Banu Hümbətli - Murad Nağıyev
Banu Hümbətli
AAHM-də oxuduğu üçün həftəsonları və ya tətillərdə görüşməyi planlaşdırsaq da, alındıra bilmirdik. Çox vaxt bir-birimizi təsadüfən görürdük. Bir-birimizi tez-tez görə bilməsək də, görüşdüyümüz vaxt söhbətlərimiz səmimi alınırdı.
İlk öncə, deyim ki, Murad çox yaxşı insan idi. Sanki o lap əvvəldən həm xasiyyəti, həm savadı, həm dünyagörüşü, həm də sevgisi ilə hamıdan fərqli, seçilmiş bir insan idi. Murad hamıya sevgi ilə yanaşır, həyata sevgi dolu baxırdı. Biz təzə tanış olanda mən elə bilirdim ki, o, soyuq və ciddi bir insandır. Amma onu daha yaxından tanıdıqdan sonra nə qədər yanıldığımı gördüm. Əslində isə o çox mehriban, qayğıkeş, zarafatcıl bir insandır. Bir az da bəzi şeylərdən narazı. Daha doğrusu, lap əvvəllər narazı idi. Bu narazılığı AAHM-i bitirdikdən sonra yavaş-yavaş ondan uzaqlaşdı. Özü bunu etiraf edib: “Əvvəl hər şeydən narazı idim, amma zamanla bunun yaxşı bir şey olmadığını görürəm və öz üzərimdə bu mənfi xarakterimi dəyişmək üçün çalışıram”, ‒ demişdi.
Murad özündən əvvəl qarşısındakını düşünən, dəyər verdiyi insanların istəklərini öz istəklərindən üstün tutan, onlar üçün özünü, sözün əsl mənasında, közə atan bir insandır. “Mən özümü sevirəm, amma çox zaman başqalarını özümdən daha çox sevirəm”, ‒ deyə bir dəfə demişdi. İkimiz də yaxşı bilirdik ki, bu xarakteri onu bəzən çox incidir. Ona görə də mən ona dəfələrlə hamıdan əvvəl sən özünü düşünməlisən deyirdim. Onu inandırmağa çalışırdım ki, başqalarını sevmək, əslində, yaxşı xüsusiyyətdir, amma özündən çox sevmək lazım deyil. Özü də bunun fərqində olub, verdiyi dəyərin qarşılığını görmədiyini, bəzi dostlarının bu vaxta kimi onu çox incitdiyini demişdi. “Bu mənim xarakterimdir. Kiməsə dəyər verirəmsə, şam kimi yanıram ondan yana, amma nə hikmətdirsə, tez söndürürlər”, ‒ deyib:
Mən çox başqasını görmüşəm,
Hərəsinə biraz-biraz yanmışam.
Hər dəfə ümidlə baxmışam,
Həyatımı uğurlarında yandırmışam.
‒ sözlərini yazmışdı.
Bu sözləri oxuyanda gördüm ki, həqiqətən, Murad həmişə özündən çox qarşısındakı insanı düşünüb. Və mən bir daha əmin oldum ki, o çox yaxşı insandır. Onu nə qədər incitsələr də, Murad hər zaman doğru bildiyini edir.
Murad mənə də çox dəyər verirdi. Bunu hər saniyə, hər an hiss edirdim. Hərəkətləri, sözləri, baxışı ilə bunu mənə dəfələrlə hiss etdirib. Cəbhədə olarkən mən narahat olmayım deyə, yaxşı olmadığını bilsəm də, ancaq yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu deyirdi. Səsindən hiss edib məcbur danışdıranda bilirdim ki, yaxşı deyil. Cəbhəyə yeni getdikləri vaxt telefonu şarj etmək çətin olurdu. Bizim narahat olduğumuzu bilib, hamıyla tez-tez əlaqə saxladığına görə də telefonunun şarjı tez bitirdi. Bir gün mənə zəng edib: “Telefonun şarjı bitir. Biz qabaqda, şarj kabeli isə arxada olacağı üçün telefonu şarj edib əlaqə saxlaya bilməyəcəyəm. Ancaq biz arxaya qayıdan kimi telefonu şarja qoşacağam. Mən sənə zəng edənə kimi narahat olma”, ‒ demişdi. Amma 1 saat sonra zəng edib: “Narahat olacağını bildiyim üçün arxaya gedənlərdən xahiş etdim ki, telefonu aparıb şarja qoşsunlar”, ‒ dedi.
Onun çox yaxşı, pambıq kimi ürəyi vardı. Ona görə də mən Murada “Pambıq” deyə müraciət edirdim. Hər dəfə daha çox əmin olurdum ki, Murad çox ürəyitəmizdir.
Murad pozitiv, şən, gülərüz bir insan idi. Həmişə çöhrəsində gülüş olardı. Yorğun, yuxusuz olmağına baxmayaraq üzü həmişə gülərdi. Cəbhədə olanda belə hər zamankı zarafatlarından geri qalmazdı. O özü pis olsa da, mənim yaxşı olmağım üçün əlindən gələn hər şeyi edər, üzümü güldürməyə çalışardı... Bir dəfə mənə: “Sən çox çətinlik yaşamısan, çox yara almısan. Mən nə qədər ki varam, yanındayam, sənin üzünü güldürməyə çalışacağam. İcazə verməyəcəyəm ki, nəyəsə pis olub, incinəsən. Ben senin yaralarını saracağım”,‒ deyib, “Dərmanım ol” şeirini (bax: səh. 186) yazmışdı. Şeiri oxuyandan sonra onun sevgisinə, verdiyi dəyərə daha çox əmin oldum. Mənə sevilməyi, başqası tərəfindən dəyər verilməyi Murad öyrədib.
Mən də Muradı sevir, ona çox dəyər verirdim. Və hələ də verirəm! Ümumiyyətlə, indiki dövrdə Murad kimi ürəyi olan insan çox azdır. Buna görə də mən onun necə mükəmməl bir insan olduğunu bilib, onu itirməmək, layiq olduğu dəyəri ona vermək üçün əlimdən gələni edirdim. Murad mənim, sözün əsl mənasında, ən dəyərlimdir. Həmişə ona: “Murad, sən mənim xəzinəmsən!” ‒ deyirdim.
Murad çox yaxşı insan olduğu üçün mən onu incitməkdən, itirməkdən qorxurdum. İkimizdə də nə vaxtsa bir-birimizi itirəcəyimizlə bağlı qəribə bir hiss var idi. Bunun səbəbini nə o, nə də ki mən bilirdim. İndi başa düşürəm qorxumuzu. Biz elə o vaxtdan bir gün yarımçıq qalacağımızı hiss etmişdik. 2020-ci ilin avqust ayında Murad Kürdə çimərkən, az qala, batmışdı. Onu itirməyin mənim üçün dözülməz olduğunu ilk dəfə həmin vaxt anlamışdım.
Muradla xasiyyətlərimiz çox oxşar idi, amma o, şirindilli olması ilə fərqlənirdi. Mən bir dəfə ondan soruşmuşdum ki, səncə, sən necə bir insansan?
– Safam, hər şeyə tez inanıram, yalanı sevmirəm, çəkingən, utancaq bir insanam. Bəzən çox adam olan yığıncaqlarda kompleksim yarana bilir və aşırı (dərəcədə) qoruyucuyam,deyə cavab vermişdi.
Mən də onun necə gözəl bir ürəyə sahib olduğunu və necə mükəmməl bir insan olduğunu demişdim.
Muradın fikrincə də, bizim xasiyyətlərimiz çox oxşar idi. “Sən mənim ruh əkizimsən ki”, ‒ deyə bir dəfə demişdi. ‒ Bax iki müsbət müsbət edir, ‒ deyib, oxşar xasiyyətlərimizi, düşüncələrimizi, istəklərimizi sadalamış, hətta danışarkən seçdiyimiz sözlərin də oxşar olduğunu demişdi.
Bizim ortaq maraqlarımız çox idi. Bunlardan biri də avtomobildir. O da, mən də həddindən artıq avtomobil həvəskarıydıq. Demək olar ki, çox vaxt avtomobildən danışırdıq. Bir dəfə mənə: “Görək hansımız birinci maşın alacağıq, amma ümid edirəm, birinci mən alaram”, ‒ demişdi. Dediyi kimi birinci özü aldı. Avtomobilinin şəklini mənə göstərəndə: “Səncə, necə maşındır? Məncə, bəyənməyəcəksən, bir az yaxşı deyil”, ‒ demişdi. Amma mən çox bəyənmişdim. Demişdim ki, çox qəşəngdir, rəngi, görünüşü sənə yaraşır. Necə tərifləmişdimsə, çox sevinmişdi.
Murad da avtomobilini çox sevir, vaxtlı-vaxtında qulluq edir, həmişə təmiz saxlayırdı. On metr uzaqlıqdan belə salondan gələn ətrin qoxusunu hiss etmək olurdu.
Ümumiyyətlə, Murad avtomobillə bağlı hər şeyi bilirdi. Həvəskar olduğu üçün avtomobillərin çoxunu idarə etmişdi. Avtomobilinin onun həssas yeri olduğunu bildiyim üçün çox vaxt ya onun avtomobili yaxşı idarə etmədiyini, yada yaxşı park edə bilmədiyini deyib Muradı cırnadırdım. Əslində isə o çox yaxşı avtomobil idarə edirdi. Bir dəfə piyadanın ani hərəkətinə görə, az qalsın, qəza şəraiti yaranacaqdı. Murad bir saniyənin içində həm piyadanı, həm də bizi xilas etmişdi. Özü də bu hadisədən bir az pis olmuş, mənə dönüb: “Məndə bir günah yox idi, gördün də”, ‒ demişdi. Mən də onun sözünü təsdiqləyib: “Narahat olma, sən çox yaxşı sürücüsən”, ‒ demişdim.
Muradgilə həyəcan siqnalı verildiyi gün hərbi hissəyə tələsdiyi üçün özü də bilmədən radara düşmüşdü. Elə cəbhədə olduğu vaxt bundan xəbəri olmuşdu. Mənə zəng edib: “Eh, səhər-səhər kefim pozuldu, radara düşmüşəm, mesaj gəlib. Necə ola bilər bu?” ‒ demişdi. Mən də demişdim ki, narahat olma. Olub olub da, bundan ötrü kefini pozma. “Yox, ola bilməz axı belə bir şey”, ‒ deyib, ancaq necə belə bir səhvə yol verdiyini fikirləşmişdi.
