Orxan Nağıyev - Murad Nağıyev
Orxan Nağıyev
Murad dünyaya gələndən bir neçə ay sonra Bakıya köçdük. Heç 1 yaşı tamam olmamışdı o zaman. Üç qardaş ilk şəklimiz Bakıya köçdüyümüz həmin qış çəkilmişdi. Qar yağmışdı, yaşadığımız köhnə “doqquzmərtəbə”nin həyətində qonşu çəkmişdi şəklimizi. Həmin vaxtın şəkillərinə baxanda görürəm ki, o daima gülərüz idi, mənsə qaraqabaq. Əslində, həyata yanaşmamızın necə fərqli olduğu o gündən görünürdü. Murad pozitiv, yaşamağı sevən, həyəcanlı uşaq idi, mənsə tam əksinə...
O vaxtdan yadımda qalan qısa epizodlar var. Bağçaya aparardım. Təkcə anam həmin bağçada işlədiyinə görə yox, özünə görə hamı çox istəyirdi onu, şirin uşaq idi.
Birinci sinfə başladığı il artıq başqa evə köçmüşdük. Mən ikinci növbə dərsə getsəm də, adətən, səhərlər birinci onu aparıb məktəbə qoyardım. Həmin il Sərxan rayonda xalamgildə yaşamalı olmuşdu. Muradla ikimiz qalmışdıq.
Bir gün evə gəldim ki, Murad sakitcə oturub, ağzını dəsmalla tutub, heç səsi də çıxmır. Sən demə, danışa bilmirmiş. Yelləncəkdən elə yıxılmışdı ki, dodaq, damaq, diş – hamısı bir-birinə qarışıb şişmişdi. Neçə gün normal yemək yeyə bilməmişdi.
“Naxçıvanski”yə hazırlaşdığı vaxtlarda sağlamlıq yoxlanışından da keçməli idi. Həmin o ərəfələrdə məhəllədə futbol oynayarkən gözünü top zədələdi. Sağ gözü qısa bir vaxtda kiçilməyə başladı. Bəlkə də, bu, bir işarə idi. Gözümüzün bu günləri görməməsi üçün bir işarə... Amma keçdi yoxlanışdan, imtahandan da çox yüksək bal topladı. İmtahanı verdikdən sonra çox sevincli, həm də məğrur idi. Özünü həyata qarşı ilk isbatlaması, ilk qalib gəldiyi imtahanı idi. Yüksək bal topladığına görə Türkiyədə təhsil almaq təklifi isə onda bir başqa motivasiya yaratmışdı.
O yay xatirimdən heç vaxt çıxmaz. Çətin bir mərhələdən keçirdik. Amma həm Muradın, həm də Sərxanın İstanbula təhsil almaq üçün yollanmaları sanki ailəmizə, ən çox da anama bir ümid olmuşdu. Beləcə Muradın həyatında Türkiyə dövrü başlamış oldu.
Cəmi 14 yaşı vardı gedəndə, uşaq idi. Elə vaxt olurdu, Azərbaycana qayıtmaq istəyirdi, tətilə gələndə Türkiyəyə geri dönmək istəmirdi. Amma təhsilini sevirdi, tez dostlaşmışdı oradakı kurs yoldaşları ilə. Murad İstanbulda olanda iki dəfə orada görüşə bilmişdik. Birinci dəfə işlə bağlı 3–4 günlük getmişdim. Bir gününü bir yerdə keçirmişdik. İlk dəfə o gəzdirmişdi mənə İstanbulu. İkinci səfər isə onun yaxın dostu Emrenin vaxtsız vəfatından sonra görüşmüşdük.
İstanbulda liseyi bitirdikdən sonra Ankarada ali hərbi məktəbdə təhsilini davam etdirdi. Liseydən ali məktəbə keçid zamanı quru, hava və dəniz qüvvələri arasında seçim edərkən çox müzakirələr apardıq. Quru qoşunlarını özü seçdi. General olmaq istəyirdi və inanırdı ki, “karacı” (quru qoşunları) olarsa, bu yolda daha əmin irəliləyə bilər.
Ankarada cəmi bir il oxuya bildi. 2016-cı ilin iyulunda Türkiyədə çevriliş cəhdindən sonra hərbi məktəblər bağlandı və Murad Bakıya qayıtdı. Həyatındakı əsas dönüş nöqtəsi bu çevriliş oldu. Amma o, son ana qədər inanırdı ki, yenidən Ankaraya qayıdacaq. Oranın təhsilinə çox öyrəşmişdi.
