Ramin Kərimov - Murad Nağıyev
Ramin Kərimov
Sentyabrın 26-sı həyəcan siqnalı verildi. Həyəcan siqnalı verilən zaman biz Qarabağ, Füzuli istiqamətində təxliyə olunduq. Taboru orada yerləşdirdik. İlk birinci bölüyümlə döyüşə girdim. İkinci və üçüncü bölükləri növbəti tapşırıqları yerinə yetirmək üçün hazırlıq vəziyyətinə gətirib ehtiyatda saxladım. Birinci bölüklə döyüşə girəndə hamıyla görüşdük. Tapşırdım ki, həmişə əlaqədə olsunlar. Ayın 30-da Füzulidə, Alıxanlı istiqamətində birinci tank bölüyümlə döyüşə girdik. Bizə verilən tapşırığı yerinə yetirərkən şəhid və yaralılarımız oldu, amma verilən tapşırığı da yerinə yetirdik. Daha sonra növbəti tapşırığı yerinə yetirmək üçün ehtiyatda olan bölmələrimin yanına qayıtdım. Muradın xidmət etdiyi ikinci tank bölüyüylə Füzulinin digər istiqamətində yarma əməliyyatı yerinə yetirəcəkdik. Murad, Rəhimli (Əziz), tibb maşınının sürücüsü və başqaları məni qarşıladılar. Görüşəndən sonra tibb maşınına gəldik. Kiçik yaralanmalarım var idi, həkim onları müayinə edirdi. Heç vaxt unutmaram, Murad dedi:
– Nə təhər oldu döyüş?! Neylədilər?! İrəliləyə bildilər?!
Dedim, irəlilədilər.
– Şəhidlərimiz var?!
Dedim, Murad, narahat olma. Mən onlara demək istəmirdim ki, kimlər şəhid olub, kimlər yaralanıblar. Amma artıq qəhər məni boğur, gözlərimdən damcı-damcı göz yaşı gəlirdi. Eşitdim, arxadan deyir:
– Gizlətməyin bizdən! Biz qorxmuruq! Biz gedib onların qisasını alacağıq!
Göz yaşımı silib dedi:
– Rəis, narahat olmayın. Möhkəm olun! Biz buradayıq, yanınızdayıq.
Gətirdi, şokolad açıb verdi. Dedi, görürəm halsızsınız, enerjiniz tükənib. Şokolad yeyin. Biz, inşallah, onların qisasını alacağıq. Biri su gətirdi, bir başqası təmiz paltar verdi.
Oktyabrın 2-si biz Muradın bölüyü ilə, bölük komandirləri ilə Füzulinin digər istiqamətində, Lələtəpə istiqamətində yarma əməliyyatı yerinə yetirərək orada Kənd Horadiz istiqamətində döyüş tapşırığını yerinə yetirirdik. Ora dağlıq ərazi olduğu üçün mən taktiki qruplar yaratdırdım. Kənd Horadizi aldıqdan sonrakı günün səhəri isə mən iki tankla düzünə tuşlamaya getdim və Muradgili digər beş tankla birlikdə ehtiyatda saxladım. Onların tapşırığı biz hücum edərkən bizim arxamızca dəstək qüvvə kimi azad edilmiş həmin əraziləri təmizləmək, atəş mövqelərini tutmaq və hücum edən qüvvələrin atəşini dəstəkləmək idi. Həmin o tapşırıqla da biz Füzulinin 6 kəndini aldıq.
Ayın 5-i günü ‒ Muradın mənim üstümə qışqırdığı, mənim onu tanımadığım gün... Həmin gün səhər-səhər biz hazırlaşırdıq ki, yenidən Füzuli istiqamətində başqa bir tapşırığı yerinə yetirmək üçün gedək. Planlaşdırmışdıq ki, Füzulinin arxa tərəfindən gedib erməniləri mühasirəyə alaq. Mən istədim, orada bəzi heyətlər daha təcrübəli olsun. Muradı da istəyirdim, ehtiyatda saxlayım ki, bir zabit də ehtiyat kimi qalsın. O isə buna qarşı çıxdı. Dedi ki, mən ehtiyatda qalmayım, başqası qalsın, mən də döyüşə getmək istəyirəm. Nə mənə qulaq asdı, nə də onun yerinə getmək istəyən baş leytenant yoldaşına. Mən dedim, düş, o dedi, yox, mən gedirəm. Axırda mənim üstümə qışqırdı:
– Ay komandir, sən mənə imkan verəcəksən, mən döyüşə gedim?! Mən özüm döyüşəcəyəm! Mən gedib döyüşəcəyəm, qardaşlarımın qisasını alacağam! Düşmürəm mən!!!
Oturdu tankına, düşmədi. Dedim, heç olmasa onda imkan ver, yanındakı əsgərini dəyişim. Əsgərin də eynəklədir, gözü zəifdir. Əsgəri də ağladı ki, mən komandirimi buraxmıram. Azər (Abdullazadə) gəldi, o əsgəri çıxartdı ki, sən çıx, leytenant Nağıyevlə mən döyüşə gedəcəyəm. Təsəvvür edin, zabit zabiti ‒ baş leytenant leytenantı düşürdə bilmədi. Həmin gün onun dediyi oldu və Muradla getdik döyüşə. İki gün onlarla döyüşdük. 16 km irəlilədik.