Muradın avtomobili “mexanika” idi. Mən isə onda mexanika idarə edə bilmirdim. Murad biləndə ki mən mexanika idarə etməyi bacarmıram, “Sən mexanika idarə edə bilmirsən?” ‒ deyə soruşdu. Dedim ki, yox, amma “avtomat” maşın idarə etməyi ki bilirəm. Əsas avtomatdır. Başladı məni cırnatmağa ki, bəs avtomatı hamı bilir, mexanikanı bacarmaq çətindir. Hər adam onu idarə edə bilməz. Sən də çətin ki idarə edə biləsən. Dedim, yaxşı, mən gedib onu öyrənərəm, baxarıq bacararam, yoxsa yox. Mənə dedi ki, niyə təlimə gedirsən? Gəl gedək, istəyirsənsə, mən sənə öyrədim. “Yox, ay Murad, çox sağ ol, başqasının avtomobilini idarə etməkdən xoşum gəlmir”, ‒ dedim. Dediyim sözdən bir az tutulub: “Mən sənin üçün başqasıyam?” ‒ deyə soruşdu. Gördüm ki, sözüm xətrinə dəydi. Tez könlünü almağa çalışdım. Amma nə etdimsə, faydası olmadı. Axırda dedi, gəl gedək öyrədim, onda biləcəyəm ki, mən sənin üçün başqası deyiləm.
Murad məni necə həvəsləndirdisə, bir də gördüm ki, mən, doğrudan da, mexanika idarə edirəm. Düzdür, mən sükan arxasında olanda Murad çox həyəcanlanırdı. Mən də onu bir az hövsələdən çıxartmışdım. Amma o bununla belə çox səbirlə izah edirdi. Ümumiyyətlə, mənim bilmədiyim nə var idisə, Murad mənə hamısını səbirlə, təmkinlə başa salıb, öyrədib. O, avtomobilini çox sevirdi. Mən inanmazdım, o nə vaxtsa icazə verə ki, onun avtomobilinə elə zülm verilə. Amma dəfələrlə özü israr edib ki, gəl öyrən!
Bilirdi ki, mən də avtomobil almaq istəyirəm. Hərdən mənə avtomobil şəkilləri göndərir, deyirdi ki, gəl sənə bunu alaq. Seçdiyi avtomobillərin, demək olar, çoxu hündür, iri idi. Mən də ona hələ ki elə böyük yox, bir az yığcam avtomobil istədiyimi deyirdim. O isə cavabında: “Yox, sənə belə avtomobili yaraşdırıram, sən bunlara layiqsən”, ‒ demişdi. Seçim edə bilməyəndə də: “Sən niyə avtomobil alırsan ki? Mənim var da, gəl onu bir yerdə idarə edək”, ‒ deyirdi.
Bir dəfə yenə bir-birimizə avtomobil şəkilləri göndərib seçim edirdik. Mənim göndərdiklərimi Murad, Muradın göndərdiklərini də mən bəyənmirdim. Sonda mənə pikap şəkli göndərib: “Həm sportiv, həm də dağçı avtomobilidir. Çox rahatdır. Bundan alarıq, ikimiz də idarə edərik”, ‒ demişdi.
Cəbhədə avtomobillərin çoxu pikap idi. Bir dəfə zəng edib: “Burada pikaplar var, istəyirəm ki, onlardan birini sürüm”, ‒ demişdi. Oktyabrın 10-u zəng edib:
– Axır ki, istədiyimi etdim, ‒ demişdi.
– Nə etdin yenə?
Gülümsəyərək:
– Axır ki, pikap sürdüm. Çox rahatdır. Qayıdan kimi ondan alacağam, ‒ demişdi.
Murad hər anının dəyərini bilən insan idi. “Zaman əlimizdə varkən hər anımızın dəyərini bilməliyik”, ‒ deyirdi. Bir şeyi xəyal edirdisə, o xəyalına tez çatmağa çalışırdı. Mən nə qədər tələsmə, zamanla həll edərik – deyirdimsə, Murad cavabında: “Mənim zamana inamım yoxdur, vakit nakitdir”, ‒ deyirdi.
Murad savadı, ağlı, dünyagörüşü ilə də fərqlənirdi. Hərdən elə sözlər deyir, elə məsləhətlər verirdi ki, elə bilirdim, qarşımda 23 yaşlı oğlan yox, daha yaşlı, daha təcrübəli bir insan var. Muradın hər sahədə məlumatı var idi. Məncə, onun bilmədiyi nə isə yox idi. Elə buna görə də Muradla məsləhətləşməyi, onun mənə yol göstərməsini çox xoşlayırdım. Bir məsələ haqqında çox düşünüb narahat olanda Murad mənə deyirdi: “Bu qədər düşünmə, bolazlama dal getsin. Üçgünlük dünyadır, nəyisə belə çox düşünməyə ehtiyac yoxdur”.
O çox hazırcavab insan idi. Heç bir sözü cavabsız qoymazdı. Həmişə fərqli və özünəməxsus cavabları olardı. Muradla söhbətləşmək, zarafat etmək, doğrudan, çox yaxşı alınırdı. Mənim yadıma gəlmir ki, hansısa sözü deyəndən sonra həmin sözün mənasını ona izah etməli olum. Həmişə dediyim sözü anlayar, zarafatlarıma daha gülməli cavablar verərdi.
– Sənin bu xasiyyətini elə bəyənirəm ki... Haradan deyirəm, oradan cavab verirsən. Bu da mənim çox xoşuma gəlir, ‒ deyə bir dəfə demişdim.
– Bəs necə olmalıdır? Mənimlə hər cür söhbət, zarafat edə bilərsən, ‒ deyə cavab vermişdi.
Murad ailəsinə çox bağlı insan idi. Qardaşları arasında heç vaxt fərq qoymazdı. Anasına da bir başqa bağlı olub həmişə. Deyirdi ki, anam bizə görə çox əziyyət çəkib. Mən çalışacağam ki, bundan sonra qoymayım, nə anam, nə də ki digər sevdiklərim əziyyət çəksin. Qardaşlarını da bir başqa çox istəyirdi. Onların da onu çox istədiklərindən əmin idi. Murad qardaşlarından yaşca çox kiçik olduğu üçün uşaq vaxtı anası işdə olanda qardaşları ona qulluq edib. “Qardaşlarım həmişə mənim nazımla oynayıb, mənim qulluğumda dayanıblar”, ‒ deyirdi. Bir “qardaşım” deyişi var idi ki, səsindən qardaşları ilə necə fəxr etdiyi, onları necə sevdiyi hiss olunurdu. Nə vaxt hədiyyədən söz düşsə, mütləq qardaşlarının aldığı hədiyyələrdən danışardı. Sərxan Murada Kulelidə oxuyan vaxt “tank”, Orxan isə saat hədiyyə etmişdi. Sərxanla Türkiyədə gəzməklərindən, Orxanla isə avtomobilə görə olan mübahisələrindən danışırdı. Murad AAHM-də oxuyanda sürücülük vəsiqəsi olmadığı üçün Orxan ona avtomobil idarə etməyə icazə vermirdi. Bir dəfə etiraf edib: “Orxan mənim əlimdən çox çəkib. Onunla ancaq avtomobilə görə dava edirdim. Uşaq olub elə hərəkət etdiyimə, onu incitdiyimə görə indi bir az peşmanam”, ‒ demişdi. Orxanın oğlu Atillanı bir başqa sevirdi. Həmişə: “Canımın içidir o mənim”, ‒ deyirdi. Elə Atilla da hamımız kimi Muradı çox sevir, onu görəndə qucağından düşmürdü. Murad bir dəfə: “Arzumdur ki, hamımızın birlikdə qala biləcəyi bağ evimiz olsun. Yay fəslində yığışıb hamımız orada dincələk”, ‒ demişdi.
Bəzi haqsızlıqlara görə hərbi sahədə həmişəlik qalmaq istəmirdi, amma tankını, ixtisasını, işini çox sevirdi. “Əvvəl çox şikayət, narazılıq edirdim, amma indi hərbini daha da çox sevirəm. İşimi dəyişən, tankımı atan, nə olur olsun hərbidən çıxan deyiləm”, ‒ deyə bir dəfə demişdi. Mən isə onu dəstəkləyib: “Sən çox savadlı zabitsən. Kiməsə görə o gözəl formanı əynindən çıxartmamalı, işini yarımçıq qoymamalısan”, ‒ deyə cavab vermişdim. İnsanlara qarşı çox yaxşı, anlayışlı olduğu üçün mən ona demişdim ki, sən heç elə bil zabit deyilsən, çox safsan, sərt deyilsən, üzüyolasan. O isə cavab vermişdi: “Ola bilməz. Leopard gibi adamım. Tankistəm e mən, ağırlığım yeter”.
İşə başladığı ilk 2 həftədən sonra məsuliyyətini daha da çox dərk edib, tabeliyində olan əsgərlərə qarşı çox anlayışlı, mərhəmətli və məsuliyyətli olmuşdu. Qarovulda olan zaman daha da diqqətli olur, həmin gecəni, demək olar ki, yatmırdı. Bir dəfə qarovulda olan zaman əsgərlərdən birinin vəziyyəti pisləşmişdi. Murad bundan çox pis olmuş, əsgər yaxşılaşana kimi nigaran qalmışdı.
Murad yazı-pozu işlərində də bacarıqlı idi. Sənədləri, dəftərləri qarşısına töküb həvəslə işləyər, verilən hər işin öhdəsindən uğurla gələrdi. Onun həm də liderlik qabiliyyəti yüksək idi, kollektivlə işləməyi yaxşı bacarır, ətrafındakılara hörmətlə yanaşırdı. Buna görə də, məncə, o həm də çox yaxşı qərargah zabiti ola bilərdi.
O, təhsilə çox önəm verir, özünü daima inkişaf etdirməyə çalışırdı. Türkiyədə hərbi akademiyada oxuyanda kompüter mühəndisliyində ixtisaslaşmağı arzulayırdı. Heyif ki, bu arzusu yarımçıq qalmışdı. Amma Murad bu arzusunu unutmamış, AAHM-i bitirdikdən sonra planlaşdırmışdı ki, kursa yazılsın. Bundan əlavə, cəbhədə olanda razılaşmışdıq ki, geri qayıdanda birlikdə ingilis dili kursuna başlayaq.