AAHM-də yenidən 1-ci kursdan təhsil almağa başlaması ona çox pis təsir etmişdi. Üsyan edirdi ki, çox geri qalıram yaşıdlarımdan. Qismətindən şikayətlənirdi.
Bir dəfə Murad təcrübə üçün qatarla Ağstafaya gedəndə vağzalda onu yola salırdım. Hərbi polisin müşayiətində kolonla gəlmişdilər. Orada baş verən bir hadisədən sonra təklif etdim ki, Murad, istəyirsənsə, günü sabah çıx hərbidən, mülki təhsilə başla. Qətiyyətlə rədd elədi ki, nə danışırsan? Olmaz elə şey.
Hərbi təhsili müddətində onu sıxan əsas şey sərbəstliyin olmaması idi. Təbiətən çox sərbəstruhlu insan idi. Yaxşı geyinməyi, saç-saqqalına forma verməyi xoşlayırdı. Ən çox da gəzməyi, qohum-əqrəba, dost-tanışla vaxt keçirməyi sevirdi. Vaxtının çoxunu AAHM-də keçirdiyi üçün isə bunları doyunca edə bilmirdi. Murad Bakıda təhsil aldığı 4 il müddətində, bir dəfə də olsun, evə avtobusla gəlmədi. Səbəbi isə, həmişə qınasam da, qısa, hərbi saç düzümündə görünməyi sevməməsi idi.
Maşın həvəskarı idi, həm də həddindən artıq... Qorxurdum bu həvəsindən. Həmişə düşünürdüm ki, bu həvəs başına nəsə iş gətirəcək. Amma elə olmadı. Bir dəfə mənim maşınımı götürüb dostuyla gəzməyə getmişdi. Bir də gördüm ki, gəlir gülə-gülə. Soruşuram ki, qaqa, maşın hanı? Deyir, “ştrafnoy”da. Həmin günün səhəri də uzaq bir yerə getməli idim. Əsəbiləşdim ki, işə saldın məni. “Əşşi oldu da, kişinin başına iş gələr”, ‒ deyə gülə-gülə cavab vermişdi.
Fərqli yeməkləri sevirdi, amma balığı heç xoşlamırdı. Hətta dəniz kənarında balıq yeməyə gedəndə belə o, toyuq-filan sifariş edərdi. Ən sevimli menyusu “çiğ köfte” və acılı şalğam suyu idi. Qış vaxtı xəstələnəndə zəng vurub: “Oradan mənə təcili acılı şalğam suyu gətir”, ‒ deyə tapşırardı. İndi hər dəfə “çiğ köfte” görəndə o söhbətlər yadıma düşür.
İmtahan vaxtları idi, idmandan bir az problemi varıydı. Qıcıqlandırıb deyirdim, 10 dənə turnik nədir ki, sən boyda kişi onu vura bilmirsən? Bir gün qan-tər içində olduğu şəklini göndərib, dedi ki, qaqa, keçdim imtahandan. Bütün imtahanlardan keçəndən sonra sanki olacaqları hiss edirmiş kimi belə bir mesaj göndərmişdi:
– Bu il çox atəşfəşanlıq olacaq, deyəsən. Elə bir qoxu var. Mənə yaxşı baxın, xətrimə dəyməyin.
2020-ci ilin yayı... Heç istədiyi kimi keçmədi. “Məzun günü” üçün qurduğu planların heç biri baş tutmadı. Nə biz orada iştirak edə bildik, nə də o, “Məzun günü”ndən sonra arzusunda olduğu məzuniyyətə çıxa bildi.
Təyinatını Ağcabədiyə istəyirdi. Deyirdi, qabaq yaxşıdır, baş ağrısı az olur. Amma alınmadı, Bakı tərəfə çıxdı təyinatı. Sevindik ki, evin içində olacaq, rahat gedib, gələcək işə. Hər gün səhər saat 6-da işə gedirdi. Yeni başlamışdı deyə növbətçi olduğu günlər çox olurdu. Sanki hər şey onun bəxtindən pis gətirmişdi. Pandemiya vaxtı hər yer bağlı olduğu üçün heç normal qeyd edə də bilmədik işə başlamasını.
