Sərxan Nağıyev - Murad Nağıyev
Sərxan Nağıyev
Murad evdən çıxanda hələ uşaq idi, bığ yeri təzə-təzə tərləyirdi. O, 14 yaşında, onun yaşıdlarının hələ məktəbə valideynləri ilə birlikdə gedib-gəldikləri bir vaxtda isti evini, ana qucağını, ailəsini geridə qoyub oxumağa yollanmışdı. Nə qədər “qardaş ölkə” desək də, yad ölkədə, İstanbul kimi böyük bir şəhərdə baş çıxarmaq asan iş deyil. Murad o şəhərin bu başından girib, digərindən çıxırdı. Harada Azərbaycanla bağlı nə var idisə, hamısını tanıyırdı. Yeməyə Azərbaycan restoranına gedər, dostları ilə Azərbaycan kafelərində görüşərdi. Tətilləri səbirsizliklə gözləyərdi. Hər tətildə Azərbaycana gələrdi Murad. Evdə vaxt keçirər, dostları ilə görüşər, gəzməyə gedər, əvvəllər oxuduğu məktəbə gedib, keçmiş müəllimlərini ziyarət edər, dərslərdə oturardı.
O, Kulelini qazananda hədsiz qürur duymuşdum. Mənim, eləcə də ailədəki hamının arzusu onu general olaraq görmək idi. Murad Kulelidə yüksəkkeyfiyyətli təhsil alacaq, sonra ali hərbi məktəblərin birində (quru, hava, ya da dəniz) ixtisaslaşacaq, NATO-nun ən böyük ikinci ordusunda nümunəvi zabit kimi yetişəcəkdi. Daha sonra isə vətənə qayıdıb, uğurlarına uğur əlavə edəcəkdi. Hamımız belə xəyal qururduq. Amma Muradın arzusu başqa imiş.
Murad Kulelidə yüksəkkeyfiyyətli təhsil almışdı. Onlara həm mülki dərsləri, həm də hərb elminin sirlərini öyrədir, kursantları həm fiziki, həm də mənəvi olaraq gələcək peşələrinə hazırlayırdılar. Murad riyaziyyatdan xüsusilə yüksək nəticələr göstərdiyinə görə müəllimləri ona “matematik dehası” (riyaziyyat dahisi) adını vermişdilər. Hərdən mən məktəbə gedər, Muradın müəllimləri ilə də görüşərdim. Hamı onun həm tərbiyəsindən, həm də zəkasından ağız dolusu danışardı. Muradgili yayda təlimlərə göndərərdilər. O, kursantların “cehennem haftası” adlandırdığı İzmirin Menteş düşərgəsində komando hazırlığı kursu keçmiş, müxtəlif atış təlimlərində iştirak etmiş, həmçinin yüksəktexnologiyalı hərbi texnikalarla yaxından tanış olmuşdu. Murad Kulelidə həm də vətənpərvər ruhda yetişmiş, bayrağımızı, ölkəmizi layiqincə təmsil etmişdi. O, Çanaqqala şəhidlərini ziyarət etmiş, “57. Alay Vefa Yürüyüşü”ndə iştirak etmişdi.
İstanbulda ailədən təkcə mən var idim. Ona görə də biz Muradla, demək olar, hər həftəsonu görüşər, gəzməyə gedərdik. Muradın tarixə, şeir və sənətə böyük marağı var idi. Tarixi romanlar oxuyar, məşhur şairlərin kitablarını yanından ayırmazdı. Topqapı sarayına gedər, orada Osmanlı sultanlarının taxt-tacına, yeniçərilərin geyimlərinə və qılınclarına böyük maraqla tamaşa edərdi. Ayasofyaya da gedərdik, Qalataya da, İstanbul dəniz muzeyinə də. Hərdən sahildə oturub çay içər, mənzərəyə baxıb, həyatdan, həyatın mənasından danışardıq. Muradın həyatdan böyük gözləntiləri var idi. Hamını özü kimi bilər, pis şeylər düşünməzdi. Dünyagörüşü kifayət qədər geniş idi və yaşıdları ilə müqayisədə daha güclü xarakterə malik idi. Mən çalışardım, ona başa salım ki, insanlardan heç nə gözləmək lazım deyil, həyat adil deyil. Təəssüf ki, mən bunu bacara bilmədim, Murad elə özü kimi qaldı.
O, həyata fərqli pəncərədən baxardı. Həyatın hər bir anını dolu-dolu yaşayardı. Bir gününü boş keçirməz, həmişə nə iləsə məşğul olardı. Arzular qurardı, xəyallara dalardı. Arzularını, planlarını yerinə yetirənə, istədiyinə çatana qədər dincəlməzdi. Cəbhədə də bu xüsusiyyətindən əl çəkməyib. Qarabağı azad etmək üçün çıxdığı yoldan Qarabağı azad etməmiş geri qayıtmadı.