İşə vaxtında çatmaq üçün hər gün səhər 05:30-da yuxudan oyanmalı idi. Mən daha tez oyandığım üçün hər gün saat 05:15-dən oyanana kimi ona zəng edirdim. Muradın yuxusu ağır olduğu üçün tək mən yox, yoldaşları da zəng edirdi. Bir gün səhər biz telefonla danışan vaxt Murada zəng gəldi. Dedi, iş yoldaşımdır, ondan da hər ehtimala qarşı xahiş etmişəm ki, mənə oyananda zəng etsin. Gərək deyim ki, daha narahat olub zəng etməsin, çünki həyatımda mükəmməl, yuxudan oyanmaq problemi olmayan, “akıl dengesi yerinde olmayan”, məndən sonra yatıb, məndən əvvəl oyanan bir insan var. O, hər gün məni oyadır. Razılaşdıq ki, həmin gündən sonra hər səhər, anasının onu oyatmağına baxmayaraq, Murada zəng edərək mən də oyadım və günə bir-birimizin səsini eşidib başlayaq. Dediyimiz kimi də etdik. Daha sonra da cəbhədə olmasına baxmayaraq yenə söz verdiyimiz kimi günə birlikdə başlayırdıq.
Murad çox anlayışlı, düşüncəli idi. Küsməkdən, kin saxlamaqdan xoşu gəlmirdi. Ümumiyyətlə, o mübahisə etməyi, mübahisəni uzatmağı sevmirdi. Çox nadir hallarda mübahisə edər, qısamüddətli fikir ayrılığı yaşayardıq. Amma mütləq günün sonunda ortaq bir qərara gəlib mübahisəni sonlandırardıq. Bəzən mübahisə etdiyimiz vaxtlarda belə hər səhər mən zəng edib rəsmi üslubda: “Sabahınız xeyir, cənab leytenant! Oyanmaq vaxtıdır!” ‒ deyərdim. Bir dəfə zəng vurub onu oyatsam da, aramızda olan incikliyə görə danışmamışdım. Evdən çıxanda mənə səs yazısı göndərib: “Mən sənə demişdim axı, səninlə danışanda mənim günüm xoş keçir, uğurlu olur. Mənə nəsə olsa, vicdanın necə dözəcək buna, hə? Özü də bu gün atışa (təlimə) gedirəm”, ‒ dedi. Mən də bu dediyindən sonra zəng edib: “Sən mənim zəif yerimi bilirsən, ona görə belə deyirsən”, ‒ demişdim.
Onu itirməkdən qorxduğumu yaxşı bilirdi. Bir dəfə ölümdən danışırdıq. “Biz dünyada yaşayırıq və dünya da fanidir. Əldən gələcək bir şey yoxdur, gec-tez hamı gedəcək. Önəmli olan o vaxta kimi yaşadığımız hər anın qədrini bilməkdir, həyatı doya-doya yaşamaqdır. Çünki sonra olmaya bilər ertələdiklərimiz, “sonra...” dediklərimiz”, ‒ demiş, “Hər kəsin bir ömrü var və o ömrün də sonu var”, ‒ deyə əlavə etmişdi...
Bir dəfə də zamana olan həssaslığından danışanda Murad belə demişdi:
– Mənim zamana inamım yoxdur. Zamandan elə qorxuram ki... Çünki “Bu dünyanın dərdi bitmir” şeirimdə (bax: səh. 182) də dediyim kimi “zaman alır, hey aparır...”
Bir dəfə mən Murada bizim münasibətimiz alınmaz, mən səni sonda çox incidərəm, ona görə də gəl münasibətimizi sonlandıraq deyəndə o belə cavab vermiş:
– Məni incitsən də, eybi yoxdur, səndən gələn hər şeyə razıyam. Bir də ki kim deyir, bizdə alınmaz? Alınacaq! Çox yaxşı alınacaq! Sən bilmirsən ki, mən xəyallarımı gerçəkləşdirirəm? Mən nəyi istəyirəmsə, çətinliklə də olsa, istədiyimi mütləq yerinə yetirməliyəm,‒ davamında da “Sənsiz” şeirini (bax: səh. 187) yazmışdı.
Muradın istəkləri, arzuları, xəyalları bitib-tükənmirdi. Çox əzmkar olduğu üçün arzularını həmişə həyata keçirib. Bilirdim ki, illərdir, təhsilini bitirib, savadlı zabit olmağı xəyal edirdi. 2020-ci ildə 9 illik əziyyətindən sonra “leytenant” ulduzlarını taxaraq savadlı zabit kimi işə başladı. Ən birinci bu xəyalını, bir müddət işləyəndən sonra isə özünə avtomobil alaraq növbəti xəyalını gerçəkləşdirmişdi. Əlbəttə ki, arzuları bunlarla bitməmişdi. Onun bitib-tükənməyən arzuları var idi. Növbəti arzusu ev alıb, ailə qurmaq idi. Planlaşdırmışdıq ki, oktyabr ayında məzuniyyətə çıxsın və bizə elçiliyə gəlsinlər. Müharibə başlamamışdan əvvəl torpaq elanlarına baxır, gələcək evimizin xəyalını qururduq. İkimiz də həyət evi arzulayırdıq. Muradın istəyi ilə ev mütləq üçmərtəbəli olmalı, üçüncü mərtəbə isə teras olmalı idi:
– Üçüncü mərtəbə teras olacaq, çünki hər axşam mütləq ulduzlara baxmalıyıq, ‒ demişdi. Xoşumuza gələn yerlərin əlaqə nömrələrini götürüb, məzuniyyətə çıxan kimi maraqlanmağı düşünmüşdük... Amma, çox təəssüf ki, hər arzusunu gerçəkləşdirən Muradın bu arzusu yarımçıq qaldı...
Murad elə müharibənin olacağı xəyalını da qururdu. Avqust ayında təlimlər olmuşdu. Təlimlərin olmağı belə Muradı sevindirirdi. Tank idarə etmək onun ən çox xoşladığı iş idi. Son vaxtlar müharibəni tez-tez dilinə gətirər, müharibədə tankın əvəzsiz rolundan və ən əsası bir tankçının necə şəhid olmasından danışardı. Tankçı demiş, hər il sentyabr ayının 2-ci bazar günü tankçılar günüdür. Mən fikirləşmişdim ki, Murad üçün istədiyi tankın (“T-90”) oyuncağını hədiyyə alım. Amma anidən qərarlaşdırıb görüşdüyümüz üçün ilk gördüyüm mağazadan Muradın istədiyini tapa bilməyib, başqa bir tank (“T-55”) aldım. Hədiyyəsini verəndə çox sevinmişdi. “Gözləmirdim ki, mənə tank hədiyyə edəsən. Çox sağ ol, bunu maşınımda saxlayacağam”, ‒ dedi. Dedim ki, tələsdiyim üçün “T-90” tapa bilmədim, amma söz verirəm ki, gələn il bayramda mütləq sənə “T-90” tapıb hədiyyə edəcəyəm. “Səbirsizliklə gözləyəcəyəm. Mümkünsə T-90 olsun və materialı da dəmirdən olsun”, ‒ demişdi. Hədiyyəsini əlində saxlayıb sevincli-sevincli mənə tanklardan danışmışdı:
– Bu, Sovet döyüş tankı olan T-55-dir. Amma mənim tankım T-90-dır.
Tankların ağırlığından, ekipaj sayından, silahlanmasından, tankın hissələrindən, komandirin vəzifələrindən, ekipajın tankın içində harada yerləşməsindən danışmışdı. Ən sonda da: “Düşmənin tank əleyhinə raket zərbəsi nəticəsində tank vurulur və ekipaj şəhid olur. Əgər müharibə olsa və mənim də tankım vurulsa, mən də şəhid olacağam”, ‒ demişdi. Mən də: “Allah eləməsin. Buraya kimi yaxşı gəlmişdin, niyə belə sonlandırma edirsən ki?” ‒ deyib, kövrəlmişdim. O da gülümsəyərək: “Nə bilim, sözdür də, dedim.Gələcəkdə necə olacağıq – bilmirik. Ona görə də əlimizdəki zamanı bir yerdə xoş keçirib, qədrini bilməliyik”, ‒ deyib, sonra başqa mövzudan söhbət açmışdı.
Biz sonuncu dəfə 24 sentyabrda təsadüfən, planlaşdırmadan görüşmüşdük. Onda bilmirdik ki, Vətən müharibəsi başlayacaq. Sanki başımıza gələcəkləri bilirmiş kimi həmişə gülüb-danışan insan susqunluğa qərq olmuşdu. Yolboyu heç nə danışmamış, ancaq mənə qulaq asmışdı. Günün sonunda bizim evə çatmağımıza az qalmış Murad avtomobilin sürətini azaltdı. Əvvəlcə, elə bildim ki, avtomobil xarab olub:
– Murad, nəsə olub? Niyə dayandın?
– Yox, narahat olma, özüm dayandım.
– Niyə?
– İstəmirəm, gedəsən. Dayandım ki, 2–3 dəqiqə də olsa, mənimlə qalasan, ayrılmaq istəmirəm.
– Elə deyirsən, elə bil bir də heç vaxt görüşməyəcəyik. Həftəsonu yenə görüşərik, belə etmə, ‒ deyə onun könlünü almaq istədim.
Görüşün sonunda Murad elə bil hiss edirmiş kimi sağollaşmağımızı istəmirdi. Biz həmin gün dəfələrlə sağollaşıb ayrıldıq. Murad sonuncu sağollaşmada: “Heç istəmirəm, gedəsən. Elə qəribəyəm ki...” ‒ demişdi. Evə gələndən sonra ona mesaj yazıb, ilk dəfə idi ki, onu belə susqun, fikirli gördüyüm üçün narahat olduğumu dedim. O da mənə: “Yox, narahat olma, hər şey yaxşıdır”,‒ deyib, ardınca da “Varımsan” şeirini (bax: səh. 189) göndərmişdi. Onda bir daha əmin oldum ki, mən Muradı ruhlandırmağı bacarıram.
Sentyabrın 25-i, axşam Murad mənə mesaj yazıb: “Təcili görüşməliyik, toy olacaq”, ‒ dedi. Mən elə başa düşdüm ki, həftəsonu görüşək deyə belə bir söz deyir:
– Nəsə olub?
– Məxfidir, üz-üzə danışmalıyıq. Ola bilər ki, toya getdim.
– Nə toy? Harada?
– O tərəflərdə toy olacaq, dəvətnamə var.
– Ciddi deyilsən yəqin. Görüşmək üçün deyirsənsə, buna ehtiyac yoxdur!
– Ciddiyəm. Pal-paltar, qızıl almışıq.
– Nə vaxt olacaq toy?
– Dəqiq vaxt bilinmir. Sabah xonçalara qızılları yerləşdirməliyik.
– Nə vaxt görüşək?
– Sabah alınmayacaq. 27-si mütləq görüşək!
– Yaxşı.
Mən başa düşdüm ki, müharibəni deyir. Fikirləşdik ki, təxminən, 1 həftəyə hazırlıqlar bitməlidir. Danışdıq, razılaşdıq ki, bazar günü ‒ 27 sentyabrda görüşək. Amma həmin günün səhəri – 26 sentyabr, günorta saat 12-də Murad mənə dedi ki, gedirik, görüşməyimiz alınmayacaq. İnana bilmirdim ki, müharibə başlayır və Murad cəbhəyə gedir.
