Tahirə Məhəmmədi - Murad Nağıyev
Tahirə Məhəmmədi
Heç fikirləşməzdim ki, nə vaxtsa Murad haqqında xatirələrimi danışacağam. Onun haqqında danışmaq mənim üçün həm çətin, həm də qürurvericidir. Bizim gözümüzdə həmişə körpə, məsum qalan Murad elə 14 yaşında ayağına əsgər çəkməsi geyinib, ana nəvazişindən, ailə qayğısından uzaq yaşayandan qəhrəman imiş.
2020-ci ilin iyul ayının 29-u idi. Murad bizə gəlmişdi. Anasıgil də bizdə idi. Həmişə səsli-küylü, gəlişi toy-bayram olan, gülərüz, şən Muradı ilk dəfə idi ki, belə yorğun, belə qəmgin görürdüm. Kaş biləydim, o anda hansı hissləri keçirirdi.
– Görəsən, Murad müharibənin başlayacağını, özünün də şəhid olacağını əvvəlcədən hiss etmişdimi?
Tahirə: Murad şəhid olacağını, elə bil, əvvəlcədən bilirdi. 2020-ci ilin may ayı idi. Məzun olmasına az bir vaxt qalırdı. Evə gəlmişdi, oturub söhbət edirdik. Hamımız sevinib, onu təbrik edirdik ki, məzun olursan, məktəbi bitirib işləyəcəksən. O isə bizə baxıb dedi: “Məktəbi qurtaran kimi şəhid olacağam”. Murad, bəlkə də, həmin vaxt qəhrəmanlıq salnaməsinin ilk pillələrini yaşayırmış, amma biz onu duya bilmədik.
– Muradın hansı arzuları var idi?
Tahirə: Arzular çox, ömür az... Onun arzuları çox idi. İstəyirdi ki, az müddətdə həm işində, həm də şəxsi həyatında uğurları olsun. Hər şeyin yolunda olması üçün çox tələsirdi.
Nəhayət, Murad məktəbi bitirib ilk arzusuna çatdı. “Leytenant” rütbəsi alıb, tank komandiri olaraq işə başladı. Ancaq amansız müharibə imkan vermədi. Sentyabrın 27-də bütün vətən oğulları kimi Murad da müharibəyə getdi. Heç kimə demədən, heç kimlə görüşmədən...
– Onunla heç olmasa telefonla danışa bildinizmi?
Tahirə: Mən 10 gündən sonra bildim ki, Murad müharibəyə gedib, çünki mənə demişdilər ki, onları aparmayıblar. Həmin an hansı hisslər keçirdiyimi ifadə edə bilmərəm. Elə həmin gün onunla telefonla danışdıq. İlahi, Murad necə ürəkli, necə gülə-gülə danışırdısa, biranlıq onun müharibədə, odun-alovun içində olduğunu unutdum. Bu cəsur, qorxmaz Muradım az bir vaxtda necə də olğunlaşmış, elə bil neçə yaş böyümüşdü.
Onun döyüş yoldaşlarının xatirələrinə qulaq asdıqca, Muradın müharibənin ilk günündən şəhid olduğu ana qədər necə qəhrəmancasına döyüşdüyünü, hər zaman irəli də getdiyini, da yanıb-dincəlmədən, gecə və gündüz torpaqlarımızın azadlığı uğrunda vuruşduğunu dinlədikcə sinəmiz qürur hissi ilə dolub-daşır.