Xavər Məhəmmədi - Murad Nağıyev
Xavər Məhəmmədi
Balamın adını özüm qoymuşam. Sərxanı həkimə gətirmişdik. Xəstəxanada Murad adlı bir uşaq var idi. Anası onu şirin-şirin çağıranda mənim də xoşuma gəlmişdi. Həm buna, həm də həyatdakı bütün gözəl arzuları təmsil edən mənasına görə “Murad” adını seçmişdik. Nə biləydik ki, muradımız yarımçıq qalacaq.
Payız ayı idi. Yağışlı bir gün idi. Balamın 2 yaşı vardı. Mənim başım qarışıq olub. Birdən ayıldım ki, Muradım yoxdur. Mənim üçün çox qorxulu, həyəcanlı dəqiqələr oldu. Hər kəs onu axtarmağa başladı. Biz onda binanın 9-cu mərtəbəsində yaşayırdıq. Baxdıq ki, Murad özü təkcə 9-cu mərtəbədən pilləkənləri enib, həyətdə suya girib, oynayır.
Murad mənim sonbeşiyim idi. Bir gün balamla Qazaxdan gəlirdik. O vaxt Muradın 10 yaşı var idi. Avtovağzalda hərbi formada bir kursant gördük. Dedim ki, Murad, gör necə gözəl yaraşır. Baxıb dedi ki, istəyirsən, mən də elə olum? Mən də eyni sualı ona verdim. “Əlbəttə, əgər sən istəsən, mən də hərbçi olaram!” ‒ deyə cavab verdi.
Canım, ailəmizin hər zaman sevimlisi, çırağı olan balam... Bu gün mənə onsuz çox çətin və ağrılıdır.
Murad uşaqlığından birinciliyə can atardı. Həmişə istəyərdi ki, ən öndə gedənlərdən olsun. Harada olursa olsun, adı siyahının ən yuxarısında olmalı idi. Elə müharibədə də ən irəlidə getdi.
Murad evimin körpəsi olsa da, o, 14 yaşından anadan ayrı, çöllərdə oldu. Türkiyədə oxudu. Orada da həm savadına, həm də tərbiyəsinə görə hamının hörmətini qazandı.
Kulelidə oxuyarkən tətil günlərini həsrətlə gözləyirdim. Hər dəfə Murad Bakıya gələndə evimizdə toy-bayram olardı. Qayıdanda da ancaq ağlaya-ağlaya yola salardım Muradı. Heç Murad da mənsizliyə dözə bilmirdi. Bakıda olduğu müddətdə çalışırdım ki, istədiyi hər şeyi edim. Sevdiyi yeməkləri ‒ düşbərə, xəngəl, qutab, döşəməli aş bişirərdim, gül, çiyələk, qoz mürəbbəsi ilə isti çay verərdim, qulluğunda durardım. Özümü belə ovudurdum ki, balamın könlünü alam. Amma onun üçün çox çətin idi körpə yaşında anadan, ailədən ayrı düşmək. Mənim üçün də çox çətin idi, amma indi necə dözürəm, heç özüm də bilmirəm.
Bəzən elə olurdu ki, mənim xətrimə dəyirdi. Amma səhvini tez də başa düşürdü. Özünü bağışlatmayınca telefonum susmurdu. Heç vaxt istəmirdi ki, mənim gözümdən yaş axsın. Bir-birimizə çox bağlı idik. AAHM-də oxuyarkən belə, evə gələndə deyərdi ki, ana, 10 dəqiqə də olsa, bir az səninlə yatım. Məncə, o vaxtlar özü hiss edirmiş ki, bir gün onsuz qalacağam.
Murad hər kəsin sevimlisi idi. Böyüklərin hörmətini saxlayar, hər kəsə əl tutardı. Hamının məsləhət yeri idi mənim balam. Hətta özündən böyüklər də yeri gələndə ondan məsləhət alardı.
O, dostlarına qarşı çox həssas idi. AAHM-də oxuyanda tətil günlərində dostlarının bəziləri növbətçi qalmışdı. Murad həmin gün məndən xahiş edib: “Ana, bişirdiyin yeməklərdən ayır, mən uşaqlara aparacağam”, ‒ demişdi.
2020-ci ildə AAHM-dən məzun olub, Bakı yaxınlığındakı N saylı hərbi hissəyə təyinat aldı. Orada cəmi iki ay işləsə də, tez bir zamanda hamının hörmətini qazandı o balaca canıyla, o körpə canıyla.
Bakıya düşməyinə çox sevinmişdim. Fikirləşirdim ki, neçə illik əziyyətimizin bəhrəsini görəcəyik. Hər gün sevinclə yola salıb, sevinclə qarşılayırdım. Deyirdim, hərbi hissədən çıxanda xəbər et, yeməyi hazır edim ki, gəlib, isti-isti yeyəsən. Qapıdan içəri gülər üzlə, xoş əhvalla girərdi. Zarafat etməyi, deyib-gülməyi çox xoşlayırdı.
Murad hər zaman deyərdi ki, mən şəhid olacağam. Deyərdim ki, general olacaqsan sən. “Yox, ana, generaldan üstün şəhidlikdir, ‒ deyərdi, ‒ sən bilmirsən onu”.
Murad mənə Füzulidə ‒ cəbhədə olduğunu deməmişdi. Mən elə bilirdim ki, o, Beyləqandadır. Telefonla danışa bilmirdim, çünki səsini eşidən kimi ağlayırdım, o da narahat olurdu. Ona görə də çox vaxt mənə mesaj yazırdı. Şəhid olmağından 3, ya da 4 gün əvvəl bildim ki, qabaqdadır. Danışanda dedim:
– Narahat olma, qorxma, hər şey yaxşı olacaq. Mən səni Allaha əmanət etmişəm, sənin üçün hər gün dua edirəm. Sən bircə ehtiyatlı ol, hər şey yaxşı olacaq. Dualarını et.
– Eh, ay ana, bilsən ki, yanımda nə qədər şəhid dostlarım var, heç belə rahat danışmazsan, ‒ deyə cavab verdi.
Mən də dedim ki, nə şəhid, nə danışırsan? Bəs sən Beyləqanda deyilsən? Onda dedi ki, yox, Füzulidəyəm.
Balamla xatirələrim, təbii ki, çoxdur, amma mənim üçün onları Muradsız xatırlamaq çox ağırdır. Murad çox ağıllı, kamallı bir övlad idi.
Murad şəhid olanda onun 23 yaşı var idi, amma mən elə bilirdim, o hələ 8-ci sinifdə oxuyur. Çox saf uşaq idi. Həmişə deyərdim ki, nə vaxt böyüyəcəksən sən, Murad? Amma indi anlayıram ki, balam bir ana kimi mənim gözümdə körpə imiş, əslində isə mənim balam körpə deyilmiş, o çox böyük, qəhrəman bir övlad imiş. Cəbhədə olduğu o 15 gündə daha da böyüyübmüş, mən bilməmişəm. Həyatımın mənası olan, xəyallarımda hər zaman körpə qalan balam...