N saylı hərbi hissədə tank taborunda başladı xidmətə. İşindən razı idi, həvəslə gedib, gəlirdi. Elə alınmışdı ki, əvvəlcə “Qarayev”də, sonra isə Sumqayıtda polislə birgə “karantinə nəzarət”ə göndərilmişdi.
Tovuz döyüşləri vaxtı çox sakit, təmkinli idi. Çox şey danışmırdı. Elə bir ab-havası vardı ki, elə bil nəyisə gözləyirdi.
Sentyabrın 26-sı, gecə müharibə söz-söhbətləri başlayanda zəng vurdum, amma zəngimi götürmədi. Mesaj yazdı ki, yaxşıyam, narahat olma. Bütün gecəboyu silah-sursat yükləməklərindən, tankları qatarlara qaldırmaqlarından bir kəlmə də demədi. Gecə telefonum sönüb. Səhər oyandım ki, deyirlər, müharibə başlayıb, Murad səni axtarır. Telefonlara zəng getmir, internet bağlanıb. Birtəhər Muradla danışa bildim. Qatarda idi, səhərdən yola çıxmışdılar. Mənə yenə də düzünü demədi, Beyləqanda ‒ arxada olacaqlarını dedi. Elə gün oldu ki, heç danışa bilmədik. Amma hər dəfə imkan tapan kimi, şəbəkə olanda bir kəlməlik də olsa, zəng edirdi.
Müharibə başlayandan bir neçə gün sonra yoldaşlarımla birgə cəbhəyə yardım üçün müəyyən vəsait topladıq. Planımız gedə biləcəyimiz yerə qədər gedib, yardımı çatdırmaq idi. 2 oktyabr günü toplanan pulla ehtiyacları almaq üçün Sədərək bazarına getdik. Elə orada olanda Muraddan zəng gəldi. Vəziyyəti danışandan sonra dedi ki, gəlmək istəyirsənsə, elə mənim yanıma gəl. O ana qədər ağlıma gəlmirdi ki, Muradın yanına gedə bilərəm. Nələr aldığımızı dedikcə, “Əla, əla, bacardığın qədər çox şey gətirməyə çalış”, ‒ deyirdi. Orada qərarlaşdırdıq ki, elə həmin günün səhəri Füzuliyə – Muradın olduğu yerə gedək.
Əlavə şeylər də istəmişdi. Amma öz çəkdiyi siqaretdən istəmək əvəzinə, yoldaşlarının çəkdiyi siqareti soruşub, tapşırmışdı, öz çəkdiyini heç deməmişdi.
3 oktyabr günü səhər tezdən Bakıdan çıxdıq ki, komendant saatına qədər gedib, qayıda bilək. Bakıdan baxanda müharibənin dəhşəti, ağrı-acısı, demək olar ki, hiss olunmurdu.
Cəbhəyə yaxınlaşdıqca təcili yardım maşınları daha çox gözə dəyməyə başlayır, sanki alova yaxınlaşırmışcasına hər kilometrdə müharibə öz istisini daha çox hiss etdirirdi. Yolboyu danışırdıq Muradla, zarafatlaşırdıq. Xüsusi bir tapşırığı olan mesaj gəldi birdən:
– Buraya gələndə mərmi-zad atılsa mənim yanımda, mənə bax, mən tərpənmirəmsə, sən də tərpənmə. Deməsinlər, qorxur. Tamam mı, abim?
Beyləqanda “Üç yol” deyilən yerə çatanda yolun bağ-landığını gördük. Polislər post qurmuşdular və oradan irəliyə ancaq yerli sakinləri buraxırdılar. Çox dil tökdük, amma bizi də buraxmadılar. Cəbhəyə yardım apardığımızı, bundan əlavə, qardaşımın zabit olduğunu, onun yanına getdiyimizi desəm də, xeyri olmadı. Muradla əlaqə saxladım. Vəziyyəti danışandan sonra post rəisi ilə danışmaq istədi. Dedi:
– O polis elə bilir ki, mən qərargah zabitiyəm. Qərargah zabiti deyiləm e mən, döyüş zabitiyəm!
Amma Muradın danışmağının da xeyri olmadı. Bizi buraxmadılar. Onun olduğu yerə başqa mülki adamlar gələ bilirdilər deyə lap əsəbiləşir, bu ədalətsizliyə üsyan edirdi ki, bu qədər adam gələ bilir, amma mənim qardaşımı buraxmırlar.