Murad da hər evin sonbeşiyi kimi nazının çəkilməyini istəyərdi. Orxan və mənim yaş fərqimiz cəmi bir il olduğu üçün biz tay-tuş sayılardıq, ona görə də birlikdə daha çox vaxt keçirərdik. İkimiz də Muraddan yaşca xeyli böyük olduğumuz üçün onu hər yerə özümüzlə aparmazdıq. Düzdür, onun istədiklərini yerinə yetirməyə çalışar, xətrini xoş tutardıq, amma bu onu qane etməzdi. İndi başa düşürəm ki, özümüz böyük olsaq da, ağlımız uşaq ağlı imiş.
Muradın hündür boyu, geniş çiyinləri, qüvvətli qolları var idi. Əllərinin codluğu keçdiyi təlimlərin izlərini daşıyırdı, barmaqlarının incəliyi, yanağının qırmızılığı, üzünün bəyazlığı və alnının açıqlığı isə heç vaxt itirmədiyi uşaq saflığından xəbər verirdi. Mən ondan 5 yaş böyük olsam da, o məndən çəkinməzdi. Tez-tez zarafatlaşardıq. Məni qucaqlayıb, nəfəsim kəsilənə qədər sıxardı. Hərdən güləşərdik. Məni yıxmağı heç 5 dəqiqə çəkməzdi. Ondan sonra məni yaxşıca əzişdirib, anamgil deyinənə qədər buraxmazdı. Qolları məngənə kimi idi Muradın. Sıxdısa, kim gəlir gəlsin, aça bilməzdi.
Dediyim kimi, Murad həyat dolu idi. Çox şeyə marağı var idi. Gəzməyi, əylənməyi sevirdi. Hər cavan oğlan kimi o da maşına həvəsli idi. Maşın sürməyi də məndən qabaq öyrənmişdi. Bir dəfə Orxanın maşınını götürdük ki, Murad mənə də maşın sürməyi öyrətsin. Səbirlə mənə nəyin necə olduğunu başa salır, həyəcanlananda məni sakitləşdirirdi. Bir az sürəndən sonra gördüm ki, bacarmıram, dözmədim, dedim, öyrənmək istəmirəm, lazım deyil. Murad özünəxas formada gülüb dedi: “Düş e, düş, səndən maşın sürən çıxmaz...” Düşüb, sakitcə yanında oturdum.
Qara, tünd şokoladı xoşlayardı. “Kofe ilə əla gedir”, ‒ deyərdi. Mən hər Bakıya gələndə tapşırardı ki, ona mütləq qara şokolad alım.
Muradın uşaq yaşlarından şeir yazdığını hamımız bilirdik. Əvvəllər heç kəslə bölüşməsə də, sonralar arabir mənlə paylaşırdı. Məndən kitab məsləhətləri istəyirdi. Deyirdi ki, ürəyim doludur, sinəm duyğularla dolub-daşır, amma onları ifadə edə biləcək sözləri tapa bilmirəm. Dilini zənginləşdirəcək kitablar oxumaq istəyirdi. Mən onun şeirlərini çox bəyənirdim, amma, açığı, onların bəzilərindəki bədbinlik məni narahat edirdi. Səbəbini soruşanda da həmişəki kimi zarafata salırdı. Bəlkə də, mən onun şair ürəyinin demək istədiklərini anlaya bilmirdim, ona görə də şeirləri mənə bədbin gəlirdi.
Murad və kirvəsi Yunusun qardaşı Emre çox yaxın dost idilər. Onlar tez-tez görüşərdilər. Murad ona dərdlərini danışar, sirlərini bölüşərdi. Emre gənc yaşda vəfat etmişdi. Murad onda hələ uşaq sayıla biləcək yaşda idi, amma bu hadisə ona çox təsir etmişdi. Düzdür, Murad bunu çox büruzə verməzdi, amma Emrenin vəfatı onda dərin iz qoymuşdu. O, “Emre’ye veda” şeirini (bax: səh. 166) onun xatirəsinə yazmış, duyğularını, üzüntüsünü, özləmini bu şeirlə dilə gətirmişdi. Muradın çox kövrək ürəyi var idi.
