Aysu Ələkbərova - Murad Nağıyev
Aysu Ələkbərova
Muradla tanışlığımız illərə dayanır. 2011-ci ildən bəri bir-birimizi tanıyırıq. Onunla bağlı unudulmayacaq qədər dəyərli və silinməz xatirələrim var. Danışmağa hansından başlayım bilmirəm ‒ qəlbi daima vətən eşqi ilə döyünən igid hərbçidənmi, yoxsa mənə hər zaman dəstək olan, dərdimi, sirrimi dinləyən, birlikdə ürəkdən deyib-güldüyüm o gözəl dostdanmı?
Deyə bilərəm ki, həyatımda yaşadığım sayılı xoşbəxt günlərdən biri də Muradla İstanbulda keçirdiyimiz gündür. Ümumiyyətlə, İstanbul dedikdə ağlıma ilk Murad gəlir. İstanbula imtahan vermək üçün getmişdim. Günümün xoş və yaddaqalan keçməsi üçün əlindən gələni etməsi, imtahan həyəcanıma şərik olması, xəstələndiyim üçün mənə dərman alması, xatirə şəkillərimiz və o şəkillərdə üzümüzdə olan təbəssüm hələ də gözümün qabağından getmir. Azarkeşi olduğumuz “Qalatasaray” futbol klubunun uğurlarını həmişə bir-birimizlə bölüşürdük. İstanbuldan mənə aldığı, üzərində həmin klubun rəngləri olan və yazılarla bəzədilmiş hədiyyəlik fincanı hələ də saxlayıram. Muradla bağlı o qədər xatirələr var ki, xatırladıqca bir üzümdə gülüş yaranır, bir üzümdə kədər. Həqiqətən, bir dost kimi mənə çox ağırdır.
Vətənə bağlılığı, hərbi sahəyə olan marağı, mərdliyi və cəsarəti onu digərlərindən fərqləndirirdi. Hələ onda böyüməmişdik. Gələcəkdən xəbərsiz gələcəyin xəyallarını qurarkən belə Murad özünü hərbi həyatdan kənarda görmürdü. Oxuduğu hərbi məktəblər ‒ Kuleli və Kara Harp Okulu (“Harbiye”) ilə daima fəxr edirdi. İstanbulu çox sevirdi və oraya bağlılığı bir başqa idi. Ankaraya Kara Harp Okuluna gedəndə o yerləri gəzdirmək üçün mənə söz vermişdi. Amma qismət deyilmiş. 2016-cı ildə oradan geri dönəndə içində bir boşluq hissi var idi. Paylaşım etmişdi:
Elveda şeref timsali üniformam;
Ne çok yakışmıştın bana,
Seni her giydiğimde.
Senin gibi lekesiz olsun diye bu vatan,
Ne sonsuz ideallerim vardı.
Ama dalından koparılan bir çiçek gibi,
Koparıyorlar seni benden...
Yaşa Var Ol Harbiye!
Ən son – müharibədən bir ay əvvəl Bakıya gələndə vaxt məhdudiyyətindən görüşə bilməmişdik. Buna görə məndən çox incimişdi. Ona qısa vaxtda görüşəcəyimizə dair söz vermişdim. Yarımçıq qaldı verilən sözlər...
Şəhid olmamışdan bir gün əvvəl gecə yuxuda gördüm. Sanki sağollaşıb getdi. Oyananda yuxunun təsirindən çıxa bilməmişdim. Nə qədər mesaj yazsam da, ondan xəbər ala bilmədim. Şəhid olduğu gecə aldığım o xəbərlə sarsıldım.