Əli Mustafayev - Murad Nağıyev
Leytenant Əli Mustafayev
– Düzdür, biz ayda bir-iki dəfə ancaq görüşürdük.
Əli: Axırıncı dəfə “Əcəmi”dəydik. Görüşüb, birlikdə oturmuşduq. Dedik, düşüb aşağıda söhbət edək. Siqaret çəkə-çəkə söhbət edirdik. Muradın istədiyi qız var idi. Bir az ondan danışdıq. Xəyalı var idi, arzusu var idi.
– Heç sənə arzularından danışırdı?
Əli: Arzusu o idi ki, tezliklə leytenant olsun. Öz aramızda zarafatlaşırdıq ki, gedib 1–2 il də Əfqanıstanda oxuyarsan, bəlkə, ondan sonra sənə “leytenant” rütbəsi verməyi-filan fikirləşərlər (Muradgil Türkiyədə Kara Harp Okulunda 1-ci kursu bitirsələrdə, oradan qayıtdıqdan sonra AAHM-də yenidən 1-ci kursdan başlamalı olmuşdular – red.).
Bir də, təxminən, aprel ayı idi. Düşmüşdük ikimiz də maşınların üstünə. O mənə şəkil göndərirdi, mən də ona. Müxtəlif maşınlara baxırdı. Deyirdi, bahalılara gücüm çatmaz, amma normal qiymətə almaq olar. Maşına həvəsli idi. Mən Naxçıvanda olanda təzə iş nömrəsi ilə zəng vurmuşdu. Onlarda toplantı olan vaxt idi. Dedim, maşın məsələsi nə yerdə qaldı? Dedi ki, bir tanış var, onu gözləyirəm. Birini tapmışam 11 minə. Onu alacağam. Şəklini istədim. Mənə o maşına oxşar maşının şəklini göndərdi ki, bu maşındandır. Murad Sumqayıtda olanda mənə şəkillər yollamışdı. Qrup yoldaşımız Çingiz ilə birlikdə idi. Dedi ki, burada postlara çıxmışıq. Dedim, cərimələrlə camaatın qanını içirsiniz də orada? Dedi, yox, bizim elə işimiz yoxdur, sadəcə vətəndaşlara deyirik ki, maska taxsınlar, qaydalara əməl etsinlər. Sadəcə polislərə dəstək göstəririk ki, nə isə problem olsa, kömək edək.
AAHM-də oxuyan vaxt biz tankçılar olsaq da, bizi qumbara atmaq üçün yer qazmağa aparırdılar. Deyirdik, bu bizim işimizdir? Ən çox da ona əsəbiləşirdik. Deyirdik, biz axı tankçıyıq. Bizə tanka aid şeylər öyrətsinlər. Başımızda “kaska”, belimizdə silah, göbələyə oxşayırdıq.
– Oxuduğunuz dövrdən hansısa xatirələr, başınıza gələn hadisələr yadında qalıbmı?
Əli: O dörd ildə başımıza o qədər hadisələr gəlib ki...
Ən çox buraxılışın həvəsində idi. Bəzən, əsas da 4-cü kursda olanda, gedib yemək-içmək filan alırdıq. Muradın yataqxanada iki çarpayının arasında gizli yeri var idi. Orada yeyib-içirdik. Onun da kinosu (serial) var idi, birlikdə “Söz” serialına baxırdıq. Maraqlı kinolara baxırdıq, bəzən hamımız birlikdə “PUBG” oynayırdıq. Ən çox kinoya baxırdı. Həmişə maraqlı kinolar axtarırdı, məndən də soruşurdu. Hansısa kino yadıma düşürdü, deyirdim, baxmısan? Deyirdi, yox. Oturub baxırdıq. Mənimlə arası yaxşı idi. Onunla tez-tez zarafatlaşırdım. Həmişə mənə cırnayırdı. Sonra, “qardaşım” deyib, öpüb qucaqlayırdım. Deyirdim, səni çox istədiyimdən edirəm. Bax gör 17 nəfərdən hansı ilə bu qədər zarafat edirəm? Deyirdi, mənə hər sözü deyirsən, sonra da gəlib “qardaşım” deyirsən. Yaş kateqoriyası var idi. Deyirdim, nə vaxt ikinci dərəcəyə keçəcəksən? Əslində, sən birinci dərəcəylə verməlisən də, ağsaqqal kişisən (Muradgil Türkiyə təhsil sisteminə uyğun olaraq əlavə bir il orta təhsil aldıqları üçün AAHM-dəki kurs yoldaşlarından yaşca böyük idilər – red.), sən bizimlə düz gəlmirsən axı, biz cavan oğlanlarıq. Deyirdi, nə bilim, baxırlar ki, ona? Hamını eyni götürürdülər axı. Dövlət imtahanında istəyirdi, bir az qabağa düşsün, turniki-filan az vursun, amma hamı ilə eyni oldu. Dövlət imtahanının qaçış hissəsinin axırıncı dövrəsində çox siqaret çəkdiyinə görə yaxşı qaça bilmədi. Onsuz dövlət imtahanından hamını keçirirdilər. Gördüm, o çıxdı, istəyirdim, mən də çıxam. Mənə dedi ki, sən qaç, qaç. Türkiyədən təzə gələndə çox yaxşı qaçırdı. Sonradan bizim dəstəyə qoşuldu, siqaret çəkməyə başladı. Qaça bilməyəndə hirslənirdi, çıxıb deyirdi, nə yazırlar, yazsınlar. Sonra peşman olub deyirdi: “Gərək qaçardım e, niyə qaçmadım?”
