Bütün xatirələr

Bənövşə Mənsimova
(271 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi)

    Mən Murada V sinifdən VIII sinfə qədər 4 il dərs demişəm. Çox mehriban, gülərüz, çox çalışqan şagird idi. Murad həmişə dərsə hazır olardı, həmişə istəyərdi ki, tapşırıqları hamıdan birinci həll etsin. Onun tapşırıqları həll edib tez qabağa ‒ mənim yanıma qaçmağı gözümün qabağından getmir. Mən onunla fəxr edirəm.