Murad dostlarına çox bağlı idi. İstanbulda olanda hərdən həftəsonları da məktəbdən çölə çıxa bilmirdilər, mən də ona ürəyi istəyən yeməkləri aparırdım. O heç vaxt dostlarını yaddan çıxarmazdı. Murada nə yemək aparardımsa, onu mütləq dostları ilə bölərdi. Sevdikləri içkiyə qədər tapşırardı. Murad AAHM-də oxuyanda da belə idi. Kursant yoldaşı danışır ki, bir gecə növbətçi olanda acıb, yemək axtarmaq üçün ətrafı gəzirmiş. Bunu görən Murad yatağından qalxıb və nə axtardığını soruşub. O deyəndə ki, acdır, yemək axtarır, Murad öz yeməyini ona verib. Deyib ki, bu dönəri səhərə özüm üçün saxlamışdım, amma götür, yarısını sən ye, mənə yarısı da bəsdir. Bundan başqa, bayramda o, evə gələr, yoldaşları növbətçi qalardısa, Murad onları heç vaxt yaddan çıxarmazdı. Onlara evdə bişən bayram aşından aparar, sonra gəlib özü yeyərdi.
Yeni insanlar tanımağa maraqlı idi. İstanbulda olanda mənim dostlarımla da tanış olmuşdu. Tez bir zamanda onlarla qaynayıb-qarışmış, hamı ilə dostlaşmışdı.
2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd olanda Murad Ankarada Kara Harp Okulunda (KHO) oxuyurdu. Həmin ali məktəb Türkiyə parlamentinə bitişik yerləşirdi. Şəhərin mərkəzində parlament qırıcılarla bombalananda, küçələr döyüş meydanına dönəndə, KHO-da çevrilişçilər məktəbin idarəsini ələ keçirməyə çalışanda belə Murad gənc yaşına baxmayaraq bir damla belə qorxu hiss etməmişdi. Biz onunla bütün gecəboyu səsli mesajlarla danışmışdıq. Mən alçaqdan uçan qırıcıların səsini, bombaların gurultusunu, silah səslərini eşidirdim. Muradın səsində isə bir damcı qorxu yox idi. Mənə deyirdi ki, həm yaşca kiçik olduqlarından, həm də xarici kursant olduqlarından müqavimətə qarışmırlar, amma Muradın necə fəxrlə özündən böyük kursantların çevrilişçiləri tərk-silah etmələrini danışması yaxşı yadımdadır. Lakin həmin gecənin səhərində və sonrasında baş verənlər, xüsusilə də heç nədən xəbəri olmayan əsgərlərə, Kulelidə 14–15 yaşlı kursantlara edilən rəftar onu çox kədərləndirmişdi. Murad oxuduğu məktəblərlə çox fəxr edirdi. Həmin məktəblərin bağlanması Murad və yoldaşlarına, onların şərəfli formalarına qarşı haqsızlıq idi və bu, Muradda çox böyük iz qoymuşdu. Məncə, o düşünürdü ki, xəyanətə məruz qalan təkcə Türkiyə yox, həm də Muradgil idi.
Murad AAHM-ə gələndə artıq burada keçilən mövzuların, haqqında təlim verilən, öyrədilən silah və texnikanın hamısından xəbərdar idi. Murad çox qabiliyyətli kursant idi və o bunu dəfələrlə sübut etmişdi.
O həmişə deyirdi ki, təyinatını cəbhə bölgəsinə istəyir. Ağlındakı Ağcabədi idi. Qismət elə gətirdi ki, Bakı yaxınlığındakı hərbi hissələrin birinə düşdü. Buna həm çox sevinmişdim, həm də rahatlaşmışdım. Deyirdim, evimizin içidir, nə olacaq ki? Rahat evə gəlib, gedər, daha əziyyət çəkməz. Həm də ki 30 ildir, dondurulmuş münaqişə Murad məzun olan kimimi alovlanacaq? Haradan bilərdik ki, müharibə başlayanda Murad ən ön sıralarda gedəcək. Murad isə bilirmiş. O hələ məzun olmamışdan hiss edirmiş ki, müharibə başlayacaq.
Sentyabrda təlimlər başlayanda mən tez evə zəng vurdum. Muraddan nigaran idim. Soruşdum ki, Murad, nə olub, nə məsələdir? Dedi ki, qaqa, toy olacaq. Mən başa düşmədim. Murad həmin vaxt da zarafatlarından qalmırdı. Bilirdim ki, evlənmək istəyir, ona görə də elə bildim, öz toyunu deyir. Dedim, bunun məsələyə nə dəxli var? Mən soruşuram ki, təlimlər nə məsələdir? Dedi ki, deyirəm, toy olacaq da. Gəlin maşınlarını bəzəyirik, xonça yığırıq. Mən yenə başa düşmədim. Evdəkilər dedilər ki, toy müharibəyə deyir, gəlin maşınları tanklardır, xonçalar isə silahlar. Ermənilərə toy tutacağıq, deyirmiş. Mən yenə inanmadım, çünki Murad bunları gülər üzlə, sakit-sakit deyirdi. Səsində qorxudan, heç olmasa cüzi də olsa, narahatlıqdan əsər-əlamət yox idi. Dedim, Murad, qorxutma bizi. Nə toy, nə müharibə? Gülə-gülə dedi: “Hə, toy olacaq, mən də şəhid olacağam...”