Qrupda ad siyahısında adı ən axırda idi. Həmişə deyirdim, narahat olma, sənə çatana kimi hamını kəsəcəklər, axırda yorulduqları üçün bircə səni keçirəcəklər. Həftənin axırını səbirsizliklə gözləyirdi. Bir də gördün, nədənsə kəsilib. Deyirdi, yenə qaldım burada bu həftə. İdmandan keçirəm, müəllim iki yazır, müəllimin ikisini düzəldirəm, idmandan kəsilirəm. Normativ imtahan olan gün çox vaxt özünü növbətçi yazdırırdı. Deyirdi, mən sənin yerinə gedim. Deyirdim, get. Amma elə olurdu ki, müəllim normativi növbəti həftəyə saxlayırdı. Murada şad xəbəri verirdik ki, normativ gələn həftəyə qaldı. Deyirdi: “Düz deyirsiniz? Görüm gələn həftə kimin yerinə növbəyə gedirəm”.
Bir dəfə təcrübədə olanda könlümüzə yeyib-içmək düşmüşdü, amma bizi hərbi hissədən çölə buraxmırdılar. Yalnız bazar günləri 3–4 saatlıq icazə verirdilər. Dedim ki, neyləyək, ay Murad? Dedi, görüm neyləyirəm. Qıraqla gizlənə-gizlənə gedib, tank qarajı tərəfdən çıxdıq. Hərbi hissəyə tez-tez maşınlar girirdi, amma biz bilmirdik ki, o maşınlardakı hərbi hissə komandiridir, ya kimdir. Ona görə də bizi heç kəs görməsin deyə yerə uzanaraq gizlənib, gözləyirdik. Birtəhər gedib çıxdıq NBM-in (Nəzarət Buraxılış Məntəqəsi) qabağına. Amma orada hərbi hissə komandiri bizi gördü. Biz planlaşdırmışdıq ki, tutulsaq, NBM-ə bizim üçün qoyulan pulu götürməyə getdiyimizi deyək. Biz ona salam verdik. O çevrildi, bizə baxdı, amma xoşbəxtlikdən heç nə demədi. Nə isə, getdik, Ağstafada tanış uşaq var idi, onunla danışıb görüşdük. Murad oraları yaxşı tanıyırdı. Oradan çıxıb gəldik, Ağstafada “0066” taksi xidməti var idi, sifariş etdik, minib getdik hərbi hissəyə. Gizlincə hərəmiz öz taborumuza gedib yatdıq.
Bəzən yeyib-içmək istəyəndə, Kənan adında, eyni Muradınkı tipdə maşını olan taksi sürücüsü var idi, ona zəng edib tapşırırdıq, bizə yemək-içmək, siqaret-filan alıb gətirirdi. Murad da yeməyindən qalmırdı. Onun otağında həmişə yemək olurdu. Həmişə kolbasa, qarpız, pendir, çörək aldırırdı. Alıb yığırdıq Muradın bölük komandirinin otağına. O, gecə evinə gedirdi, biz isə orada qalırdıq. Gecə Muradla yeyirdik.
