Namiq Səfərov - Murad Nağıyev
Namiq Səfərov
Elsevər: Komandirlə ilk dəfə o, AAHM-dən məzun olub bizim bölüyə təyinat alanda tanış olmuşam. 2020-ci il, iyul ayının 11-də.
– Zəhmət olmasa, Murad haqqında xatirələrinizi bizimlə bölüşün. Onun arzu və istəklərindən, döyüş yolunuzdan danışın.
Elsevər: Nüzgar kəndində gecəni səhərə qədər tankın içində yatdıq. Səhərə qədər yağış yağmışdı. Texnikanın içi nə qədər bağlı yer olsa da, kənarlarından üstümüzə yağış suyu tökülürdü. Səhər oyananda gördük ki, hamımız ‒ bütün heyət suyun içindəyik. Orada meşəlikdə döyüş də gedirdi. Günümüz daim texnikanın içində keçirdi. Bir-birimizin üzünü elə də çox görmürdük, tək-tük hallarda bir yerə düşürdük. Ancaq döyüşdə olurduq. Ondan sonra bizi qruplara bölüb kəşfiyyatla, xüsusi təyinatlılarla birlikdə Cəbrayıl istiqamətində göndərdilər.
Bir dəfə gecə kiçik bir ocaq qalayıb oturmuşduq. Düşmən də bir tərəfdən atırdı. Orada xeyli adam var idi ‒ özümüz idik, kəşfiyyatın uşaqları da var idi. Murad birdən qayıdıb dedi ki, elə hamımız bir-birimizə baxırıq, amma bilmək olmaz, bəlkə, biz də sabahın nurüzlü şəhidləriyik. Hamı dedi ki, sakit dur görək. Biz buraya ölməyə yox, öldürməyə gəlmişik. “Onsuz da öldürürük, amma bilmək olmaz, burada ölmək də var, qalmaq da var”, ‒ deyə cavab verdi.
Döyüşmədiyimiz, ya da döyüşə hazırlaşmadığımız vaxtlarda əsasən telefonla məşğul olurdu, sevdikləriylə əlaqə saxlayırdı. Günün çox hissəsini texnikanın üstündə keçirirdi. Gənc zabit olduğu üçün təcrübəsi az idi, amma öyrənməyə can atırdı. Kimi tuturdusa, texnikanın üstünə aparırdı ki, ondan nə isə öyrənsin. İlk dəfə döyüşə girəndə tabor komandirimiz onun gənc olduğunu nəzərə alıb istədi, Muradı texnikadan çıxartsın, amma o razı olmadı. Dedi: “Texnika mənimdir. Buraya qədər gəlmişəmsə, buradan qabağa da gedəcəyəm!” Əsgərimizi dəyişdirib yerinə Azəri verdilər. Komandirlə Azər bir-birlərinə dayaq idilər. Onlar yan-yana otururdular, daim birlikdə idilər. Bir-birlərini öyrədirdilər, birlikdə deyib-gülürdülər.
Bir dəfə Zəngilan yolunun üstündə hərbi hissə var idi, oranı dağıdırdıq. Gizir gəldi ki, mən oranı bilirəm, əsgər getməsin. Əsgərin yerinə o gizir getdi. Heyət olaraq Murad qayıtdı ki, biz gedirik, maşını (tankı) işə sal. Mənə, özü də, mexanik demirdi, sürücü deyirdi. Deyirdim, komandir, mən mexanikəm, mənə sürücü demə. Şəxsi sürücü deyiləm mən. Deyirdi: “Sür e, sür, işə sal maşını”. Haradasa 15 km getdik. Zəngilan yolunun üstündəki hərbi hissəyə çatdıq. Dərənin arasında hərbi hissə idi, bu tərəfində də biz idik. Bir təpənin üstünə qalxıb oradan mövqe dəyişərək vurmalı idik. Oradan qalxdıq, 2-ni, 3-nü atandan sonra dedi ki, buradan vurmaq olmur, sür ağaclığa. Sürdüm, ağaclığın arxasında saxladım. Oradan başladılar hərbi hissəni dağıtmağa. Texnikadan çölə çıxıb, kəşfiyyat qrupunun komandirinin binoklunu alıb baxırdı ki, görsün, haranı dağıdıb. Dedim, komandir, gir içəri. Biz tankın üstündə açıqdayıq. Yenə kəşfiyyat qrupunun yanında ağaclıq var, arxasında qorunurlar. Sən tankın üstündəsən, qırağa düşən nə isə olsa, sənə dəyə bilər, gir içəri. Baxandan sonra dedi ki, bir də sür həmin yerə. Həmin yerə bir də verdim. Bir-iki yer qalmışdı, oranı da dağıtdılar. Qayıtdı ki, mərmimiz qurtardı. Qayıdaq, sursat yükləyək, lazım olsa, bir də gələk. Bir az arxaya verdim. Artıq torpaq yoldan asfalta çıxırdım, birdən qayıtdı ki, dur! Dayandım. Dedim ki, komandir, nə oldu, niyə dayandıq? Sursatımız yox, yanacağımız da az qalıb. Qayıtdı ki, dur, qoy bir də baxım. Elə onu təzəcə demişdi, qayıtdı ki, sür, sür, sür! Aramızda 5–6 saniyəlik anlaşılmazlıq oldu. Həmin vaxt ərzində texnikanın yanına nə isə düşdü. Partlayış oldu. Gördüm ki, gizir texnikanın üstündən düşür, qolunu tutub. Komandir də içəridə bağırır ki, sən niyə dayandın? Dedim, komandir, sən dedin, dayan, dayandım. Deyirsən, sür, sürürəm. Nə olub? Nə məsələdir? Dedi ki, “minamyot” atdılar. Komandirin bəxti gətirdi ki, tankın qapağını təzəcə açırmış. O, qapağı açan vaxt “minamyot” düşüb. Qəlpə onu tutmamışdı, amma giziri tutmuşdu. Qolundan və bədənin dən qəlpə yarası almışdı. Oradan qayıdandan sonra bir gün məni danışdırmadı. Getdim-gəldim ki, ay komandir, məndən niyə küsübsən? Niyə danışdırmırsan? Dedi ki, sən tankı sürmədin, ona görə də gizir yaralandı. Bir gün yalvar-yaxardan sonra birtəhər barışdıq onunla.