Sonuncu dəfə elə həmin gün videozənglə bir-birimizi gördük. Tankın içində, əynində tankçı forması, üzündə də məcburi gülüşü ilə Muradın hisslərini, fikirlərini o demədən gözlərindən oxuya bilirdim. Onun gözlərində həyəcan, parıltı var idi. Bu həyəcanın səbəbinin çoxdandır, arzusunda olduğu müharibənin başlanması olduğunu bilirdim. Lakin bu həyəcanla birlikdə ayrılıq kədərini də görürdüm. Sanki ikimiz də hiss etmişdik ki, bu bir-birimizi son görüşümüzdür. Həmin gün bütün gecə yol getdikləri üçün tez-tez, demək olar ki, saatbaşı əlaqə saxlaya bilirdik. Gecə yatmayıb onun zəngini gözləyəcəyimi demiş: “Saat neçə olur olsun, çatanda xəbər et”, ‒ deyə xahiş etmişdim.
27 sentyabr, səhər saat 05:30-da zəng etdi ki, çatmışıq, cəbhədəyik. Səsindən, o deməsə belə, hansı hisslər keçirdiyini, həyəcanını hiss etdim. Nə baş verdiyini ikimiz də dərk edə bilmirdik. Özümü toparlayıb dəstək olmağa çalışdım. Narahat olmamağımı, növbəti zəngini gözləməyimi xahiş etdi və sağollaşdıq.
Həmin gün internet işləmədi, şəbəkə, demək olar ki, yox idi. Təsadüfən, ancaq aradabir zəng etmək mümkün olurdu. 3-cü zəngimə cavab verib: “Salamatlıqdır, narahat olma, özüm əlaqə saxlayacağam”, ‒ dedi. Dediyi kimi də etdi! İmkan yaradıb tez-tez əlaqə saxlayırdı. Elə həmin gün, axşam saat 22:15-də nə hiss etmişdisə: “Ömrüm, həyatdır, bilmək olmaz. Haqqını halal elə, səni sevirəm”, ‒ mesajını yazdı. O mesajdan sonra gözüm telefonda idi. Bilirdi ki, narahatam. Ona görə də tez-tez: “Yaxşıyam, narahat olma...” ‒ deyə mesaj yazırdı.
Günbəgün həyəcanım, qorxum daha da artırdı. Muradın geri qayıtmayacağı düşüncəsi belə məni qorxudan dəli edirdi. Amma bunu Murada hiss etdirməməyə çalışırdım. Bilirdim ki, mənim nə qədər narahat olduğumu bilsə, özü də bir o qədər pis olub mənimlə narahatlığını bölüşməyəcək. Ona görə də bacardığım qədər hər zəngində bir əvvəlkindən daha xoş, daha rahat danışırdım. Dediyi hər sözü zarafata salıb onu güldürmək üçün əlimdən gələni edirdim.
Bilirdim ki, Murad kefsiz, fikirli olanda ağlından keçənləri, düşüncələrini yazıya yazır. Bir dəfə mənə də təklif etdi ki, nə vaxt özünü pis hiss etsən, yaz, istəsən, mənimlə də bölüş. Danışa bilməsən də, yazdıqlarını oxuyaram... Sentyabrın 28-i mesajla əlaqə saxlasaq da, səsini eşidə bilməmişdim. Təxminən 3–4 saat sonra zəng etdi. Həmin vaxt Murada qorxularımı bildirməmək üçün sanki o oxuyurmuş kimi hisslərimi bir vərəqə yazırdım. Necə olduğumu, nə etdiyimi soruşdu. Mən də hər zaman olduğu kimi söhbəti zarafata salıb, Aqşin Yeniseyin “Məktub” şeirinin “Sənə məktub yazıram, Yazıram ki, bağışla... Burda hava pis keçir, Ara vermir yağışlar” hissəsini özümüzə uyğunlaşdıraraq bir az dəyişik formada oxudum. Murad buna ürəkdən güldü. Təbii ki, zarafat etdiyimi bilirdi. Gülə-gülə dedi:
– Nə yazırsan elə? Oxu, mən də bilim.
– Sənə deyə bilmədiyim sözləri yazıram ki, gələndə oxuyasan.
– Doğrudan, məktub yazırsan? Bəs necə göndərəcəksən?
– Məktub deyil ki... Amma istəsən, yazaram. Göndərməyin yolunu da taparıq.
Sevinə-sevinə:
– Hər gün məktub yazacaqsan mənə? ‒ deyə soruşdu.
– Aha. Sən sağ-salamat gələnə kimi hər gün yazacağam, amma yazdıqlarımı oxumayacağam. Sağ-salamat gəl, özün oxu!
– Yaxşı, onsuz da biz hər gün qabağa getdiyimiz üçün göndərməyin alınmayacaq. Sən yaz, hamısını mən gələndə oxuyacağam. Görək mən gələnə nə qədər olacaq.
Birdən dedi ki, mən də burada vəsiyyətimi bir vərəqə yazıb cibimə qoyacağam. Mən şəhid olanda tapıb oxuyarsınız...
– Nə yazacaqsan?
– Sənə olan sevgimdən... Qoy onu tapan oxuyub bilsin ki, mən səni nə qədər çox sevirəm. Onda hamı Muradın sevgisini də, sevdiyini də biləcək.
– Yaz, amma sən sağ-salamat qayıdacaqsan, ona görə də özün hamıya oxuyacaqsan.
– İnşallah, ‒ deyib, gülmüş, sonra başqa şeylərdən danışmışdı.
“Bu gün də yazmısan? Ümumi neçə dənə olub?” ‒ deyə hər gün ona məktub yazıb-yazmadığımı soruşurdu. Çox vaxt ya məktub yazdığım, ya da yazını bitirdiyim vaxt zəng edirdi. “Elə indi sənə yazırdım”, ‒ deyəndə də çox sevinirdi. Bir dəfə yenə məktubların sayını soruşub, oxumağımı xahiş etdi. Mən də totem etdiyim üçün oxuya bilməyəcəyimi dedim. O da gülüb:
– Bir dəfədən heç nə olmaz. Oxu, ona görə qərar verim ki, gəlim, ya yox, ‒ dedi.
Ən birinci yazdığım məktubu oxudum. Mən məktubu oxuduqca telefonda Muradın gülüş səslərini eşidib sevinirdim... Məktubu oxuyub bitirdikdən sonra orada erməni əsgərinə yazılmış məktub tapdığını dedi:
– Burada da məktub tapmışam. Məktubda rəngli formada ürək şəkli çəkilib, içində də adları yazılıb. Sən də elə yazırsan?
Dedim, yox, mən başqa cür yazıram, sənə özəl. O da özünəxas formada gülüb: “Buradakı məktubun şəklini telefonla çəkmişəm ki, gələndə sənə göstərim”, ‒ demişdi.
Vəsiyyət yazmaq haqqında söhbətimizdən bir neçə gün sonra ürəyimdə verəcəyi cavabın qorxusu ilə tərəddüd edərək soruşdum:
– Yaza bildin məktub? Gülümsəyərək:
– Yox, mən burada kağız-qələmi haradan tapım? Zarafat edirdim, ‒ dedi.
– Yaxşı ki, tapa bilmədin. Dediyini düşünmək əvəzinə qayıtmağı düşün. Yaxşı düşün, yaxşı olsun...
Bəlkə, biz bilmirdik, bəlkə də, o nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilirdi. Bildiyi üçün də qayıtmağa ümid bağlamayıb, şəhid olmaq istəyirdi. “Mən xəyallarımı çox zaman reallaşdırıram, əzizim”, ‒ deyə bir dəfə demişdi. Bəlkə də, şəhid olmaq onun xəyalı imiş.
Bir dəfə təlimlər vaxtı müharibədən danışırdıq. Birdən Murad dedi:
– Mən də sənə qələbə mesajı göndərəcəyəm... Yazacağam ki, Qarabağ bizimdir, Qarabağı azad etdik!
Bir insan hər dediyini edərmi? Muraddırsa, edər! Fikirləşdiyi, ürəkdən istədiyi hər şeyi yerinə yetirər!..
30 sentyabr 2020-ci il... 44 günlük müharibənin 4-cü günü... Nəhayət ki, sevinclə, qürurla, fəxrlə, bir o qədər də şəhiddostları üçün duyduğu dərin hüznlə: “Füzulidə bayrağımızı dalğalandırdıq!” ‒ mesajını yazmaqla arzusunu yerinə yetirdi. Sanki arzusunda olduğu qələbə xəbərini verəcəyini əvvəlcədən hiss etmişdi. Orada yaşadığı çətinliklərə, aclığa, susuzluğa, yuxusuzluğa baxmayaraq, ürəyində, ağlında ancaq və ancaq bir hiss var idi: Olduğu yerdən daha da irəliyə getmək və bayrağımızın Qarabağın ən yüksək zirvələrində dalğalandığına şahid olmaq!
Muradgil Füzulidə olanda türk jurnalistlər çəkiliş üçün oraya getmişdilər. Bunu biləndə fikirləşmişdim ki, əgər Murad müsahibə vermiş olsa, onda heç olmasa iki-üç saniyəlik də olsa, üzünü görə bilərdik. Sevincək soruşmuşdum ki, səni də çəkiblər? Murad gülüb: “Yox, təbii ki, mən çəkilmədim. Mənim yerim kamera qarşısı deyil. Səbir edin, gələndə görəcəksiniz üzümü”, ‒ demişdi.
Oktyabr... Ağrılı, acılı, ayrılıq qoxulu oktyabr!.. Biz nə ümidlərlə, nə arzularla bu ayı gözləyirdik. Haradan biləydik ki, həsrətlə gözlədiyimiz bu ay elə bizi bir-birimizə həsrət qoyub, arzularımızı puç edəcək! Mən hələ də arzusunda olduğumuz həmin o oktyabr ayını gözləyirəm. Müharibədən əvvəl Muradın oktyabrda məzuniyyətə çıxmağını, birlikdə daha çox zaman keçirməyimizi və ən əsası, ailələrimizə münasibətimizi bildirib, rəsmiləşdirməyi düşünmüşdük. Hər şey biz düşündüyümüz kimi olsaydı, necə olardı, görəsən?
Oktyabrın 1-i... Yenə də ümidimizi itirməyib, oktyabrdan bizə nələrisə verməyini gözləyirdik. Hər həftənin əvvəli deyirdim ki, müharibə bu həftəsonu bitəcək, sən də sağ-salamat qayıdacaqsan! Murad isə sadəcə qulaq asır, ümidimi qırmamağa çalışırdı.