Axırıncı dəfə təcrübə vaxtı hərbi hissədə Muradın telefonunu tutmuşdular. Ani yoxlama olmuşdu, orada Muradın telefonunu da əlindən almışdılar. Bir müddət telefonsuz qalmışdı. Onlar nə vaxt baxırdın, sənəd yazırdılar. Bir Murad idi, bir mən, bir də başqa bir yoldaşımız. Bizə heç nə elətdirə bilmirdilər. Amma axırda başımıza oyun açdılar. Bir dəfə videoçəkiliş var idi. Bizə dedilər, siz də dayanın sıranın qabağında. Biz oraya gedəndə zabitlər əl elədilər, amma biz başa düşmədik ki, gedək, yoxsa qayıdaq. Oradan da briqada komandiri deyirdi ki, kursantlar da dayansın sırada. Elə oldu ki, biz başqa tərəfə getdik. Bir də gördük, hay-haray düşdü. Aləmi qatıblar bir-birinə ki, kursantlar yanıma gəlsinlər. Bizim də kitabçamız var idi, orada haqqımızda rəy yazırdılar. Onları da götürüb getdik. Dedilər, planşetlərini də götürsünlər, gedib ağ xəttdə dursunlar. Yoldaşlarımızdan biri dayısına zəng vurdu. Həmin vaxt da hərbi hissədə tank partlayan vaxt idi. Üstündən 40 gün-filan keçmişdi. Korpusdan zəng vurub bizi tapşırdılar. Əslində, hərbi hissə komandiri bizi bəlaya salmaq niyyətində deyildi, sadəcə qorxudurdu. Demişdi ki, onsuz da bu uşaqlarla işim yoxdur mənim. Telefonlarımızı qaytaranda komandir bizə dedi ki, mən bu telefonları sizə qaytarmasam, paketləyib AAHM-ə göndərsəm, nə olacaq? Bilirdik ki, ya həbsdir, ya da məktəbdən xaric edəcəklər. Gülüb dedi ki, zarafat edirəm, mən indiyə qədər heç kəsi tutdurmamışam, bundan sonra da tutdurmaram. Bizi öpüb qucaqladı, sonra da telefonlarımızı qaytardı.
Yenə təcrübədə olduğumuz vaxt Murad bir gün Ağstafaya gedirdi. Nə isə işi var idi. Mənə də təklif etdi, amma mən gedəsi olmadım. Xahiş etdim ki, mənə telefon üçün şarj kabeli alsın. O kabeli hələ də saxlayıram. Telefonumu onunla şarj edirəm.
Bəzən çölün düzündə Muradla telefonda mahnı qoyub oynayırdıq. Səngər qazan vaxtlarımız idi. Murad deyirdi ki, mənim işimə-gücümə bax. Bunlar mənim Türkiyədə birinci kursda etdiklərimdir. Üstündən beş il keçib, yenə gəlmişəm, əlimə beli almışam, səngər qazıram.
Rəhmətlik Ümid (şəhid Ümid Məmmədov) var idi. O, qrup komandiri olanda, Murad da böyük kursdur axı, həmişə Muradla bir-birlərini qırırdılar. Murad deyirdi, yox, sənin dediyini etməyəcəyəm. Muradla mən də tez-tez küsüb-barışırdıq. Zarafat edəndə, bir də görürdün, xətrinə dəydi. Mən onu çox istəyirdim, o, sifət edəndə dözə bilmirdim, gedib qucaqlayırdım, barışırdıq. Deyirdim, sən mənim qaqamsan, sən məndən küsürsən? Könlünü alandan sonra deyirdim, icazə verirsən, yenə zarafat edim səninlə?
Məzuniyyət olanda Muradla görüşüb, şəhərdə gəzirdik. Bulvarda da gəzmişik neçə dəfə. Hərdən də uşaqlarla bir yerə yığışırdıq. Uşaqlara da həmişə deyirdim ki, nə olsun, eyni kursda oxuyuruq? Murad bizdən yaşca böyükdür. Mən həmişə Muradın hörmətini saxlayırdım. Onun mənimlə etdiyi zarafatı mən qayıdıb onunla etmirdim. Bunları digər yoldaşlarımıza da deyirdim. Amma özümdən də çox Muradla zarafat edən yox idi. Nə etsəm də, məndən incimirdi, mənim zarafatlarımı götürürdü.
Bir neçə dəfə mənə deyib ki, evə birlikdə gedək. Deyirdim ki, belə mənə uzaq düşür. Murad deyirdi, yox e, gəl birlikdə gedək, narahat olsan, gələn dəfə gəlməzsən. 3–4 dəfə olub belə. Birlikdə gəlib, evinizin yanında düşüb, avtobusla getmişəm öz evimizə. Sadəcə yol yoldaşı olaq deyə... Gəlib burada düşürdük, deyirdim, ay Murad, bəs mən belə gedə bilməyəcəyəm axı, bir bu qədər yol da təzədən evə getməliyəm. Deyirdi ki, gəl səni aparıb ötürüm, özüm geri qayıdaram yenə. Razı olmurdum.