Ondan sonra biz Hadrut–Xocavənd istiqamətində get-dik. Orada gecəylə bizə yerdəyişmə tapşırığı gəldi. Bu zaman mən onlara tapşırıq vermişdim ki, həm bir-ikisaatlıq dincəlsinlər, həm də maşınlara (tanklara) sursat yükləyib, yanacaq doldursunlar. Tankları kolona qoyanda ardıcıl olaraq bir-bir maşınları çağırırdım. Muradın maşınına çatanda Murad əlaqədə yox idi. Nə qədər çağırsam da, cavab vermirdi: “Ay “27”, cavab ver mənə!” Amma “27” (Muradın tankı) yox idi. “27” cavab vermirdi. Düz 5–6 km boyunca mən onu çağırdım, amma o cavab vermədi. Axırda rəhmətlik bölük komandiri dedi ki, mən gedirəm, gəldiyimiz yolla qayıdıram. Birdən onları tapa bilmərəm, qalarlar. Dedim, hə, sən get, tibb maşını da oradadır. Yəqin çıxmayıblar. Fərrux getdi. Yenə çağırdım ki, “27”, ay “27”. Birdən cavab verdi ki, “27” qəbulda. Dedim, ay Murad, sən haradaydın? Haradan gəldin? Sən maşında idin?
Dedi, hə, bir 10 dəqiqə gecikdim, qaçdım, mindim maşına. Sən demə, tibb maşınında imiş. Bilmirəm, ağrısı var idi, ya nə idisə, tibb maşınında oturubmuş. Amma ağıllı iş görmüşdü. Rabitəni götürüb, yanında qoşub. Görüb ki, kolon çıxır, bunu çağırıram. Tibb maşınının sürücüsü yolu tanıyırmış. Murad da deyib ki, məndə avtomat var, gedək, narahat olma. Gediblər erməninin içindən fırlanıblar ki, kəsə olsun, tez gəlib kolona çatsınlar. Mən heç o yolu tanımırdım. Riskə girib, düz erməninin postunun altından fırlanıb qabağımıza çıxıblar. Səhəri çatmışıq oraya, deyirəm, sən haradaydın? Deyir, tibb maşınında idim. Dedim, Murad, inşallah, ölməsək, qalsaq, sən bunun cəzasını çəkəcəksən. Heç vaxt unutmaram, Murad belə cavab verdi:
– Cənab polkovnik, inşallah, torpaqları alaq, ölməsək, qalsaq, hər zaman cəzamızı çəkməyə hazırıq. Əsas odur ki, mən vaxtında, zamanında, qorxmadan gəlib sizin yanınıza çatdım. Sizi tək qoymaram.
Sonra biz xüsusi təyinatlılarla taktiki qruplara bölündük. Muradgilin qrupu Araz istiqamətində, mənim qrupum isə Xocavənd istiqamətində hərəkət etdik. Döyüşə getməmişdən qabaq dedim ki, Murad, onsuz hamımız eyni vaxtda hücum etməyəcəyik, sən ikinci eşalonda ehtiyatda get. Sən hələ gəncsən, səni başqası əvəz etsin. Sən ikinci maşında öz atəşinlə dəstək ver. Mənim üstümə bozarıb: “Cənab polkovnik, niyə mən?! Mən zabitəm! Mən bu tapşırığı yerinə yetirəcəyəm!” ‒ deməyi gözümün qabağından getmir. Hətta az qalmışdı ki, üstümə silah çıxartsın. Səsini qaldırıb əsəbi-əsəbi demişdi:
– Siz mənə imkan vermirsiniz, mən qardaşlarımın qisasını alım! Mən düzünə tuşlamaya çıxmayacağam. Mən hücum edən maşında olacağam!
Dedim, Murad, burada hamı döyüşməlidir, amma hərənin öz vəzifəsi, öz tapşırığı var. Murad dedi, gedəcəyəm. Dedim, gedəcəksən, buyur, əmr edirəm, get!
Mən sonradan öyrəndim, biz bölünəndən sonra da hər əməliyyatda özünü qabağa verirmiş ki, mən gedəcəyəm. Orada iki zabit idilər ‒ bölük komandiri və Murad. Hər biri öz maşınından əlavə bir maşını da idarə edirdi. XTQ sızma edə bilsin deyə yarma əməliyyatı edirdilər. Dağıdıb bölgəyə girirdilər.
Axırıncı dəfə Muradı Arazqırağı döyüşlərin ortasında, şəhid olmamışdan üç gün öncə gördüm. Öz maşınımda “plitka” şokolad var idi. Heç vaxt yadımdan çıxmaz, onu gətirib Muradın heyətinə böləndə dedi ki, cənab polkovnik, bu şokoladın bütöv bir dənəsi olsaydı, nə yeyərdim. Dedim, inşallah, müharibə qurtarandan sonra hamımız şokoladın içində üzəcəyik. Təki qələbəni əldə edək, şəhidlərimizin qisasını yerdə qoymayaq, işğal olunmuş torpaqlarımızı azad edək, inşallah, şokoladı da yeyərik.