Oktyabrın 3-ü, şənbə günü Orxan Muradın olduğu istiqamətə getmişdi. Həmin gün Murad Orxanla görüşəcəyi üçün çox sevincli, həyəcanlı idi. Orxanın oraya ‒ odun, alovun içinə getməyi onu həyəcanlandırsa da, qardaşını görəcəyi fikri onu çox sevindirirdi. Murad cəbhəyə gedəndə heç kimlə görüşə, sağollaşa bilməmişdi. Ona görə də həmin gün danışanda dedim ki, görəsən, alınar, Orxanla buraya gəlib, bizlə görüşüb, sağollaşıb, yenidən cəbhəyə qayıdasan? Mənə belə cavab verdi:
– Sən nə danışırsan? Buranı necə qoyub gəlim? Vətəndir bura, başqa yer deyil, Vətən!
Həmin gün heç qardaşı ilə də görüşə bilmədi. Görüşməklərinə 15–20 dəqiqə qalmış Muradgilə təyinat gəldi ki, hərəkətə keçməlidirlər.
Həmin gün xoş danışmağımıza baxmayaraq Muradın səsində qəribə bir narahatlıq hiss etmişdim. Saat 12:36-da mənə zəng etdi. Uzun-uzadı danışdıq. O günlərin ikimiz üçün də çox çətin olduğunu, sevdiklərini narahat qoyduğu üçün pis olduğunu dedi. Mən də:
– Sən bizi fikirləşmə. Əsas özünü düşün, sən hamını tək-tək düşünmə, ‒ dedim.
Bir az susdu... Sonra:
– Sənə bir söz demək istəyirəm. Bu gün bir əməliyyat olacaq, qabağa gedəcəyik. Nə olacaq, bilmirəm. Həyatdır, hər şey ola bilər, mənə nə olacaq, bilmirik. Güclü ol, hər xəbərə hazır ol, haqqını halal elə. Sənin mənim həyatımda olmağın mənim üçün ən böyük uğurdur, ‒ dedi.
Özümü saxlaya bilməyib ağladım... İlk dəfə idi ki, Muradın sözlərinin qarşısında o qədər çarəsiz, aciz qalmışdım. Nə deyim, necə özümü toparlayım – bilmədim. O susdu. Mən isə səssiz-səssiz ağladım... Bir az sonra:
– Ağlayırsan? Ağlama! Dik dur! Sən güclüsən axı! ‒ dedi. Mən də sakitcə:
– Sənsiz güclü olmaq istəmirəm! Mən belə güclü olmaq istəmirəm! ‒ dedim.
İkimiz də susduq... Bir az sonra ağlamağımı kəsib, Muradın dediyi kimi güclü olub, onun mənim üçün necə dəyərli olduğunu, onu çox sevdiyimi, bu yaşda yaşadığı çətinliklərə görə pis olduğumu dedim. Uzun danışıqdan sonra hər şeyin yaxşı olacağına onu inandırdım. İkimiz də ümidli idik. Əmin idik ki, Murad bu çətinliyin də öhdəsindən gələcək! Çox keçməmiş mənə, “Gedirəm mən, cıqqılım, haqqını halal elə. İnşallah, görüşərik, Allah kərimdir”, ‒ deyə mesaj yazdı.
Günboyu gözümü telefondan çəkmədim. Mənə nə qədər çətin olsa da, ona problem olmasın deyə özüm zəng etməyib, Muradın növbəti zəngini gözlədim. Və, nəhayət, 19:37-də gözlədiyim zəng gəldi. Həyəcanla zənginə cavab verdim. Mən “Alo” deməmiş xəttin o biri tərəfində adımı dediyini eşidən kimi səbəbsizcə ağladım. “Çox şükür yaxşıdır hər şey, narahat olma”, ‒ dedi. Mən də ağlaya-ağlaya: “Çox şükür”, ‒ dedim. “Ağlayırsan? Dedim axı, ağlama! Bax
ağlasan, bir də zəng etməyəcəyəm”, ‒ dedi. Mən də söz verdim ki, o, sağ-salamat gələnə kimi ağlamayacağam... Çətin olduğunu, amma sonda hər şeyin istədikləri kimi bitdiyini dedi. Gülə-gülə: “Düşmənlərimiz çox qorxaq millətdirlər. Görərdin, necə qorxub qaçırlar”, ‒ dedi. Səsindən necə sevincli, qürurlu olduğunu hiss edirdim. Nəhayət, həmin gün Suqovuşanda bayrağımızın dalğalandığı xəbərini verdim. O da belə cavab verdi:
– Bilirəm, xəbərim var. Cəbrayılda da, inşallah, sabah olacağıq. Artıq Nüzgar kəndi bizdədir. Buradan görürəm. İnşallah, Laçını, Qubadlını da alacağıq. Oradan evimiz olacaq, yayda gedib qəşəng dincələcəyik...
Bir neçə dəqiqə mesajlaşdıqdan sonra yenidən odlu-alovlu dünyasına geri döndü.
Laçını yazmağının səbəbi var idi. Müharibədən əvvəl oranın gözəlliyindən, nə vaxtsa oraya gedəcəyimizdən danışırdıq. Mənə dedi ki, səni Laçına aparacağam. Mən də dedim ki, görək də nə edəcəksiniz.
– Az qalıb, alacağıq... Səni oraya gəzməyə aparacağam, dedi.
Muradın ürəyi kimi üzü də gözəldir, yaraşıqlıdır. Mən ona “yakuşuklu” deyə müraciət edirdim. Doğrudan da, çox yaraşıqlı idi. Gülüşü, gülüş səsi üzündən də gözəl idi. Güləndə gözləri ulduz kimi parlayar, yanaqları alma kimi qızarardı. Amma yanaqlarının qızarması xoşuna gəlməz, “Qış fəsli tez gəlsəydi, yanaqlarımın qızartısı bilinməzdi”, ‒ deyərdi.
Bir dəfə keçirdiyi çətin bir günün sonunda axşam zəng etmişdi. Zəngə cavab verən kimi soruşdum:
– Hey, yakuşuklu, necəsən?
– Eh, daha o yakuşukludan əsər-əlamət yoxdur. Çox yorulmuşam, yorğunluqdan üz-gözüm şişib.
– Bir az da səbir et, sağ-salamat qayıt, ürəyin istəyən kimi istirahət edərsən.
– Elə çox dincəlmək istəyirəm ki...
– Az qalıb, dincələcəksən. Həm də siyahımız var axı bizim, qayıt, oradakıları bir-bir yerinə yetirək.
– Oxu, yadıma sal, görək nələr edəcəyik.
– Deməli belə, birinci, yüksəklik qorxunu yenəsən deyə paraşütlə tullanış, sonra da üzməyi sevdiyimiz üçün dalış...
– Hə, hə, hamısı yadıma düşdü. Amma bunların hamısı cavan ruha aiddir, mənim isə indi ruhum qocalıb... Gərək siyahını dəyişək. Mənim istədiyim bir şey var, amma bu siyahıya uyğun olmayacaq.
– Nədir istəyin?
– İstəyirəm ki, yaşıl meşədə, çayın qırağında qəşəng dincəlim. Təsəvvür et, meşədəyəm, çayın qırağında, çayın səsinə qulaq asa-asa dincəlirəm.
– Bir çadır çatmır, çadır da istə, tam olsun.
– Yox, neyləyirəm ki çadırı. Çadır bağlıdır. Mən tulumda yatmaq istəyirəm. Həm ulduzlara da baxmaq olar tulumda.
– Bu ki qoca ruha aid deyil, bu da cavan ruha aiddir. Sənin ruhun qocalmayıb, sadəcə yorulub. Qayıt, gəl, bu arzunu da yerinə yetirərik.
– Yaxşı...
Biz birlikdə mahnıya qulaq asmağı çox xoşlayırdıq. Müharibə başlayana kimi, demək olar ki, hər axşam video-zənglə danışıb, birlikdə mahnıya qulaq asırdıq. Ümumiyyətlə, mənim mahnı oxumaqdan xoşum gəldiyi üçün çox vaxt Murada sözümü mahnı oxuyaraq deyir, verdiyi suallara mahnı sözləri ilə cavab verirdim. Elə bir dəfə cəbhədə olan vaxt bir neçə saat xəbərləşə bilmədiyimiz üçün narahat olubyatmazdan qabaq ona mesaj yazmış, sonunda da sevdiyini bildiyim üçün Nəsibə Abdullayevanın “Səndən Nigaranam” mahnısının sözlərini əlavə etmişdim:
Yalnız səni, səni soruşaram
Səndən nigaranam...
Mesajdan iki-üç saat sonra zəng etməsinə baxmayaraq mənim səsimi eşidən kimi eyni mahnının sözləri ilə cavab vermişdi:
Bütün dünya dağılsa da, dünya dağılsa da,
Təkcə səndən nigaranam, səndən nigaranam...
Hər ikimizin şeirə bir ayrı marağı vardı. Tez-tez bir-birimizə şeirlər göndərir, onları müzakirə edirdik. Bir dəfə mən təklif etdim ki, gəl bu gün mahnı yox, poeziya günü olsun. Murad da razı olub, “İstərəm” şeirini (bax: səh. 178) mənə göndərdi. Bir az onu müzakirə etdik. Sonra mən də ona müxtəlif şairlərin şeirlərini göndərdim. Mənim göndərdiyim şeirlər təsadüfən ayrılığa aid olduqları üçün Muradın xoşuna gəlməmişdi.
– Deyəsən, ağlında ayrılıq var, ona görə belə şeirlərə qulaq asırsan, xoşlayırsan, ‒ demişdi.
Mən də bunun təsadüf olduğunu, sadəcə sözlərinin xoşuma gəldiyini demişdim. Bir az şeirlərin müzakirəsini apardıqdan sonra “Bilirsən, nələri fikirləşirəm?” şeirini (bax: səh. 188) yazıb göndərmişdi. Mən də pis olub, niyə belə şeir yazdığını soruşmuşdum. Bir daha ona ayrılığı düşünmədiyimi, sadəcə təsadüfən belə şeirlər göndərdiyimi demişdim. “Şeirdir də, yazdım”, ‒ demiş, sonra da hər ikimizin xoşladığı, İbrahim İlyaslının “Necəsən?” şeirini göndərib:
– Mənə bu şeirdəki sözləri qismət eləmə, ‒ demişdi.
– İstəmirəm ki, qismət olsun, ‒ deyə cavab vermişdim.