– Gizir yaralananda Murad ona nə isə köməklik göstərdi?     Elsevər: Əlbəttə. Murad onun texnikadan çıxmağına
kömək etdi, kəşfiyyatın maşınına mindirib arxaya yola saldı. Təzədən qayıdıb gəldi. Dedi ki, sür. Dediyim kimi, bir gün mənimlə danışmadı. Dedim, başına dönüm sənin, mənlik nə var? Özünüz də bilirsiniz ki, hərbi hissəni dağıdırıq. Bu hərbi hissədə bir nəfər deyil, iki nəfər deyil. Allah bilir, neçə min adam var. Hərəsi götürüb bir şey atsa, haraya düşəcək – bilmirik. Bir gündən sonra birtəhər barışdıq. Həmin yerdən qayıdanda da mənə dedi ki, bir az yavaş sür, ağrıyıram. “Minamyot”un dalğası onu da vurmuşdu. Dedim, yaxşı. Yavaş-yavaş sürürdüm, arxamızdan birini də atdılar. Bundan sonra mənə dedi ki, sən sür, dayanma, arxaya mən baxıram. Dedim, nə oldu? Texnikanın səsindən arxada nə baş verir, mənim xəbərim olmur. Dedi ki, sən sür, arxadan atırlar. Bir az sürəti artırdım. Dedi ki, yox, tam sürətlə sür. Tam sürətlə sürüb gəldik. Çatanda mənə dedi ki, sən niyə yolda yavaş sürdün? Bizi arxadan vursaydılar, nə olacaqdı? Dedim, komandir, başına dönüm, sən demədin yavaş sür? Dedi ki, nə olsun mən elə dedim? Sən sürətlə sürməli idin. Dedim, yaxşı, bundan sonra sən mənə desən ki, yavaş sür, mən sürətlə sürəcəyəm.
Bir də gördün sevinə-sevinə gəlir.
– Nə olub, komandir?
– Heç nə, qardaşım deyib, gəl, maşını sənə verəcəyəm, bir ay sürərsən, mən istəmirəm.
Deyirdim:
– Komandir, sən canın bir qərar ver də, ya onu seç, ya bunu. Hansını istəyirsən?
– Yox e, pikapı alacaqlar, o heç, amma qardaşım söz verib, öz maşınını da verəcək, bir ay sürəcəyəm.
– Maşına həvəsli idi, hə?
Elsevər: Bəli. Bütün maşınlara da baxırdı. Kəşfiyyatın maşınına qədər gedib baxmışdı ki, görüm bu necədir, bundan ala bilərəmmi? Deyirdim, komandir, sən zirehli maşını neynirsən? Sənin maşınının zirehi ondan qalındır. Deyirdi: “Yox e, xoşuma gəlir, bunun görünüşü qəşəngdir”. Axır ki, kəşfiyyatın pikapını alıb sürdü.
Orxan (qardaşı): Axırıncı gün sürmüşdü, ayın 10-u.
Elsevər: Hə, aldı, Cəbrayılın dairəsində sürdü. Qayıtdı ki, mən bundan alacağam. Qardaşı ilə danışanda dedi ki, mən artıq sənin maşınından istəmirəm, pikap istəyirəm. Qardaşı da söz vermişdi ki, ondan alacaq.
Axırıncı gün döyüşə gedirdik. Səhər tezdən idi. Heç yemək də yeməmişdik. Dedilər ki, tərpənirik, cəld olun, gedirik. Yeməyi sonra gəlib əlavə sursat yükləyəndə yeyərsiniz. Dedik ki, heç nə, əsas döyüşdür, gedək. Komandir mənə dönüb dedi ki, heyət, sənə sürprizim var. Dedim, komandir, de görək nədir? Dedi: “Yox, gedək, gələk, deyəcəyəm”. Dedim, komandir, nə olar de. Gedirik, heç olmazsa, ürəyimdə xal qalmasın. Bilim, görüm, nəyə görə gedirik. Nədir mənə sürprizin? Mən kolbasanı çox xoşlayıram. Komandir də kolbasa yeyən idi, mən də. Neçə gün idi, deyirdim ki, komandir, ürəyim kolbasa istəyir. Sonradan öyrəndim ki, sən demə, o, gecəylə kolbasa gətizdirib, birini mənim üçün ayırıb, qırağa qoyub. Mən həmin vaxt bunu bilmirdim. Oturduq texnikaya. Həmişə ikinci gedirdik. Qabaqda bölük komandiri gedirdi, arxasınca da biz. Tankları işə salıb sıraya qoyanda komandir dedi ki, heyət, bu gün qabaqda biz gedirik. Dedim, komandir, həmişə ikinci getmişik, gəl indi də ikinci gedək. Yolu-izi də tanımırıq. Əsas bölük komandiridir, onun rəhbərliyi altında gedirik. Dedi, qabaqda biz gedək, mən əlaqə saxlayacağam. Tərpəndik. Cəbrayılın Saatlı kəndi istiqamətinə getdik. Kəndin içindən təzəcə keçirdik. Bir kəlmə bunu eşitdim:
– Heyət, dur!