Həmin vaxt çox danışdıq, çox çarə axtardıq. Özüm də bir tərəfdən kənar yol tapmağa çalışdım. İnternet olmadığı üçün telefondakı xəritə tətbiqi də işləmirdi. Dolanbac bir kənd yolu tapa bildik. Həmin yolla gedirdik, Murad zəng vurdu ki, qayıt geri, bizim uşaqlar təchizat üçün gedəcəklər o tərəfə, qayıdanda səni də götürərlər. Amma həmin adamlar sonra zəng vurdular ki, alınmır, götürə bilməyəcəyik. Bəlkə də, geri qayıtmayıb, kənd yolu ilə getsəydim, görüşə bilərdik.
Yenidən həmin kənd yolu ilə getmək qərarına gəldik. Amma nə qismət idisə, getdiyimiz yerdə qarşımız kəsildi, yolu bağladılar. Yaxşı ki, bu dəfə Murad kömək edə bildi. Bir tanış vasitəsilə postdan keçə bildik. Muradın yanına çatmağıma, təxminən, 15 dəqiqəlik bir yol qalmışdı ki, zəng gəldi. Murad idi:
– Qardaşım, biz qabağa gedirik, gəlmə, görüşə bilməyəcəyik. O an dondum. Nə deyəcəyimi, nə düşünəcəyimi bilmədim. “Getmə” deyə bilmədim, amma “get” də deyə bilmirdim. “Gözlə, çatıram”, ‒ dedim, amma olmadı. O an əslində, başa düşdüm ki, mən bir daha Muradı görə bilməyəcəyəm...
Üstündən bir az keçəndən sonra Muraddan mesaj gəldi. O mesaj həyatımda o ana qədər aldığım ən böyük zərbə idi. Bir yumruq kimi hiss etdim o mesajı:
– Qardaşım, gedirəm mən. Haqqınızı halal eləyin. İnşallah, görüşərik. Öpürəm hamınızı.
Bir mesajla haraya getdiyini, nəyə getdiyini ifadə etmişdi əslində. Sonradan öyrəndik, bu mesaj ona rahatlıq veribmiş ki, halallaşdı hamıyla.
Muradın döyüş yoldaşları danışırlar ki, həmin gün tabor komandiri Murad gənc olduğu üçün onun yerinə başqa bir heyət göndərmək istəyib. Amma Murad israr edib ki, öz tankımda özüm gedəcəyəm, zabitəm mən. Komandirinə deyib ki, komandir, siz imkan verəcəksiniz, mən döyüşüm, yoxsa yox? Yerinə keçmək istəyən zabitə isə əsəbiləşərək:
– Ay bədbəxt, sənin övladın var, haraya gedirsən?! Yenə mən subayam, gözləyənim yoxdur, ‒ deyə qışqırıb və tankdan düşməyib. Belə bir israrla döyüşə girib mənim qardaşım.
Füzulidə bəzi postlara baş çəkib, apardığımız yardımı təhvil verdikdən sonra Muradın istədiyi əşyaları oradakı mağazaya verdim ki, ona çatdırsınlar. Forması cırıldığı üçün yeni forma və başqa şeylər istəmişdi. Təzə aldığı uzunboğaz çəkmələrini də aparmışdım. Çəkmələri istəyəndə tərəddüd etmişdi. Gətirimmi, ya gətirməyimmi deyə çox düşünmüşdü. Axırda demişdi ki, gətir. Türkiyədən sifariş vermişdi həmin çəkmələri. Məncə, düşünürdü ki, qayıdanda geyinər... Amma sonra dedi ki, gətir. Bilirdi, bəlkə də, qayıda bilməyəcəyini, geyinə bilməyəcəyini...
Füzulidən qayıdanda yolda Murad yenə zəng vurdu. Səsini eşidəndə özümü saxlaya bilməyib: “Səsinə qurban, qardaşım”, ‒ dedim. O vaxta qədər nə vaxtsa Muradla belə açıq, belə səmimi danışdığım yadıma gəlmir. Sanki ölümdən qayıtmışdı və səsini eşitdimsə, daha hər şey yaxşı olacaq deyə düşünmüşdüm. Dedim, qaqa, ehtiyatlı ol, sən hamıya sağ lazımsan. Məğrur-məğrur cavab verdi:
– Qorxma, qardaşım, analarını ağladacağıq.