O vaxt bizi olduğumuz yataqxanadan başqa bir yataqxanaya köçürürdülər. Bizi yerləşdirdikləri yer də çox köhnə idi, SSRİ-nin vaxtından qalmışdı. Murad gedib üzlük, kabel-filan almışdı. Oturub kabeli çəkdik. Muradın yatağı ən yaxşı yerdə idi. Orada elektrik cərəyanı yaxşı işləyirdi, qısaqapanma-filan olmurdu. Hamımız telefonumuzu orada şarj edirdik. Əhmədlə çox yaxın olsa da, o hər dəfə Muradın yerində uzananda Murad hirslənirdi. Yerində kimsə uzananda əsəbiləşirdi. Əhmədlə bir-birlərini çox istəyirdilər, tez-tez dava eləsələr də, tez də barışırdılar.
Murad heç vaxt kin saxlamazdı. Bəzən yadından çıxırdı, dava etdiyi üçün danışdırmamalı olduğu adamla gedib söhbət edirdi.
Ənvər (şəhid Ənvər Əliyev) adında uşaq var idi, onunla eyni buraxılışdan idi, o da şəhid oldu. Birlikdə oxuduqları üçün Muradla yaxın idilər.
AAHM-dəki uşaqların bəziləri namaz qılırdılar. Murad həmişə onların hörmətini saxlayırdı.
İxtisas seçimindən söz düşəndə deyirdik ki, motoatıcı-filan seçərdin də. Murad da deyirdi ki, bir minatəmizləyən qalmışdı, bir də tankçı. Baxdım ki, minatəmizləyən olmaqdansa, tankçı olmaq yaxşıdır (Muradgil Türkiyədən gələndə artıq AAHM-də ixtisas seçimi tamamlandığı üçün onlar boş qalmış ixtisaslardan birini seçməli olmuşdular – red.).
Murad ən çox Türkiyəyə qayıtmağı arzulayırdı. Deyirdi, yenidən orada oxumağa gedəcəyik. Sevinirdi. Deyirdim, inşallah, gedərsən, amma həvəslənmə, birdən getməzsən, darıxarsan. Bir semestr sonra aydın oldu ki, onlar gedəsi olmadılar. Tərslikdən həmin il birinci kurslar üçün yenidən Türkiyə seçimi başladı. Deyirdi, görürsən mənim bəxtimi? Hamını qaytardılar, Daxili Qoşunların kursantlarını qaytardılar, indi də yenidən seçimlər var, amma biz qayıda bilmədik.
Müharibə başlamamışdan bir az əvvəl idi. Söhbət etmişdik bir az. Müharibə başlayan gün ona nə qədər zəng etsəm də, zəng çatmadı. Ümid demişdi ki, Murad itkin düşüb. Deyirdim, yəqin tapılar da. O qədər uşaqlar var idi, itkin düşürdülər, amma sonra gedib onları irəlidə tapırdılar. Salamatlıq olurdu. Sonra eşitdim ki, Murad da, Ümid də şəhid olublar.
Bir dəfə təcrübə vaxtı gecənin bir yarısı acmışdıq, könlümüzə qarpız-pendir-çörək düşmüşdü. Həmin gün də hərbi hissə komandirinin günü idi deyə NBM-ə tərəf gedə bilmirdik. Kənana zəng elədik, alıb gətirdi. Pulunu verib, NBM-dən götürdük. Gizlincə qayıdırdıq. Qərargahın qabağından keçəndə mən zarafatla dedim ki, tuta bilmədiniz, tuta bilmədiniz... Tabora girib yemək yemək istəyəndə tabor komandiri bizi saxladı ki, neyləyirsiniz burada? Aldıqlarımızı bölüb, yarısını öz taborundakı uşaqlara saxladı, yarısını da bizə verdi.
Təyinatımız çıxanda uşaqlar başladılar mənimlə zarafatlaşmağa ki, sən Naxçıvana düşəcəksən. Deyirdim, yox, mən oraya düşməyəcəyəm. Getdim, içəridə Naxçıvanı çəkdim. Məndən sonra Murad gəldi. Bakıya düşmüşdü. Amma özü Ağcabədini istəyirdi. Əzizə (Rəhimli) deyirdi ki, qardaşım, sən Ağcabədiyə getmə, qal Bakıda, oraya mən gedim. Elə oldu ki, ikisi də elə Bakıda oldular.
– Törəndən sonra məzuniyyət verilməyəndə Murad neylədi?