Ondan sonra mən onun səsini bir də eşitmədim. Tankın mühərriki söndü. Birtəhər onu yenidən işə salıb təhlükəsiz əraziyə çıxartdım. Özüm tankdan çıxdım, əsgəri də çıxartdım. Azər tanınmaz vəziyyətdə idi. Lazım olan yerlərə məlumat verdim ki, heyətimdən bir şəhid, bir də yaralı var. Şəhidi çıxara bilmədim. Ancaq yaralını çıxarmışam, hospitala aparıram. Azəri aparıb hospitala çatdırdım, ancaq mən özüm orada qalmadım.
– Sənə bir şey olmamışdı?
Elsevər: Olmuşdu. Məndə hal-hazırda kəllə-beyin travması var. Arabir yaddaşım itir, amma olan şeydir, düzələcək.
– Kolbasanı yediniz?
Elsevər: Xeyr, kolbasa tankın üstündə qaldı. Azər komandirin kolbasa götürdüyünü bilirdi. O, sonradan mənə dedi ki, komandirin sənə sürprizi kolbasa idi. Bütün əşyaları tankın üstündə idi. Təkcə qol saatından başqa. Döyüşə gedəndə həmin saat texnikanın üstündə nəyəsə ilişib qırılmışdı. Komandir cibinə qoyurdu. Dedim, qoyma, ver mənə, çantaya qoyum. Onsuz da buraya geri qayıdacağıq.
– Siz ikinci getsəydiniz də, belə ola bilərdi?
Elsevər: Biz ikinci getsəydik, bizim önümüzdəki tanka olacaqdı. Məlum məsələ idi. Yəni birinci tank biz idik, bizə dəymişdisə, deməli, bizdən qabaqda gedən olsa, ona dəyəcəkdi. Çünki düşmən düz qarşımızda idi. Qismət... Bölük komandirimiz özündən qabaqda getməyə heç kəsə icazə vermirdi. Həmin gün Murad özü razı olmadı. Dedi: “Yox, bu gün mən gedəcəyəm”. Bölük komandiri nə qədər israr etsə də, dedi: “Yox, komandir, icazə ver, bu gün mən gedim”.
– Birinci getməkdə məqsədi nə idi?     Elsevər: Öndə olmaq. Deyirdi: “Həmişə ikinci getmişəm, bu gün də birinci gedim, nə olacaq ki?” Nəyəsə rəhbərlik etməyə, liderliyə can atırdı. İstəyirdi, idarə etsin. Düzdür, həm texnikanı, həm də heyəti çox gözəl idarə edirdi.
Namiq: Orada bölük komandirinə heç nə olmadı, amma döyüşün qurtarmağına 6 saat qalmış o da şəhid oldu.
– Siz Muradla necə tanış olmusunuz?
Namiq: Mən də Murad bizim hərbi hissəyə taqım komandiri kimi təyinat alanda tanış olmuşam. Murad üçüncü taqımın komandiri idi, mən isə ikincinin. Mən hərbi akademiyanı Muraddan 4 il əvvəl bitirmişəm.
Muradın xətrini, həqiqətən, çox istəyirdim. Mən insanlarla asanlıqla ünsiyyət quran adam deyiləm. Bir az çətin adamam. 3 ay ərzində mən Muradla necə münasibət qurmuşdumsa, elə bil ki, onu illərdir, tanıyırdım. Murad həmişə mənə deyirdi ki, mən istəyirəm, sən bölük komandiri olasan, mən də sənin taqım komandirin olum. O da ki qismət olmadı. İndi mən həmin bölükdə bölük komandiriyəm, amma Murad yoxdur.
Həmişə mənə “abi” deyirdi. Türkiyədə oxumuşdu deyə bu söz onun dilindən düşmürdü.
Hərbi hissədə hər həftə tank qarajına gedirdik. Oraya gedəndə həmişə onu sıxışdırırdım. Deyirdim, get filan şeyi elə, bəhmən şeyi elə. İstəyirdim ki, öyrənsin. İmkan vermirdim, onun yerinə kimsə işləsin. Çünki zabit olan şəxs hər şeyi bilməlidir. O hər şeyi bacarmalıdır, çünki o, komandirdir. O kiməsə öyrədir, o kimdənsə öyrənməli deyil.