Amma mən artıq həmin gündən bilirdim ki, getdiyi yol dönüşü olmayan bir yoldur və o da buna hazırlamışdı özünü.
Həmin günün axşamı zəng vurub dedi:
– Qardaşım, bilirsən, əlimdə nə var? Erməni qumbarası tutmuşam əlimdə, onların postundayıq.
Dedim, ehtiyatlı ol, “kaska”nı başından əskik eləmə, birdən pusqu qurmuş olarlar. Belə məsləhət verdiyim adam isə odun, alovun içi ilə gedib, tarix yazırdı o günlərdə...
Sonrakı bir həftə boyunca, demək olar, hər gün zəng edirdi. Elə gün olurdu ki, gün ərzində bir neçə dəfə danışırdıq. Bir dəfə zəng vurub həyəcanla:
– Qardaşım, şanlı bayrağımız Füzulidə dalğalanır, ‒ dedi.
O, xəbər verəndən 3–4 gün sonra xəbər rəsmiləşdi. O
qədər fərəhli, qürurlu idi ki... Gördüyü iş və tutduğu yolla, bəlkə də, heç vaxt bu qədər fəxr etməmişdi.
Əvvəldə dediyim kimi, Murad çox həvəsli idi avtomobilə qarşı. Bütün söhbəti, işi-gücü maşınlardan danışmaq idi. Əslində, mən Muradın nəyin içində olduğunu da yenə maşın mövzusunda danışanda dərk etmişdim. Müharibənin ilk günləri idi, hələ yeni getmişdi. Günorta vaxtı zəng vurub hal-əhval tuturdu. Birdən qayıdıb dedi:
– Qardaşım, qayıtsam, maşınını biraylıq verərsən... Yox... İkiaylıq verərsən də mənə. Dəyişərik.
Dedim, qurbandır sənə. Danışıb qurtarandan sonra isə hönkürtü tutdu məni. “Qayıtsam...” ‒ demişdi Murad, yəni qayıtmaya da bilərdi... Cəbhədə olanda tez-tez hansısa planlarından, arzularından danışırdı. Adətən, maşınla bağlı olurdu bu planlar. Amma hər səfərində nəyisə deməzdən əvvəl “qayıtsam” deyirdi. Deyirdim ki, niyə elə şərt qoyursan? Qayıdacaqsan. Deyirdi: “Nə bilim e, qardaşım, görək qayıda bilirəmmi?”
Orada olanda günlərlə torpağın üstündə, yağışın altında yatmışdı. Böyrəkləri soyuqlamışdı. Zəng vurdu ki, nə edə bilərəm, çox ağrımasın? Dedim, orada çətin ki dərman tapasan, heç olmasa belini bağla, isti saxla.
Cəbhədə həm də şərait olmadığına görə çimə bilmir-dilər. Təmizkar olduğu üçün bu onu narahat edirdi. Bir dəfə danışanda dedi ki, qaqa, 10 gündür, çimmirəm, bədənimə su dəymir. Dedim, sən qayıt, gəl, hamama aparacağam səni, yaxşıca çimərsən. Dedi, hamamlar işləmir axı. Dedim ki, sən narahat olma, özünü qoru, sağ-salamat qayıt, mən səninçün təşkil edəcəyəm.
Döyüş yoldaşlarına qarşı çox həssas idi. Hər dəfə danışanda olduğu yerlə, yoldaşları ilə necə qürur duyduğunu hiss edirdim. Gəncə hadisələri isə ona xüsusilə ağır təsir etmişdi. Düşmənə qarşı nifrəti birə-on artmışdı.
Bir gün danışanda gördüm ki, qanıqaradır. Nə olduğunu, niyə bikef olduğunu soruşanda dedi: “Necə olum e, qardaşım? Yanımdakını apardılar”. Sonradan öyrəndim ki, tuşlayıcısı tankın üstünə çıxanda yanlarına “minamyot” düşüb, tuşlayıcını qəlpəsi tutub. Şükür ki, yarası ölümcül deyildi, amma o belə Murada çox təsir etmişdi.
Bir dəfə də danışanda dedi ki, qardaşım, kabab eləmişəm. Dedim, nə kababı, ay Murad?