– Bundan sonra nə şeirlərimizdə, nə mahnılarımızda, nə də ki həyatımızda ayrılığa aid heç nə olmasın, ‒ deyib müzakirəni sonlandırmışdı.
Müharibə başlamamışdan öncə avtomobillə bağlı mərcləşmişdik. Uduzan tərəf saat almalı idi. Təbii ki, mərci Murad qazanmış və məndən saat istəmişdi. Oktyabrın 5-i yenə qabağa irəliləməli idilər. Mesaj yazıb: “Bir neçə saat mənə zəng çatmayacaq. Narahat olma. İmkan olan kimi özüm əlaqə saxlayacağam”, ‒ dedi. Dediyi kimi bir neçə saatdan sonra zəng edib hər şeyin yaxşı olduğunu bildirdi. Onunla fəxr etdiyimi, hər çətinliyin öhdəsindən gələcəyinə inandığımı dedim. Söhbət əsnasında saatının sındığını dedi:
– Bilirsən, nə olub? Döyüşə gedirdik, saatım qolumdan qırılıb düşdü. Mən də çantaya qoymuşam. Sənin mənə saat sözün var idi, yadındadır? Onu nə vaxt alacaqsan?
– Sən gəl, gedib birlikdə seçərik.
– Eh, gələnə kimi qolum qalacaq boş, ‒ deyib gülmüşdü.
Murad həyat dolu insan olub. Hər gününü doya-doya, dərdsiz, fikirsiz, rahat yaşamaq istəyirdi. Həyatında hər şeyin asan olmasını, çətinlik yaşamamasını arzulayırdı. Bir dəfə həyatda yaşadığımız çətinliklərdən söhbət edərkən Murad dedi:
– Mən istəmirəm ki, sevdiyim biri əziyyət çəksin. Nə qədər ömür yaşayacağam bilmirəm. Amma yaşadığım ömrü rahat, xoş yaşamaq istəyirəm. Bilmirəm, sabah başıma hansı iş gələcək. Yaxşı da yaşaya bilərəm, pis də, amma mən nə qədər ki varam, yanındayam, hər şeyin ən yaxşısını sənin üçün edəcəyəm, sənin üzünü güldürmək üçün çalışacağam. Və əlimdən gəldiyi qədər qoymayacağam ki, əziyyət çəkəsən.
Cəbhədə nə qədər çətinlik yaşasa da, onu mənə, bizə bildirmirdi. Onun üçün nə qədər narahat olduğumuzu bilir, buna görə özü də pis olurdu. Nə qədər çətinlik yaşasa da, yaxşı olduğunu deyir, yalandan da olsa gülürdü.
Oktyabrın 6-sı Murad və heyəti yeni bir qəhrəmanlıq arxasınca getmişdilər. Həmin gün mesaj yazıb yaxşı olduğunu demişdi. Zəng edib səsini eşidən vaxt bildim ki, yaxşı deyil. Niyə belə olduğunu soruşduqda heç nə olmadığını, sadəcə yorğun olduğunu dedi. Axşam zəng edib uzun-uzadı danışdıq. Səsindən yaxşı olmadığını hiss edirdim:
– Sənə nəsə olub, ilk dəfədir, beləsən. Nə olub? Niyə demirsən? ‒ deyə soruşdum. Uzun israrımdan sonra axır ki:
– Bu gün, az qala, ölürdük, ‒ deyib, nələrin baş verdiyini, hansı çətinliklərdən keçdiklərini danışdı.
O danışdıqca mən lap qorxuya düşdüm. Axır dözə bilməyib: “Danışma daha... Dayan. Dözə bilmirəm...” ‒ dedim. Muradın orada ‒ odun-alovun içində nələr yaşadığını bildikcə daha da çox qorxurdum. İçimdəki onu itirmək qorxusunun odunu söndürmək bir qırağa, daha da alovlanmasına əngəl ola bilmirdim. Yenə də çarəsizcə bir-birimizə ümid verib, yaxşı olacağına inanıb sağollaşdıq.
Oktyabrın 7-si ürəyimizdə müharibənin tez bitəcəyi ümidi ilə günə yenə birlikdə başladıq. “Sənə şeir yazmışam, bir azdan göndərəcəyəm”, ‒ dedi. Mən də gülə-gülə: “Orada da şairliyinə davam edirsən?” ‒ dedim. Gülərək: “Hə, edirəm. İstirahət vaxtı bir-iki sətir yazdım. Oxuyarsan, görək necədir”, ‒ dedi. “Yaxşı”, ‒ deyib mesajını gözlədim. Bir neçə dəqiqə sonra “Fikrim hey ondadır” şeirini (bax: səh. 190) göndərdi. Şeiri oxuduqca hər sətrində onun yaşadığı çətinlikləri gözümün qarşısına gətirir, iki yol ayrıcında qaldığı üçün kədərlənirdim. Sevdiklərindən, ya şadığı həyatdan bir an olsun düşünmədən imtina edəcəyini bilirdim. Bacardığım qədər onu bizə bağlamağa çalışırdım...
Şeirin hər hərfini göz yaşları içində oxuyub, bu sözlərdən sonra onu necə fikrindən döndərəcəyimi fikirləşirdim. Şeirin son sətrini oxuyub bitirən kimi zəng etdim:
– Nə gözəl şeir yazmısan, şair...
– Bəyəndin? Necədir?
– Əla! Həmişəki kimi əla!
O da gülüb:
– Çox sağ ol, ‒ dedi.
– Niyə bəs elə şeir yazmısan? Bəs deyirsən, hər şey yaxşıdır? Sən deməsən belə, yaxşı olmadığını bilirdim, hiss edirdim.
– Bilmirəm, bura necədirsə, elə də yazmışam.
– Bəs bilirsən də, sən qayıdacaqsan? Danışmışdıq səninlə bunu... Qayıtmalısan! Hələ sən çox gözəl günlər yaşamalısan...
Çarəsizcə davam edib:
– Bilirsən, hə? ‒ deyə soruşdum.
– Bilirəm. Narahat olma.
– Onda başqa şeir yaz. Amma belə odlu-alovlu olmasın. Əksinə, güllü-çiçəkli olsun. Bəlkə, o şeiri oxuyub, qayıdacağına inanasan.
– Yaxşı, yazacağam, ‒ deyə söz verdi.
Həmin gün tez-tez əlaqə saxlayırdıq. Bilirdim ki, yenə qabağa getməlidirlər. Yaşadığı çətinlikləri bildiyim üçün daha çox narahat olur, yaxşı olması üçün dua edirdim.
Günorta Murada zəng etdim. Tankda olduğu üçün səs-küydən nə dediyini yaxşı eşidə bilmirdim. Səs-küy artdıqca qorxub zəngi sonlandırdım... Çox keçməmiş Murad özü zəng edib: “Qabağa gedirik. Telefonu söndürməyi unutmuşam. Mən sənə zəng edəcəyəm, narahat olma!” ‒ dedi.
Oturub səbirsizliklə zəngini gözlədim... Nəhayət, axşam zəng edib hər şeyin yaxşı olduğunu dedi. “Necəsən?” sualıma, gülə-gülə: “Əlimdə erməni qranatı var. Səncə, necə olmalıyam? Təbii ki, əlayam. Əla!” ‒ deyə cavab verdi. Daha da qürurlu bir şəkildə əlavə etdi:
– Yenə də biz qalibik. Onlara bizim gücümüzü göstəririk. Biz həmişə qalibik, həmişə də qalib olacağıq!
Səsindən sevincini, özü və heyəti ilə necə fəxr etdiyini hiss edirdim. Mən də Muradla qürur duyur, sevincinə şərik olurdum. Amma içimdəki qorxunun şiddəti də günü-gündən artırdı. Günorta onunla telefonda danışanda özümü necə hiss etdiyimi deyib, onun da qorxub-qorxmadığını soruşdum:
– Mən burada o səs-küyü, bağırışları eşidib çox qorxdum. Sən, amma, düşmənin üstünə getdiyin halda heçmi qorxmadın?
– Yox! Niyə qorxum? Biz qabağa gedirik. Ona görə də onlar qorxmalıdırlar, biz yox!!! ‒ deyə cavab verdi.
Oktyabrın 8-i, səhər yenə günə birlikdə başladıq. Saat 07:30-da zəng etmişdi. Orada hava soyuq, yağışlı keçirdi. Səsindən havanın necə soyuq olduğunu, Muradın üşüdüyünü hiss etdim. İsti otaqda olmağıma baxmayaraq mən də onunla birlikdə üşüdüm...
– Əynin nazikdir, hə? Çox soyuqdur? Bircə xəstələnməyəsən...
– Yox, narahat olma, hava yaxşıdır. Sadəcə bir az yağış yağır. Axşam yaman üşümüşdüm. Ulduzlara baxa-baxa tulumda yatmışdım. Gecə hiss etdim ki, üzümə su damcıları tökülür. Gözümü açdım ki, yağış yağır. Mən də gedib tankımın altında yatdım.
– Əynin yaşdır, hə?
– Yox. Dedim axı, narahat olma, hər şey yaxşıdır, hər şey qaydasındadır.
– Bilirəm ki, yaxşı deyil, amma mən narahat olmayım deyə belə deyirsən. Məni fikirləşmə, özünü fikirləş.
Sevdiyini itirmək duyğusunu ilk dəfə 2020-ci ilin mart ayında anamı itirəndə yaşamışdım. Murad əlimdən tutub, məni heç vaxt qoyub getməyəcəyinə inandırıb, gələcəyə birlikdə addımlamağı təklif etmişdi. Anamdan sonra onu da itirməyin mənim üçün necə çətin olacağını yaxşı bilirdi. Bildiyi üçün də oktyabrın 8-i mənə mesaj yazıb demişdi:
– Bir şeyə görə çox pis oluram. Çox pis oluram ki, sənə eyni acını ikinci dəfə yaşadacağam.
Mən də ağlaya-ağlaya:
– Mənə söz vermisən. Söz verib, üzümü güldürüb, həmişə yanımda olacağını demisən axı, ‒ dedim.
– Yaxşı, ağlama, bir sözdür, dedim.
Muradı qayıdacağına dair ümidləndirmək istəyirdim.
Birdən dedim:
– Həftəsonuna az qalıb. Kaş deyələr ki, müharibə qurtarır. Təsəvvür et, müharibə qurtarır, sən də sağ-salamat qayıdırsan.
Murad bir az susub, sonra dedi:
– İnanmıram, elə bir şey olsun. Mümkün deyil. 3 günə müharibə qurtara bilməz, hələ 2 ay davam edəcək...
– 2 ay? Nə danışırsan? Niyə belə uzun?.. Ehh, icazə vermədin ki, xəyal qurum, ‒ dedim.