İlk gəldikləri gündən mən Murad və Əzizə (Rəhimli) müəyyən şeyləri başa salmağa çalışırdım, çünki təzə gələnlərə qarşı pis niyyətləri olanlar var idi. Onları oyuna düşməsinlər deyə təhbeh edirdim. Murad ürəyiaçıq idi. Mən ona bir böyük kimi başa salırdım, elə davransın ki, heç kəs onun ürəyiaçıqlığından istifadə etməyə çalışmasın.
– Heç Muraddan sui-istifadə edildiyi olubmu? Ya o kimdənsə sui-istifadə edibmi? Haqsızlığı olubmu?
Namiq: Xeyr, onun elə bir şeyi olmayıb. Mən onu görmüşəm. Gələn gündən onun cibində həmişə pulu olub. O heç vaxt başqasından sui-istifadə etmək niyyətində olmayıb. Amma ona o niyyətlə yaxınlaşanlar olub. Mən ona gəldiyi gündən demişdim ki, əgər kimsə səndən pul istəsə, əvvəl gəl məndən soruş. Mən desəm ki, ver, onda verərsən. Çünki mən oradakıları tanıyırdım. Mən ona deyirdim ki, sən insanları tanımırsan, çünki gəncsən. Mən də sənin kimi gənc zabit olmuşam. Mənim başıma gəlib, çünki mənə deyən olmayıb. Amma istəmirəm ki, eynisi sizin də başınıza gəlsin.
– Elə bir haqsızlıq ona olmayıb ki?     Namiq: Xeyr, olmayıb.
– Demək istədiyim odur ki, yəni haqqını yedizdirən adam olmayıb?
Namiq: Xeyr. O sadəcə ürəyitəmiz idi. Bir az kimsə özünü “artistliyə” qoysa, inanıb bütün pulunu verərdi. Mən bunu Murada elə ona görə demişdim. Mən ona demək istəyirdim ki, burada “artist” çoxdur. İnsanlara tez inanma, ehtiyatlı ol. Zabit əgər təzə mühitə düşürsə, o, altı aya insanları tanımalıdır.
Zabit təzə gələndə ilk iki ayı çox əziyyət çəkir. Çünki 7 illik kursant psixologiyasından çıxmaq çətin olur. Məruzə edəndə “leytenant filankəsov” demək əvəzinə “kursant filankəsov” deyirsən. Ona görə də zabitin zabit olmağı üçün, ən azı, 6 ay keçməlidir ki, o, kursant psixologiyasından çıxsın. Zabit bərkə-boşa düşməlidir ki, zabit olduğunu dərk etsin.
Bir də biz zabitlər arasında belə bir şey var. Təzə gələnlər bir kurs aşağı olsalar belə, onları zarafatla “balaca” adlandırırdıq. Deyirdik, sənin böyüməyin üçün üstünə ən az bir buraxılış gəlməlidir. Bu adət nəsil-nəsil ötürülür. Mənə də vaxtilə elə deyiblər, mən də Murada deyirdim eyni şeyi. O da cırnayırdı. Deyirdi ki, mənə niyə elə deyirsən? Mən də deyirdim, gələn il üstünə kurs gələndə onda biz də birləşib təzə gələnlərə deyəcəyik.
Axırıncı günlərdə Kənd Horadizin üstündə, Nüzgar kəndinin ətrafında çox çətin bir yer var idi, vura bilmirdilər. Tabor komandiri Murada dedi ki, get, sən vur. Mən onu qoymadım. Niyə qoymadım? Ona görə yox ki, o bunu bacarmayacaqdı. Mən sadəcə onu müdafiə edirdim. Çünki təzə idi, 3 ay idi, gəlmişdi. Ata bilirdi, amma mən qorxurdum ki, birdən nə isə olar. Ona görə də onu qorumağa çalışırdım. Həminki yerdə də məndən incidi. Elə bildi ki, mən onu pis eləməyə çalışıram. Amma mən o niyyətlə etməmişdim. Bacardığımız qədər onları qorumağa çalışırdıq. Mən onu qoymadım, onun yerinə özüm gedib atdım.
Murad bir az arxayın, rahat insan idi. Heç nə üçün narahat olmazdı.
Mənim ondan qabaq maşınım var idi. Hər gün mən onu “Neftçilər”dən götürürdüm, birlikdə işə gedirdik. Bir gün də səhər-səhər gəlib gördüm ki, yoxdur. Nə qədər zəng vurdum, cavab vermədi. Gedib işə çatmışdım, axır ki, 31-ci zəngimə cavab verdi. Muradın da yuxusu ağır idi. Sən demə, yatıb qalıbmış. Bir saata gəlib özünü çatdırdı. Ondan sonra hər gün mən “Əhmədli”də evdən çıxmamış Murad zəng vururdu ki, mən “Neftçilər”dəyəm.
İstəyirdi, qardaşının maşınından sürsün. Deyirdi, çox gözəl maşındır. Öz maşınını təzə almışdı, onu bir az sürdü, sonradan da mənim maşınıma gözü düşdü. Dedi, sənin maşının çox qəşəng maşındır. Bir-iki dəfə mənim maşınımı sürmüşdü. Deyirdi: “Bəlkə, öz maşınımı satıb, səninkindən alım?” Mən də ona deyirdim ki, bir şey istə də. Gah onu istəyirsən, gah bunu. Deyirdi: “Neyləyim e, xoşum gəlir”. Deyirdim, xoşun gəlir, hələ tələsmə. Üç aydır, zabitsən, təzə gəlibsən, yenə də min şükür maşının var. Heç o olmayanlar da var. Bir müddət işlə, mənim maşınım köhnədir, pul yığıb daha yaxşısını alarsan. Deyirdi ki, yox, onu istəyirəm. Muradın istəkləri tez-tez dəyişirdi. Döyüş vaxtı da fikrini dəyişib və deyib ki, mən pikap istəyirəm. Ondan mənim xəbərim yox idi, düzdür, çünki o ərəfədə mən orada olmamışam.