– Ee nə kababı olasıdır? Adam kababı, ‒ deyə cavab verdi. Sonradan öyrəndim ki, düşmənin kəşfiyyatçısını 2000 metr məsafədən ayrıca bir tank mərmisi ilə vurub.
Son danışığımız oktyabrın 10-u oldu qardaşımla. Günorta zəng vurmuşdu. Oradan-buradan danışdıq. Kefi də yaxşı idi:
– Qardaşım, burada bir dənə pikap sürdüm, bilirsən, nə babatdır? Tankdan düşüb, buna minəndə elə bilirsən, pambıqdır. Qərar vermişəm, qayıtsam, maşını satıb, pikap alarıq mənə, ‒ dedi.
Dedim ki, Murad, “qayıtsam” filan demə. Qayıdacaqsan. Söz ver mənə ki, qayıdacaqsan. Ürəksiz, məcburi formada: “Söz verirəm, qayıdacağam”, ‒ dedi.
Bir də həmin günün axşamı zəng vurdu. Oğlum Atilla ilə danışmaq istəyirdi. Uşaq mızıldandı bir az. Dedi: “İşin olmasın uşaqla, nə istəyir, eləsin”.
Bu, son danışığımız olmuşdu. “Uşaqlar sərhədi bağlamağa getmişdilər. Gəldilər. Görüm necə oldu”, ‒ deyib sağollaşmışdı. Elə rahat danışmışdı ki...
Həmişə uşaq xasiyyətli olduğuna görə qınadığım Murad müharibə vaxtı böyümüşdü. Müharibənin insanları dəyişdirdiyini deyirlər, amma bu qədərini düşünməzdim heç...
Ən son oktyabrın 11-i, səhər saat 8-in yarısı mesaj yazmışdı:
– Sabahın xeyir, qardaşım, yaxşıyam.
Həmin gün dəfələrlə zəng vurdum, amma Muradın nömrəsinə zəng çatmadı. Öz-özümə dedim, yəqin əməliyyatdadır, şəbəkə yoxdur.
Tank düzülüşündə belə bir qayda var imiş ki, qrupun komandiri kolonun önündə getməlidir. O günə qədər həmişə bölük komandiri birinci gedib. Məhz şəhid olduğu gün Murad israr edib ki, bu gün kolonda bizim tankımız birinci gedəcək.
Oktyabrın 12-si, səhər tezdən dostu Elçin zəng vurub dedi ki, Muradın şəklini paylaşıblar, üzərinə də belə yazıblar: “Sən hər birimizin ucalmaq istədiyi zirvəyə yüksəldin, cənab leytenant”. Mən qardaşımın şəhid olduğunu bir şəkillə öyrəndim...
Murad üçün təkcə qardaşım olduğuna görə yox, həm də bir insan olaraq çox darıxıram. Arxam, dayağım getdi. Nə qədər desələr də ki, getdiyi yer hamının arzusunda olduğu yerdir, məncə, əslində onun arzusu cavanlığını doyunca yaşamaq idi. Bir insan ancaq onun qədər həyat dolu ola bilərdi.
Murad o vaxtdan bəri bir neçə dəfə yuxuma gəlib. Birinci yuxuda evdə idi, geri qayıtmışdı. Məni qucaqlayıb, gülümsəyirdi ki, gəldim. Elə möhkəm qucaqlaşmışdıq ki, sanki həqiqi idi. Yuxu da olsa, hələ də o qucaqlaşmanın istiliyini hiss edirəm. İkinci səfər isə onu böyük bir süf-rənin ətrafında görmüşdüm. Ancaq cavanlar var idi orada. Gülümsəyərək mənə süfrənin ətrafında oturanları göstərirdi. O qədər xoşbəxt, rahat görünürdü ki...
İnsanın nə vaxtsa qardaşı haqqında xatirələrini yazacağı heç vaxt ağlına gəlməz. Düşünürsən ki, daima birlikdə olacaqsınız. Bəzən bir çox şeyi ertələyirsən ki, sonra edərəm, vaxt boldur. Amma ölümlü dünyadır. Nə qədər vaxtın qaldığını bilmək olmur. Murad çalışırdı ki, hər gününü sanki son günüymüş kimi yaşasın. Həyəcanlı, səbirsiz idi. Sanki daima nə üçünsə tələsirdi.