonra hər iki arzusuna çatdı. Amma indi, mən düşünürəm ki, kaş onda biz hamımız Muradın həmişə bizim aramızda olması üçün sağlıq deyərdik.
Bizim ortaq sevgimiz bacım oğlu Atilla idi. Hərdən mənə onunla bağlı irad tuturdu. Axırıncı dəfə Atilla ilə telefondakı proqramda gülməli şəkillər çəkdirmişdik. Murad həmin şəkilləri görəndə etiraz edib: “Uşağı kişi kimi böyüdün!” ‒ deyə iradını bildirmişdi... Hə, Murad! Bir zamanlar üzərində sənin addımladığın, uğrunda canını verdiyin torpaqda, vətəndə Atillalar ancaq kişi kimi böyüyə bilər...
Muradı ağıllı, tərbiyəli, mehriban, gülərüz, öz istəklərini yerinə yetirən bir insan kimi tanıyıram. Adi həyatda olduğu kimi müharibədə də öz hədəflərinə çataraq bunu bir daha hamımıza sübut etdi.
Müharibəyə hazırlıq gözümüzün önündə gedirdi, amma Ermənistanla sərhəddəki Cəfərli kəndində yaşayan nənəmgilin həyətində qazılan səngər belə bizi inandıra bilməmişdi ki, doğrudan da, müharibə başlaya bilər.
Mən sentyabrın 26-sı rayondan Sumqayıta qayıdarkən yolboyu üzü Qarabağa tərəf hərəkət edən tankları müşahidə edirdim. Heç ağlıma belə gəlməzdi ki, bu tankların arasında Muradın komandiri olduğu tank da var və biz həmin günün səhərini müharibə xəbəri ilə açacağıq.
27 sentyabr, müharibənin ilk günü... Həmin gün bacım və Atilla bizdə idilər. Müharibə xəbərini eşidəndən sonra bibim qızları da bizə gəldilər. Hamımız çaşqınlıq içində idik. Elə hey Murada zəng edib, ondan bir xəbər almağa çalışırdıq. Muradın da cəbhəyə yola düşdüyünü öyrənəndən sonra onun üçün daha çox narahat olub, hər günümüzü bir-birimizdən Muradın halını soruşaraq keçirirdik... Hər dəfə birimiz Murada zəng edib, bizim üçün dəyərli olduğunu ona hiss etdirirdik.
Müharibə vaxtı Muradla tez-tez əlaqə saxlasam da, çox danışa bilmirdim. Təkcə səsini eşidib, onu bir az da cəsarətləndirib, özünə yaxşı bax, deyib, sağollaşırdım. Bir dəfə Muradın nömrəsinə zəng etdik, ancaq operatorun başqa dildə nəsə dediyini eşidən kimi ağlımıza “Murad əsir düşüb” fikri gəldi. Çox narahat idik. Bir neçə saat sonra Murad özü zəng edib, hər zaman olduğu kimi gülə-gülə: “Qorxmayın, yaxşıyam”, ‒ deyib, bizi sakitləşdirmişdi. Günlərimiz ondan xəbər gözləməklə keçirdi. Ta ki həmin acı xəbəri alana kimi... O gündən sonra isə, bəlkə, Murad özü gələr deyə gözümüz yollarda qaldı...
12 oktyabr səhəri yuxuda gördüm ki, bir yerə çoxlu insanlar yığışıb. Sanki pis xəbər olduğunu duyub, oradan qaçıb uzaqlaşmaq istədim. Ancaq mən qaçdıqca bu insanlar yenidən qarşıma çıxırdı. Taqətdən düşüb yıxıldım. Və telefonun zənginə oyandım... Zəngə cavab verən kimi bacım dedi ki, deyəsən, Murad şəhid olub, bizə gəl! Bu qısa, ancaq çox acı cümlə hər zaman yaddaşımda qalacaq. “Bağışla, Murad, bəlkə də, mən yuxuda yorulub yıxılmasaydım, belə olmazdı”, ‒ deyə həmin an düşündüm.
Oktyabrın 20-si, Murad dəfn olunan gün Atilla bunu hiss edib, yuxudan “Muad” (Murad), “Havər” (Xavər) deyə sayıqlayıb oyanmışdı.
Murad o gündən sonra yuxularıma həyatda olduğundan da şən, gülər üzlə gəlir.
Bir neçə gün əvvəl işdə bizə şəhidlərlə bağlı qısa video hazırlamağı tapşırmışdılar. Mən də Muradla bağlı video düzəltmək istədim. Bir neçə şəklinin üzərində işlədikdən sonra davamını gətirə bilmədim və əlimi saxlayıb, sanki Murad qarşımdaymış kimi ona gileyləndim. Dedim ki, onsuz da bunların bir mənası yoxdur. Sizlər üçün nə etsək də, boş yerədir sanki. Həmin gecə yenə yuxuda Muradı gördüm. Səmada XTQ (Xüsusi Təyinatlı Qüvvələr) ilə məşq edirdilər. Murad həmişəki kimi halından çox məmnun idi. Ancaq mənə tərəf baxıb, narazılığını bildirdi. Ona: “Nə mənası var bunların? Onsuz da sən qayıtmırsan”, ‒ deyirmişcəsinə baxdım. Murad isə mənə: “Sən məndən narahat olma. Mən haradayam, necəyəm, sən onu fikirləşmə. Mənə bura rahatdır! Sən əlindən gələni et!” ‒ dedi. Bu yuxunun təsirindən hələ də çıxa bilməmişəm. Ancaq söz verdim ki, yaşadığım müddətcə Muradın xatirəsini yaşadacaq işlər görəcəyəm.
Murad, sən bizi duyur, görürsən! Amma kaş biz də səni biranlıq görə biləydik.