Murad həddindən artıq yaxşı, çox gözəl oğlan idi. Hərtərəfli... Yoldaşlığa yarayan adam idi. Mən də yaxınlıqda qalıram. Dəfələrlə mənim maşınım işləməyəndə məni gəlib işə aparıb, qayıdanda evə gətirib. Üzərimdə çox haqqı var.
– Allah bəzən bir insanı yaradarkən onu elə hərbçi kimi yaradır. Murad da belələrindən idi?
Namiq: Əlbəttə. O bir zabit kimi istəmirdi ki, kimsə əzilsin, kiminsə haqqı yeyilsin. Həmişə istəyirdi ki, düzgünlük olsun. Ədalətli olmağa çalışırdı. Zabit üçün ən vacib keyfiyyətlərdən biri elə budur.
– Əsgərlərinə qarşı heç haqsızlığı olub?
Namiq: Xeyr, haqsızlığı olmayıb, amma gənc olduğu üçün vaxtından tez qərar vermələri olub. Onu da mən başa salmışam ki, belə olmaz.
Elsevər: Tələbkar idi.
Namiq: Məncə, Murad həm də çox yaxşı qərargah zabiti ola bilərdi. Onun əl səliqəsi, hər şeyi çox gözəl idi. Mən onu bölüyə yaxın qoymurdum. Bütün sənədləri verirdim ona və Elsevərə, deyirdim, gedin işləyin. O elə şeylərə çox yaxşı idi. Əl səliqəsi gözəl idi. Onun yazdığı yazını imzaya aparırdım, heç vaxt geri qayıtmırdı.
– Sizə heç sevdiyi qızdan, evlənmək arzularından danışıbmı?
Namiq: Bəli. Bir gün hərbi hissədə saat 12:00–13:00 arası olardı. Oturub söhbət edirdik. Heç kəs yox idi, tək ikimiz idik. Otağın qapısını arxadan bağladı. Dedi ki, abi. Dedim, hə, buyur görək nə deyirsən. Dedi ki, istəyirəm, yanvarda toy edim. Dedim ki, inşallah. Mən əslində, onu nişanlı bilirdim.
– Sevdiyi ilə tez-tez əlaqə saxlayırdı?
Namiq: Bəli, danışırdı. Bilirsiniz, qadınla danışanda insanın danışıq tempindən bilinir, bu kiminlə danışır. Zəng gələndə kənara gedirdi. Bilirdim ki, istədiyi var. Telefonla yazışmağa, danışmağa çox vaxt ayırırdı. Mən həmişə ona deyirdim ki, heç olmasa maşın sürəndə telefonla oynama. Maşın sürəndə belə mesaj yazırdı. Dəfələrlə birlikdə gedib-gələndə demişəm ki, olmaz. Hətta telefonunu əlindən almışam ki, olmaz. Get, evə çat, ondan sonra danışarsan. Maşın sürəndə bir səhv sənə baha başa gələ bilər.
– Muradın şeirləri var idi. Siz heç eşitmişdiniz?
Namiq: Onu eşitdim. Elsevərdən soruşdum. Orada olduğu müddətdə dəftərçəsi var idi. Mən elə bilirdim, oraya nömrə yazır. Sən demə, şeir yazırmış.
Elsevər: Həmişə ürəyinin üstündə gəzdirirdi. Ancaq özündə saxlayırdı, heç kəsə vermirdi. Otururdu tankın üstündə, baxırdın, nə isə iş görür. Balaca bir qara dəftərçə idi, yazırdı. Deyirdim, komandir, neyləyirsən? Deyirdi ki, heç nə, getdiyimiz yerləri yazıram. Biz yaxınlaşan kimi örtürdü, qoyurdu cibinə, başlayırdı telefonla oynamağa. “İcazə verin də, bir işim var, telefonla danışım”, ‒ deyirdi. Biz uzaqlaşan kimi təzədən dəftərçəni çıxarırdı.
– Heç olubmu ki, Murad sizə şeirlə cavab versin?
Namiq: Onun şeir yazdığını biz bilmirdik. Sonradan
öyrəndik. Bir az özünəqapanıq idi. İstəyirdi, hər şeyi özü həll etsin.
– Xəyalpərəst idi?
Namiq: Bəli, xəyalpərəst idi. Mənə həmişə deyirdi ki, sən keç bizim bölükdə bölük komandiri ol, mən də sənin taqım komandirin olum. Deyirdim, komandiriniz var da. Deyirdi, yox, mən istəyirəm, sən olasan.
– Cəbhədə birlikdə olduğunuz müddətdən nə kimi xatirələriniz var?
