Zəhra Xankişiyeva və Hüsniyə Əhmədova - Murad Nağıyev
Zəhra Xankişiyeva və Hüsniyə Əhmədova
Ən böyük əsərdir dünyada hünər,
O da övlad kimi doğulsun gərək.
Zəhra: Nağıyevlər ailəsi ilə 2002-ci ildən tanışıq. Yaxın qonşu olmuşuq. Ailənin 3 oğul övladının hər biri davranışı, tərbiyəsi, gözəl əxlaqı ilə seçilirdi. Onları uşaqlıqdan necə sakittəbiətli tanımışıqsa, elə həmin qaydada da tanımağa davam edirik.
Hüsniyə: Mən Muradı 2008–2009-cu illərdə tanımışam. O vaxt onun 11-12 yaşı var idi.
Zəhra: Murad uşaqlıqdan fərqli idi. Mehribanlığı ilə hər kəsin qəlbində məhəbbət qazanmışdı. Saflığı və gülümsər çöhrəsi ilə də seçilirdi. Onunla rastlaşanda istər-istəməz insanın üzündə təbəssüm yaranırdı. Onun müsbət aurası qarşı tərəfdə də öz izini buraxırdı.
Hüsniyə: Murad uşaq olmasına baxmayaraq, çox ağıllı və mərd idi. Demək olar ki, uşaqdan böyüyə hər kəs onun xətrini çox istəyirdi. Murad qonşuluqdakı hər kəsin sevgisini, hörmətini qazanmışdı. O, rastlaşdığı hər kəslə salamlaşar, əhvalını soruşardı. Üzündən gülüş heç əskik olmazdı. Köməyə ehtiyacı olanlara hər zaman gülərüzlə kömək edərdi. Yaşının az olmasına baxmayaraq, Muradın sözündə, hərəkətlərində böyüklük var idi.
Zəhra: Muradın uşaqlıqdan fədakarlığı, xeyirxahlığı özünü büruzə verirdi. Məhəllədə gənc anaların uşaqlarını arabada gəzdirərək onlara kömək edərdi. Uşaqdan böyüyə heç kəs bu qardaşlardan narazılıq etməzdi.
Hüsniyə: Heç vaxt yadımdan çıxmaz. Bir gün Murad dərsdən gəlirdi. Mən də həyətdə uşağı gəzdirirdim. Murad çantasını evə qoyandan sonra gəlib mənə dedi ki, verin, uşağı bir az da mən gəzdirim. O, uşağı gəzdirdiyi vaxt mən də yeməyini hazırlayıb gəldim. Murad evə qayıdanda dedi ki, nə zaman lazım olsa, köməyə hazıram. Dedim ki, çox sağ ol, gələcəkdə sənin uşaqların olsun, mən də onları saxlayıb sənin xəcalətindən çıxacağam. Murad gülümsəyib demişdi: “Hələ o vaxta çox var. Bilmək olmaz, onda kim harada olacaq”.
Zəhra: Bizim xalqa vurulmuş ləkənin təmizlənməsinin mümkünsüzlüyü ilə illər idi ki, yatmışdıq. Murad və yoldaşlarının qəhrəmanlıqlarının səs-küyü ilə oyandıq. Murad adını eşidəndə səksənirik. Çünki onda tapdıq bu adın ucalığını, onda tapdıq qəhrəmanlığı, şücaəti, bir sözlə, insanlığa aid bütün gözəl xüsusiyyətləri.
Hüsniyə: Muradın şəhid xəbərini eşidəndə çox sarsıldım. Bu xəbərin yalan olması üçün çox dua etdim, amma olmadı. Mən bir qonşu kimi Muraddan çox razı olmuşam. Allah da ondan razı olsun, məkanı cənnət olsun.
Zəhra: Giley-güzar sevən deyiləm, tək bircə dəfə şikayət etmək istəyirəm Muraddan. Elə Muradın özünə... Müharibə başlayanda anandan səni soruşdum, dedi ki, gedib. Nəsə ürəyimdə qalmışdı ki, Murad, nə üçün görüşmədən, xeyir-dua almadan getdin? Gözləyirdim ki, gələsən, sənin özündən soruşum. Amma qismət olmadı. Sonradan bildim ki, anan ilə də görüşmədən getmisən. Qonşular səninlə bağlı xatirələrini bölüşəndə həm qısqanıram, həm də məyus oluram, Murad. Ona görə ki, mən səninlə oturub söhbət etmədim, Murad. Çox təəssüflər olsun ki, çox yaxın məsafədə yaşamağımıza baxmayaraq, səninlə bağlı xatirələrim anılardan və bir də sənin təbəssümlü çöhrəndən ibarətdir.
Xavər ana, bağışla bizləri. Min bir əziyyətlə, çətinliklə uşaq böyütdünüz. Bəhrəsini görməmiş odunda, alovunda yandınız. Elə bir alov ki, həmişə yanacaq, ömürboyu həmişə közərəcək. Övlad həsrəti ilə yanan anaların ürəkləri eyni dərddən yanar, amma hərəsinin öz rəngi, öz yanğısı olar.