Özünəməxsus gülüşü ilə:
– Yaxşı, yaxşı, qur xəyalını, ‒ dedi.
Mən də Murada xəyalımı dedim. Dedim, 3 gün gözümüzü yumub-açacağıq ki, müharibə qurtarıb, sən də sağ-salamat qayıtmısan və biz yenə birlikdəyik...
Həmin gün həm də əvvəlcədən söz verdiyi kimi “güllü-çiçəkli” “Oldu” şeirini (bax: səh. 191) hissə-hissə göndərib:
– Bunlar bir-birinin davamıdır, birləşdir, ‒ demişdi. Şeiri oxuduqca gülümsəyir, Murad kimi bir şairin sevdiyi olduğum üçün fərəhlənirdim. Şeiri bitirən kimi zəng edib: ‒ Çox əladır, çox bəyəndim, ‒ demişdim.
Anamdan sonra Murad, sözün əsl mənasında, mənim həyatıma ulduz kimi parlayıb, qaranlıq yoluma işıq olmuşdu. Elə buna görə də onu “Mənim həmişə par-par parlayan, heç sönməyən ulduzum” adlandırırdım. Murad, doğrudan da, ulduz kimi idi.
Oktyabrın 9-u videozənglə danışmağa, bir-birimizə şəkil göndərməyə çalışsaq da, internet probleminə görə bacarmadıq. Həmin gün çox cəhd etsək də, “MMS” (multi-media mesajı) vasitəsilə də şəkil göndərə bilmədik. Mən təklif etdim ki, elektron poçtu yoxla, bəlkə, alındı. 10 dəqiqə sonra telefonuma mesaj gəldi ki, elektron poçtunu yoxla, sən də şəklini göndər.
Şəklini görən kimi nə qədər çox darıxdığımı hiss edib, onun orada ‒ cəbhədə hansı çətinlikləri yaşadığını gözlərindən oxuya bildim. Murad o 2 həftə ərzində çox böyümüşdü. Hətta bığ saxlamağa başlamışdı. Burnunda da yara izi var idi. Mən ona zəng etdim ki, burnuna nə olduğunu soruşum. Zəngə cavab verən kimi, mən sualımı verməyə macal tapmamış Murad özü dilləndi:
– Burnuma tankın qapağı düşüb. Narahat olma, yaxşıyam. Yeri də ağrımır.
Sonra da əlavə etdi:
– Bığım necədir? Yaraşıb? Gələnə kimi saxlayacağam, amma gələndən sonra kəsəcəyəm, yaxşı?
– Sən nə gözəl olmusan. Bığın da yaraşıb. Böyüyüb 1992-ci ilin kişilərinə oxşayırsan lap, ‒ deyə cavab verdim. Bu mövzuda bir az danışıb, həmişəki kimi zarafatlaşdıq.
Gülmək... Muradın zarafatlarına gülmək... Muradın gülməyi məni çox yaxşı edirdi. Bilirdim ki, heç olmasa bu bir neçə dəqiqə ərzində o da yaxşı olur, üzü gülür. Amma yenə də gəlməyə ümidi yox idi. Qayıtmayacağını bilirdi, amma qayıtmağı çox istəyirdi. Yenə bir-birimizə müxtəlif mahnı sözləri ilə göndərmələr edib, gülə-gülə qayıdanda
edəcəklərimizdən danışırdıq:
– Gələndə sənə 51 dənə qızılgül alacağam.
– 51?
– Yaxşı, olsun 101!
– 101?
– Yaxşı, yaxşı, 201!
Gülümsəyərək:
– 201? ‒ deyə soruşdum.
– Bəs neçə dənə istəyirsən?
– Neyləyirəm ki mən qızılgülü? Onu sən xoşlayırsan axı. Ona görə də mən sənə alaram.
– Hə, yaxşı, papatya alacağam sənə.
– Sən sağ-salamat gəl, mənə heç nə lazım deyil. Özün ki bunu yaxşı bilirsən.
– Bilirəm, yaxşı bilirəm! Qismət olsa, gələcəyəm...
Sonra ümidsiz halda dedi:
– Əgər qayıda bilsəm, nə olacaq?
Bu sualı verəndə donub qaldım. Bilirdim ki, qayıtmaqla bağlı ümidi yoxdur. Həmin sualı yenidən verdi:
– Əgər qayıda bilsəm, nə olacaq?
– Hər şey qoyub getdiyindən də yaxşı olacaq. İstədiyin kimi həyatımız olacaq!
– Məsələn, necə?
– Daha mehriban, daha şən, daha xoşbəxt!
– Bəs gələcəkdə necə olacağıq? Sən xəyal qur, mən də ona uyğun qərar verim ki, qayıdım, ya yox.
– Yaxşı. Sizə danışıram gələcəkdən, cənab leytenant. Təsəvvür elə, arzuladığımız kimi 3 mərtəbəli və 3-cü mərtəbəsi teras olan evimiz var. Biz də terasdayıq və birlikdə sənə yazdığım məktubları oxuyuruq. Oxuya-oxuya gah kövrəlir, gah da gülürük. Elə-belə şey deyil e, kino kimi həyat yaşamışıq müharibə vaxtı!
– İnşallah, gələcəyəm, ömrüm. Hər şey arzuladığımız kimi olacaq. Xoşbəxt olacağıq səninlə.
Danışığından başa düşürdüm ki, məni indidən qayıtmayacağına hazırlayır. Məni çox sevdiyini, mənim onu yaxşı etdiyimi, bu ayrılığın ona da, mənə də çətin olduğunu dedi. Mən də onun mənim üçün necə dəyərli olduğunu, məni xoşbəxt etdiyini, incitmədiyini dedim və ona olan sevgimi, birlikdə hər çətinliyin öhdəsindən gələcəyimizi, yaxşı gündə də, pis gündə də bir-birimizin yanında olacağımızı, hər nə yaşayırıqsa, sonda hər şeyin ürəyimizcə olacağını bildirdim. Sağollaşandan sonra yenə də ürəyim dözmədi və ona sevgimi bildirdiyim, yolunu gözlədiyimi dediyim bir mesaj yazdım. Yarım saat sonra mənə “Son” şeirini (bax: səh. 192) yazıb göndərdi. Şeiri oxuyanda Muradın qayıtmağı çox istədiyinə, amma qayıdacağına ümidi olmadığına bir daha əmin oldum. Mən yenə də ümidimi itirməyib, onu sevdiyimi, məni çox xoşbəxt etdiyini, birlikdə daha yaxşı, xoşbəxt günlərimizin olacağına inandığımı bildirdiyim bir mesaj yazdım... Mesajı oxuduqdan sonra zəng edib: “Nə qəşəng mesaj yazmısan, gülümsəyərək oxudum. Boşuna sən mənim üzümü güldürürsən deməmişəm”, ‒ dedi.
Tərtər və Gəncənin bombalanmasından sonra Murad tamam dəyişmişdi. İçində əvvəlkindən də çox düşmənə qarşı nifrət hissi var idi:
– Elə ancaq gücləri silahsız adamlara çatır. Burada isə qorxularından silahlarını, texnikalarını qoyub qaçırlar. Oturduqları yerdən raket atmağı bilirlər. Eybi yoxdur, biz hamının qisasını alırıq, alacağıq da! ‒ demiş, ‒ amma sən də işə gedib-gələndə ehtiyatlı ol, hər an hər şey edərlər, ‒ deyə mənə xəbərdarlıq etmişdi...
Narahat olmasın deyə Murada onsuzluğun necə çətin olduğunu, hər gün ondan gec xəbər biləndə nələr fikirləşdiyimi, bir saat zəng etməyib, mesaj yazmayanda nigaran qaldığımı deməmişdim. Bəzən olurdu ki, mən ağlayan zaman Muraddan zəng gəlirdi. Bilirdim ki, mən deməsəm belə, səsimdən hiss edəcək. Ona görə də zənginə bir az gec cavab verirdim.
Müharibə vaxtı ailə üzvlərinin arasında ən çox Orxanla əlaqə saxlayırdı. Murad Orxanın avtomobilini xoşlayırdı,
amma vaxtının çoxunu təlimlərdə, hərbi hissədə keçirdiyi
üçün avtomobili idarə edə bilməmişdi. Elə Füzulidə olanda bir gün zəng etdi ki, qardaşımla razılaşmışam. Gələn kimi avtomobillərimizi biraylığına dəyişəcəyik. Avtomobilimi də təmir elətdirib, təkərlərini dəyişdirəcək. Dedi ki, görürsən də, məni necə çox istəyir. Bir sözümlə hamısını həll edəcək. Bu söhbətdən iki gün keçmişdi ki, zəng edib sevincli halda: “Bilirsən, nə olub? Orxana zarafatyana dedim ki, avtomobilinlə sağollaş, biraylıq mənimdir. O da dedi ki, istəyirsən, bir yox, iki ay sənin olsun. Qurbandır sənə. Təki sən sağ-salamat gəl!” ‒ dedi. Mən də dedim ki, gözün aydın, axır ki, arzuna çatdın.
Anası ilə çox danışa bilmirdi. Bu onu həddən artıq narahat edirdi. “Hər dəfə zəng edəndə ana ağlayır. Onu belə incitdiyim üçün pis olur, zəng edə bilmədiyim üçün də mesaj yazıram”, ‒ deyirdi. Bir dəfə zəng edib gülə-gülə: “Axır ki, ana ağlamadan danışa bildim”, ‒ dedi.
Qohum-qonşu, dost-tanış da tez-tez Muradla əlaqə saxlayırdı. O da mənimlə danışanda kimlərin ona zəng etdiyini, nə hisslər keçirdiyini, nələr danışdığını deyirdi. Bir dəfə dedi: “Müharibə nə gözəl şey imiş. Aylardır, məni axtarmayan insanlar indi axtarır, halımı, yerimi soruşur. İnsanlar belədirlər də. Gərək başına bir iş gələ, ondan sonra dəyərin bilinsin”.
Səhəri gün mənə zəng edib dedi:
– Bilirsən, ömrüm, burada elə şeylər olur ki, elə tapşırıqlar verilir ki, mən hamıdan tez qabağa atılıram. Amma bəzən anaya, sənə görə narahat olub, çox fikirləşirəm ki, anidən qərar verməyim.
– Mən onsuz bilirdim ki, sən orada sakit qalmayıb, təkcə öz işini görməyəcəksən. Öz işindən başqa hamının yerinə də qabağa atılmaq istəyəcəksən. Mən buna görə çox narahat idim. Amma sevindim ki, bizi fikirləşirsən. Bundan sonra tək bizi yox, qardaşlarını da, səni sevənləri də düşün. Bilirsən axı, sən hamı üçün dəyərlisən, əzizsən!