Namiq: Oktyabrın 7-si səhər-səhər bizi Kənd Horadiz istiqamətindən Cəbrayıl istiqamətinə aparanda 8 tank idik. Bizi orada parçaladılar. 4 tankı bir yerə verdilər, 4-nü də başqa yerə. Biz bölünəndə Murad mənim qrupuma düşmədi. Onu bölük komandirinin yanına verdilər. İki zabit onları bir yerə göndərdilər. Zabit kimi məni də digər qrupla başqa yerə göndərdilər. Həmin gündən sonra mən Muradı görmədim. Səhər saat 7 olardı. Üç gün idi ki, güclü yağış yağırdı. Üç gün ərzində bütün paltarlarımız yaş olmuşdu. Yemək yemirdik. Yemək demişkən, Murad bir dəfə gəldi ki, abi, acam e. Dedim ki, gözlə, bir şey tapacağıq. Olduğumuz yerə yemək də çatdıra bilmirdilər. Həm soyuq idi, həm də ac olduğumuz üçün daha çox üşüyürdük. Fikirləşdik ki, neyləyək, necə edək. Elə oldu ki, orada bir kənd var idi. Dedik, kəndə girək, bəlkə, oradan yeməyə nə isə tapdıq. Getdik oraya. Daha doğrusu, MAHHXHQ-lərdən (Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçu) birini göndərdim, getdi kəndə girdi. Gəldi ki, komandir, orada 15–20 qoyun var. Sürüdürlər. Gedim, bəlkə, birini tutub gətirim, burada kəsib, kabab eləyək? Dedim, get gətir.
– O qoyunlar ermənilərin idi, hə?
Namiq: Elə bil həmin kənddə daimi yaşayış olmayıb. Cəmi üç evdə yaşayış olub, orada da ki fermerlər yaşayıb. MAHHXHQ getdi, gəldi ki, komandir, gördüklərim qoyun yox, donuz imiş. Ev donuzu. Dedim, 30 nəfər burada qalmışıq. Üç gündür, yemək yemirik. Gətirib çatdıra bilmirlər. Heç nə olmaz. Gətir, birtəhər yeyəcəyik. Neyləyək? Ac qalası deyilik ki. Gedib, birini avtomatla vurub gətirdilər. Onu orada tankın topundan asıb soyduq, kabab elədik. Elə donuzu kabab edən vaxt bizim yemək təminatımız gəldi. Sosiska və başqa şeylər gətirmişdilər. Gördüm ki, Murad sosiskanı şişə taxıb odun üstündə bişirmək istəyir. Çağırdım ki, gəl də. Allah günahımızdan keçsin. Vəziyyət pisdir, yeməliyik. Orada ona bir-iki tikə zorla o ətdən yedizdirdim. Dedim ki, başqa variantımız yoxdur, yoxsa ac qalacağıq. Nə bilirsən, bir də yemək nə vaxt gələcək? Mənə qayıtdı ki, bəs axı günahdır. Dedim ki, Allah günahımızdan keçsin. Yəqin ki, bu vəziyyətdə bunu bizə günah saymaz.
Bayaq dediyim kimi, ayın 7-si, səhər saat 7 idi. Üç gün idi ki, başımıza yağış yağırdı. Nə paltar gəlirdi, nə də yemək. Getdik, səhər tezdən iki saat ərzində tanklara mərmi yüklədik.
– Yaş paltarda idiniz, hə?
Namiq: Orada üç gün ərzində yaş paltarda idik. Bizə təzədən paltar gətirib verdilər. Yemək də gətirdilər, paltar da. Yarısı yaş, yarısı quru birtəhər geyindik. Heç iki saat çəkmədi. Səhər-səhər yemək yedik, yeməkdən sonra da bizi böldülər. 4 tank xüsusi təyinatlıların bir qrupu ilə getdik, 4-ü də başqa. Həmin gün səhər saat 9-dan sonra mən Muradı bir də görmədim. Amma telefonla əlaqə saxlayırdıq.
– Şəhidlik xəbərini necə eşitdiniz?
Namiq: Oktyabrın 8-i mənim tankımı vurdular. Tank olmadığı üçün arxaya göndərdilər. Füzulidə olanda öyrəndim ki, Muradın tankı vurulub, Murad şəhid olub.
– Murad şəhid olacağını hiss etmişdi?
Namiq: Məncə, Allah şəhid olacaq insana bir-iki gün qabaqcadan bunu hiss etdirir. Murad da bunu hiss etmişdi. O, şəhid olmamışdan qabaq deyib ki, mən çox yaxşı bir şey etdim. Soruşublar ki, nə etdin? Cavab verib ki, mən zəng vurub hamı ilə halallaşdım. Şəhid olacağını, məncə, çox adam əvvəlcədən bilir. Muradın şəhidlik heç ağzından düşmürdü.      Elsevər: Muradın şəhidliyindən bir gün qabaq idi. Gecə dedi ki, biz gələcəyin nurüzlü şəhidləriyik.
Namiq: Döyüş vaxtı Murad mənə bir neçə dəfə dedi ki, abi, mən qayıdan kimi ixtisasımı dəyişəcəyəm, tankçı olmaq istəmirəm.
– Niyə?
Namiq: Bilmirəm, niyəsini soruşmadım, amma deyirdi ki, tankçı olmaq istəmirəm. Həmin vaxta qədər elə söz deməmişdi.
– Murad ermənilərə qarşı necə idi?
Elsevər: Döyüş deyəndə sevinirdi. Deyirdi:
– Gedirik konsertə, hazırlaşın.
– Nə konsert, ay komandir?
“Heç nə, ‒ deyirdi, ‒ biz çalacağıq, onlar oynayacaqlar. Getdik”. O dağdan, bu dağdan ata-ata gedirdik. Deyirdi: “Mexanik, gördün oynamaqlarını?” Deyirdim, komandir, Allahhaqqı mən 1000 metrdən uzağı görmürəm, nə görürsənsə, sən görürsən. Nə təhər oynayırdılar? Arada bir çək, mən də baxım. Orada video, şəkil çəkməyə vaxt yox idi.
Başıma oyun açırdı. Qalxırdım təpənin üstünə, bilirdim ki, buradan atacaqlar. Birdən deyirdi ki, qayıt arxaya, o biri tərəfdən çıx. Deyirdim, buraya qalxmışıq daha, buradan at heç olmasa, boş yerə qayıtmayaq. Deyirdi ki, yox, qayıt, o tərəfdən çıx. Buradan bizi vurarlar, bayaq çıxmışıq. Təzədən qayıdıb o biri tərəfdən çıxırdım. Tez-tez yer dəyişməyə maraqlı idi. Düşünürdü ki, buradan rahat görürəm, gedim görüm o biri tərəfdən necə görürəm? Ən çox vuracağı yeri dəqiq seçməyi xoşlayırdı.
Deyirdi: “Girək e, girək! Girək e, girək!” Kim gəlib deyirdi, harayasa getmək lazımdır, tapşırıq verirdi, komandir özünü qabağa atıb deyirdi: “Biz!”
İki qrup idik, hər qrupda da iki tank. O biri qrup gedəndə deyirdi: “Hə, yaxşı, gedin, amma biz də hazır gözləyirik. Mərminiz azalanda deyin, biz də gələk”. Deyirdim, komandir, qoy o qrup getsin, bəlkə, qurtarıb gələcəklər. Nə olub? Haraya tələsirsən? Deyirdi: “Yox e, yox! Biz də gedək”. Deyirdim, biz bu tərəfdən (başqa tapşırıqdan) indi gəlmişik də. Qoy mərmini yükləyib qurtaraq, sonra gedərik. Deyirdi: “Yox!”
Atışa hədsiz dərəcədə çox marağı var idi. Texnikaya çox meyilli idi. Deyirdi ki, bu şans bir də əlimə düşməyəcək. Qoy nə qədər imkan var, bunları qırım. Deyirdim, komandir, yaxşı da, səbirli ol. Heç olmasa yavaş-yavaş edək də, birdən-birə gedə bilmərik ki.
– Elə bir döyüş olubmu ki, Murad orada qəhrəmanlıq edib?
Elsevər: Bəli, hamısında.     – Yox, yox, bilirsiniz necə? Yəni qeyri-adi bir şey edib?
Elsevər: Bəli. Məsələn, bir dəfə qalxmışdıq, mən heç bilmirdim, sistem qoşulmamışdı. Haradasa düşmənlə 1700 metr məsafəmiz var idi. Elə bil ki, qarşımızdakı təpənin üstündə onlar idi, bu tərəfdə də biz idik. Qalxırdıq, oranı vururduq, qayıdırdıq. Mövqeni dəyişməli olduq. Dəyişəndən sonra qalxdıq. Komandir başladı ərazidə kəşfiyyat aparmağa ki, yəni görək harada nə var, haranı vururuq. Biranlıq qayıtdı ki, mexanik, arxaya ver! Bu dəmdə həm arxaya ver, dedi, həm atış apardı, həm də tüstü qumbarası atdı. Eyni vaxtda. Arxaya verdim. Dedim, komandir, bu nə idi? Aləmi tüstü-duman götürdü, bizə heç nə olmayıb? Dedi: “Yox. Gördüm, bizi nişan alıblar”. “Oradan, ‒ dedi, ‒ mərmi atıldı”. İdarəolunan raket işıltı verir, bu da tank komandirinin və tuşlayıcının nişangahında aydın görünür, bilirsən ki, nə isə gəlir. Ona görə də eyni vaxtda həm tüstü qumbarası ilə mərmini yayındırmağı bacardı, həm hədəfi vurdu, həm də heyəti xilas etdi. Bu özü böyük bir qəhrəmanlıqdır. Bir saniyənin içində olan bir şeydir. Düşməni gördüyün anda üç qərarı birdən vermək böyük bacarıq tələb edir. Mən deyərdim, elə adam var ki, orada çaşıb qala bilərdi. Məsələn, mərmini atardı, amma sonra donub qalardı. Komandir isə eyni vaxtda həm texnikanı idarə edirdi, həm tuşlayıcını idarə edirdi, həm düşməndən yayınırdı, həm də düşməni məhv edirdi.
– Murad orada kiminsə həyatını xilas edibmi?
Elsevər: Dediyim kimi, öz heyətini xilas edib. Bizim əsas vəzifəmiz kəşfiyyatçılarımızı, xüsusi təyinatlıları qorumaq, düşmənin ağır texnikalarını və yüksəkliklərini dağıtmaq idi ki, onlar sağ-salamat irəliləyə bilsinlər.