– Bilirəm, amma ən əsas sizi düşünürəm! Çox vaxt telefonla danışanda atəş səslərindən bir-birimizi eşidə bilmirdik. Bir dəfə sakitlik olduğunu görüb soruşdum:
– Nə yaxşı atəş səsləri gəlmir? Deyəsən, sakitləşirlər.
– Yox, hara sakitləşirlər? Elə indicə “kabab çəkib” gəlmişəm. Heyif ki, telefona çəkə bilmirəm. Onları necə susdurduğumu sənə göstərərdim.
– Eybi yoxdur, əllərinə sağlıq, ‒ deyib, bir daha qəhrəman Muradla qürur duymuşdum.
Hər ikimiz hərbi sahədə işlədiyimiz üçün gedişatın hansı mərhələdə olduğunu çox yaxşı bilirdik. Bəlkə də, elə bunları bildiyimizə görə bir də əvvəlki kimi yan-yana, göz-gözə ola bilməyəcəyimizi bilirdik...
Murad yemək yeməyi çox xoşlayırdı. Həmişə: “Ac olanda yaxşı fikirləşə bilmirəm, gözlə, yeməyimi yeyim, beynim işə düşsün”, ‒ deyirdi. Balıqdan başqa sevmədiyi yemək, demək olar ki, yox idi. Mərci supundan tutmuş, döşəməli aşa qədər bir çox yeməkləri xoşlayırdı.
O, yemək bişirməyi də çox sevir, bəzən Xavər xala evdə olmayanda özü də yemək bişirirdi. Ən çox pomidor-yumurta hazırlamağı xoşlayırdı. Bir dəfə mənə bişirdiyi pomidor-yumurtanın şəklini göndərib: “Bu pomidor-yumurta baldır, bal”, ‒ deyə fərəhlə demişdi. Bir dəfə də makaron bişirmişdi. Şəklini göndərib: “Əldə olan güclü vasitələrin köməyi ilə belə bir yemək yaratmağa çalışmışam. Pendirli, mayonezli, pomidorlu və kolbasalıdır. Ət olmadığı üçün kolbasadan istifadə etmək məcburiyyətində qalmışam”, ‒ demişdi. Sonuncu dəfə Xavər xaladan makaronu fərqli bişirməyini istəyib. Makaronu, əti, pomidoru ayrıca bişirtdirib, sonda da onları qat-qat düzüb, üzərinə pendir əlavə edib, sobada bişirməyini xahiş etmişdi.
Çox şeydə olduğu kimi, yemək seçimlərimizdə də oxşarlıq var idi. Məsələn, ikimiz də çiyələk mürəbbəsini xoşlayırdıq. Murad hər dəfə çiyələk mürəbbəsi ilə çay içəndə mütləq mənə şəkil göndərib: “Yerin məlum, gəl qonaq ol”, ‒ deyirdi. Bir dəfə Murad bizə qonaq gələndə onun üçün göbələkli plov bişirmişdim. Yeməyin həm dadı, həm də görünüşü Muradın çox xoşuna gəlmişdi. Cəbhədə çox vaxt yaxşı yemək yeyə bilmirdilər. Bir dəfə zəng edib dedi:
– Hamı mən gələndə sevdiyim yeməkləri bişirməyi söz verib, bəs sən mənə nə bişirəcəksən?
– Ürəyin nə istəyir, bişirərəm.
– Ürəyim hələ də sənin o məşhur yeməyindən istəyir.
– Baş üstə! Elə təkcə o yeməyi?
– Başqa da pizza, düşbərə, xəngəl...
– Pizzanı bişirərəm, amma düşbərə, xəngəl bişirməyi, bilirsən ki, bacarmıram. Sən təki sağ-salamat gəl, mən onları da sənin üçün bişirərəm.
– Gələcəyəm...
Təminatçılar olduqları yerə yemək çatdıra bilmədikləri üçün bəzən günlərlə ac qalırdılar. Oktyabrın 7-si Murad zəng edib dedi ki, bu gün kabab yedik. Mən də sevindim ki, nə yaxşı, heç olmasa bir gün yaxşı yemək yemisiniz. Murad məyus halda dedi:
– Bilirsən, amma kabab donuz ətindən idi. Neçə gündür ki, ac idik, biz də donuz tapdıq, onu kabab etdik. Amma mən çox yeyə bilmədim. Bir az yedim. Görəsən, günah olar?
– Yox, olmaz, məncə. Neçə gündür, acsınız. Allah günahınızdan keçər, narahat olma.
Oktyabrın 10-u, Muradın səsini sonuncu dəfə eşitdiyim gün... Həmin gün yenə gün ərzində danışıb xəbərləşirdik. Axşam uzun-uzadı danışdıq. Murad çox kefsiz idi. Səbəbini soruşduqda isə sadəcə yorğun olduğunu dedi. Amma mən hiss edirdim ki, tək səbəb yorğunluq deyil. Onun əhvalını düzəltmək üçün atəşkəsin elan olunmasına sevindiyimi, müharibənin tez bitəcəyinə dair ümidim olduğunu dedim:
– Məncə, artıq sondur. Hiss edirəm ki, artıq sona yaxınlaşırıq. Sənin də bu günə kimi çəkdiyin əziyyətlər sonlanır. Sağ-salamat qayıdacaqsan...
Murad isə yaxşı bilirdi ki, hələ son deyil, amma həmişəki kimi sözlərimə qulaq asır, qayıdacağına dair, az da olsa, ümid edirdi.
– Belə kefsiz olmağın məni pis edir. Nə edim ki, həmişəki kimi güləsən? ‒ deyə soruşdum.
Darıxdığını, çətin bir gün keçirməyinə baxmayaraq üzünü güldürdüyümü, onu yaxşı etdiyimi dedi:
– Yaxşı ki, telefonda şəkillər, videolar var. Zəng etməmişdən qabaq sənin şəkillərinə baxır, videonu izləyib ürəkdən gülürdüm. Sənin nə isə etməyinə ehtiyac yoxdur, sən məni burada da yaxşı etməyi bacarırsan.
Mən də gülümsəyərək:
– Söz vermisən, gələcəksən və biz birlikdə qaldığımız yerdən davam edəcəyik, ‒ dedim.
– Bilirəm... Gələcəyəm...
Yanında heyəti olduğu üçün danışa bilmədiyini, mesaj yazacağını deyib sağollaşdı. Sanki bunun bizim son danışığımız olduğunu hiss edirmiş kimi nə o sağollaşmaq istəyirdi, nə də ki mən...
Sonuncu dəfə mesajlaşanda darıxdığını demiş, qayıdanda etmək istədiklərindən danışmışdı:
– İnşallah, qayıdım, yeməklərdən başlayacağam.
– Sən yola çıxmamış xəbər et, yeməkləri bişirim.
– Ooo, iddialısın. Görək gələndə də belə iddialı ola biləcəksənmi?
– 4 yemək demisən, 2-ni bişirəcəyəm, 2-si gələcəyə qalacaq...
Murad gülmüş, mən də qayıdacağına ümidli olduğu üçün sevinib gələcəyi günün xəyalını qurmuşdum...
11 oktyabr 2020-ci il... Hər səhər olduğu kimi yenə Muradın yazdığı mesaj ilə günə başladım. Haradan biləydim ki, bu mənə yazdığı sonuncu mesajdır. Axı hər səhər, “Sabahın xeyir...” ‒ deyə mesaj yazır, mənim cavabımı oxuyur, sonra isə zəng edib necə olduğumla maraqlanır, sevgi dolu sözlərini deyir, ‒ Xidmətdəsiniz? Haraya kimi irəliləmisiniz? Dayanmayın, hərəkət edin ki, biz də qabağa gedə bilək, ‒ zarafatını edib məni güldürür, sonda da sağollaşıb, qəhrəmanlığına davam edirdi.
Gecə yuxumu qarışdırdığım üçün mesajı oxuyan kimi
istədim, zəng edib Muradın səsini eşidim, amma sonra birdən danışa bilməz deyə düşündüm... Hər zaman olduğu kimi mesajına cavab yazıb, zəng etməyini gözlədim. Fikirləşdim ki, bir azdan özü zəng edəcək və mən günə yenə Muradın səsi, gülüşü, sevgi dolu sözləri ilə başlayacağam. Amma təəssüf ki, nə o mesaj gəldi, nə də ki o zəng...
Narahat olub yarım saat sonra özüm zəng etdim. Operatorun “Bu nömrəyə zəng çatmır” sözünü eşitdiyim vaxt hiss etdim ki, bir də o nömrəyə heç vaxt zəng çatmayacaq və mən bir də heç vaxt Muradın gülüşünü eşitməyəcək, gözəl üzünü görməyəcəyəm. Bunu bilə-bilə dəfələrlə
o  nömrəyə zəng edib, Muradın cavab verməyini gözlədim. O gündən sonra bir daha Muradın nömrəsinə zəng çatmadı...
Məndən soruşulsa ki, Murad sənin nəyindir? Mən o suala heç vaxt bir sözlə cavab verə bilmərəm. Çünki Muradın mənim üçün ifadə etdiklərini bir sözlə izah etmək mümkün deyil. Qısacası, Murad mənim arzularımı gerçəkləşdirən, sevincimə, kədərimə, çarəsizliyimə şərik olan dostum, çıxılmaz, qaranlıq yollarıma işıq, yol yoldaşım, gələcəyə ümidləndirən əzizim idi!
Muradı yuxularımda tez-tez görür, hər çətin anımda yanımda hiss edirəm. Bir dəfə də yuxuma gəlib mənə olduğu yerdən danışırdı... Oranı mənə göstərib:
– Bax gör, nə gözəl yerdir bura. Tam mənə uyğundur. Yaşıl meşəlik, çayın səsi... Arzuladığım kimidir hər şey, burada çox yaxşıyam, rahatam, ‒ deyir, hər zaman olduğu kimi gülümsəyirdi.
Bir dəfə Murada onu yaxşı tanımadığımı demişdim. “Sən məni çox yaxşı tanıyırsan, mənim haqqımda hər şeyi bilirsən”, ‒ deyə cavab vermişdi. Muradı tanımaq, onunla qısa da olsa, yol yoldaşı olmaq sözlərlə ifadə edilə bilməyəcək qədər gözəl bir duyğudur.
Muradı tanıdığım gündən onunla fəxr edir, qürur duyurdum. Yaşadığım müddətcə hər saniyə Muradla fəxr edəcəyəm. O bir dəfə demişdi ki, qayıdanda əvvəlki Murad olmayacağam. Dediyini etdi. Əvvəlki Murad olmadı.