Namiq: Kənd Horadiz istiqamətində döyüşə girəndə belə bir şey oldu. Bizə tapşırıq gəldi, ilk hazır olan 4 tankı göndərdilər qabağa. Onda Murad da bizimlə idi. Dedilər, qarşıda iki erməni tankı var, onları məhv edəcəyik. Mən qrup rəhbəri idim deyə tabor komandiri dedi ki, sən idarəetmə üçün arxada qal. Qabağa bir dənə başqa tank burax. Dedim, mən belə idarə edəcəyəm, qabaqda mən gedim, Muradgil də arxamca. Getdik, qarşımıza 21 ədəd erməni tankı çıxdı. Halbuki biz 2 tank bilirdik. Onların 5-ni biz məhv etdik, 9 tankı da HAROP-lar. Həmin vaxt mənim tankımda mərmi az qalmışdı deyə ləngimə baş verdi. Erməni tankıyla 10 metrlikdə üz-üzə gəldik. Gördüm, məndə atmır, düşmən məni vuracaq. Tez Muradgilə əmr verdim. Murad gəlib, o tankı vurub partlatdı, bizim həyatımızı qurtardı.
Elsevər: Açıq döyüşə daha çox girirdik. Biz girirdik düzənlik sahəyə, bilmirdik ki, başımızın üstündə nə var. Onlar təpənin üstündə dayanırdılar. Biz onların durduğu təpənin ətəyinə çatanda onlar qoyub qaçırdılar ki, tanklar çatdı.     Namiq: Ermənilər çox vaxt tank döyüşünə girmirdilər. Tək-tük hallarda gəlirdilər, onda da tank görən kimi qorxub qaçırdılar. Müharibə qanunlarına görə tibb maşınlarını vurmaq olmaz, amma onlar tibb maşınlarını da vururdular.
Elsevər: Onlarınkı döyüşmək deyildi, terrorizmlə məşğul idilər.
Orxan: Oktyabrın 10-da, birinci atəşkəsdən sonra mən Muradla danışanda maraqlandım ki, ermənilər atəşkəsə əməl edirlərmi? Dedi ki, yox e, nə danışırsan? Nə atəşkəs? İndicə birini bişirib gəlmişəm. Onda nəyi nəzərdə tuturdu?
Elsevər: Bir nəfəri ayrıca mərmi ilə vurmuşdu, onu deyir. Təpənin üstündə düşmənin kəşfiyyatından bir nəfər durub müşahidə aparırdı. Qayıtdılar ki, o bir nəfəri oradan rədd eləyin, getsin. Yanına bir-iki mərmi atın, yoxa çıxsın. Murad da, gözünə döndüyüm, nə təhər vurdusa, o bir nəfər birdəfəlik yoxa çıxdı.
– Yəni onu Murad tuşladı, hə?
Elsevər: Bəli. Tuşlayıcının nişangahı elə dəqiqliklə vura bilmir. Tank komandirində əlavə olaraq başqa bir nişangah var. O, tuşlayıcının nişangahından daha effektiv, daha sərrastdır. Onunla nişan alıb, özü atəş açmışdı. O da bir mənzərə idi. Görürdük ki, 2000 metr məsafədə təpənin üstündə bir nəfər var, hərəkət edir, o yan-bu yana gedib-gəlir. Özü üçün gəzir. Birdəfəlik də gəzdi. Komandir vurandan sonra da dedi ki, get indi gəz doyunca.
– Düzdür, erməni də olsa insandır. Murad onları öldürdüyünə görə peşman olurdumu? Ki insandır da, mən onu niyə öldürdüm?     Elsevər: Yox, qəti. Düzdür, döyüşlərin ilk günlərində bir az pis olurdu, amma insan üçün çətini öyrəşincədir. Artıq öyrəşəndən sonra gedirdi, gəlirdi, deyirdi: “Bu gün heç nə etməmişik ki, 5–6 nəfər öldürmüşük. Gəlin yenə gedək”. Deyirdik ki, heç nə etməmişik nədir? 5–6 nəfər az deyil. “Yox e, heç nə etməmişik, gəlin bir də gedək”, ‒ deyirdi.
Namiq: İlk dəfə gedəndə mən də fikirləşirdim ki, mən insan öldürə bilmərəm. İnsanınkı qan görənə qədərdir. Amma gedib görəndə ki, bizdən kimsə orada yaralanıb, şəhid olub, ondan sonra insan artıq heç vaxt heç nəyə peşman olmur. Biz müharibənin ağır üzünü görəndən sonra dərk etdik ki, haradayıq. O vaxta qədər elə bilirdik ki, həmişəki kimi təlimə gedirik, qayıdacağıq.
Həmişə demişəm. Qismətdir. Təzə getmişdik. Muradın tankından taborun mərkəzinə doğru gedirdim. Murad onda mərmi yükləyirdi. Bizim olduğumuz yerin yuxarı tərəfini vurdular. Özümü qorumaq üçün əyildim, düz arxama qəlpə düşdü.
Elsevər: Muradla mənim üstümüzdən keçdi o qəlpə.
Namiq: İki saniyə gec tərpənsəm, beynimi ortadan bölüb aparmışdı. Yəni hər şey qismətdir.
– Muradı bir kəlmə ilə necə xarakterizə edərdiniz?
Namiq: Fədakar.
Elsevər: Qorxmaz.